Həbsdə olan kriminal avtoritetə, telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun kasasiya şikayətinə baxılacaq. Qaradağ rayon Məhkəməsinin qərarı ilə, cərimə cəzası alan Kamandar Nəsibov apelyasiya şikayəti verib.
Hökmdən narazı qalan Kamandar Nəsibov da apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə, Kamandar Nəsibovun şikayəti üzrə keçirilən proses baş tutmayıb.
Buna səbəb, Kamandar Nəsibovun məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verməsi olub. Kamandar Nəsibov məhkəmənin qərarından Ali Məhkəməyə şikayət edib. Bu səbədən də, apelyasiya instansiyasında iş dayandırılıb və iş materialları baxılması üçün Ali Məhkəməyə göndərilib. Yaxın günlərdə Ali Məhkəmədə şikayətə baxılacaq.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti İdarəsinin əməkdaşları tərəfindən, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.
Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?