Qəzetin dünənki sayında Ağstafa rayon sakini Müzəffər Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən “Vüsal” MMC-də ehtiyatsızlıq ucbatından partlayış baş verdiyi, nəticədə sürücü Hacı adlı şəxsin ağır xəsarət alması haqqında məlumat vermışdik. Onu da bildirmişdik ki, MMC-nin sürücüsünün xəsarət alması maraqlı səbəblər üzündən mərkəzi xəstəxananın baş həkimi İlham Mustafayev tərəfindən gizlədilir. Çünki, baş verən ciddi hadisə ilə baş həkim heş nə olmadığını demiş və heç xəstənin adını da bilməməsi haqqında yalan ifadə işlətmişdir.
Dünən axşam radələrində bu hadisəni ilk olaraq redaksiyamıza çatdıran mənbə, yenə telefon açaraq hadisədə ağır xəsarət alan sürücü Hacı adlı şəxsin dünyasını dəyişdiyini söylədi.
Allah rəhmət eləsin! Qeyd edirik ki, baş həkim İlham Mustafayev hadisəni gizlətsə də, dünyasını dəyişəni o biri dünyadan saxlaya bilmədi...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?