Sarkisyan Ukrayna məsələsinin müzakirəsinə buraxılmayıb
Qazaxıstan, Rusiya və Belarus prezidentləri Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko martın 13-də Astanada üç tərəfli görüş keçirəcək.
Verilən məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanın görüşə dəvət edilməməsi erməni mətbuatında ciddi narahatçılıq yaradıb.
“Prezidentlər dünya iqtisadiyyatında meyllərin inkişafını, həmçinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir. Bu cür önəmli məsələdən Ermənistan liderinin kənarda qalması erməni KİV-lərinin diqqətindən yayınmayıb.
“Avrasiya İttifaqının yaradılmasından sonra, məntiqə görə, bu cür görüşlər Avrasiya İttifaqının çərçivəsində keçirilməlidir”, - deyə tanınmış erməni portalı “Lragir” vurğulayır.
Erməni mətbuatı Serj Sarkisyanın görüşə çağrılmamasının sirri üzərində baş sındırır və müxtəlif versiyalar irəli sürür. Amma bu məsələnin bir səbəbi var. Vladimir Putin ermənilərə, o cümlədən prezident Serj Sarkisyana inanmır. Təbii ki, Rusiya üçün çox vacib olan Ukrayna məsələsinin müzakirəsinə buraxmır, yəqin Serjin Moskvaya xəyanət edərək Qərbin tərəfinə keçməsindən qorxur. Hər halda, Serj Sarkisyanın yetirməsi olduğu Azərbaycana nə cür xəyanət etdiyini Moskvada hələ də unutmayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?