Paytaxtın Binəqədi rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulmuşdur.
Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “Kamaz” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurması nəticəsində sonuncunun hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alması faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?