Müğənni Afaq Aslan süni mayalanma yolu ilə ana olmaq arzusundadır. Bu barədə Lent.az-a açıqlamasında ifaçının özü məlumat verib: “Mən də əksər qadınlar kimi ana omaq istəyirəm. Amma istəmirəm ki, uşağımın atası olsun. Bəlkə də bu açıqlamam bir çoxlarına qəribə gələcək. Amma bu mənim seçimimdir. Kimsə mənim həyatıma, seçimlərimə qarışa bilməz. Bu günə qədər kişilərdən o qədər etibarsızlıq görmüşəm ki, ona görə də istəyirəm ki, uşağımın atası olmasın. Yəni süni mayalanma ilə uşaq dünyaya gətirəcəm. Həyatımı hər hansı kişiyə bağlayıb, əsəblərimi korlamaq istəmirəm. Mən uşağıma həm ata, həm də ana olacam. Ona atasızlıq nə olduğunu yaşatmayacam. Cəmiyyətdə o qədər ailələr var ki, ailə qururlar, daha sonra kişi tamamilə dəyişir. Nəticədə də boşanırlar, uşaq da atası ilə qalır. Düşünürəm ki, bu addımımla pis nəsə etmirəm. Bir çox dünya ulduzları da süni mayalanma ilə övlad dünyaya gətirib".
İfaçı daha sonra onu da əlavə edib ki, 2009-ci ildə ailə qursa da 2011-ci ildə boşanıb: “Normal ailə qurub, gəlin köçmüşdüm. Evdar xanım idim. Lakin mən yoldaşımdan hamilə olan zaman o, mənə xəyanət etdi. Beləcə də mən uşağı tələf etdirdim, boşandıq. İndi heç kimsədən aslı deyiləm. Həyatımı yaşayıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?