GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölkəyə 8 qəpiyə daxil olan kartof bazarda 80 qəpiyə satılır

Ölkəyə 8 qəpiyə daxil olan kartof bazarda 80 qəpiyə satılır

Tarix: 12-03-2015, 09:04 Bölmə :Ölkə Baxış: 0
Ölkəyə 8 qəpiyə daxil olan kartof bazarda 80 qəpiyə satılır

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən məlum olur ki, ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 2,26 dollar, kartofun 1 kiloqramının dəyəri isə 11 sent təşkil edib.

Pərakəndə satış məntəqələrində isə bu məhsulların dəyəri bundan dəfələrlə yüksəkdir.
Ötən ayın 21-də milli valyutamız - manat ABŞ dolları qarşısında 33%-dən çox ucuzlaşdı. Bundan sonra topdan və pərakəndə satış məntəqələrində bəzi məhsulların qiymətində artımlar müşahidə olunmağa başladı. Hökumət qiymət artımlarının əsassız olduğunu bəyan etdi. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satış məntəqələrində yoxlamalar keçirilərək qiymət artımının qarşısı alındı. Ancaq bəzi ekspertlər qiymət artımının qarşısını almaq məqsədilə həyata keçirilən inzibati tədbirlərin bir müddətdən sonra öz təsirini itirəcəyini və qiymətlərin yenidən bahalaşacağını bildirirlər. Ekspertlər belə hesab edirlər ki, bahalaşmanın qarşısını almaq üçün ölkəyə gətirilən məhsulların idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı kəskin fərqi azaltmaq lazımdır. Dövlət Statistika Komitəsinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən məlum olur ki, həqiqətən də, ölkəyə gətirilən məhsulların idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı ciddi fərq var.

Məsələn, həmin hesabatda göstərilir ki, il ərzində ölkəyə 20 milyon 321 min dollar dəyərində 8 min 955 ton çay gətirilib. Buradan belə nəticəyə gəlmək olur ki, ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 2,26 dollara və ya 2013-cü ildəki məzənnə ilə 1,76 manata bərabərdir. Eyni hesabatda idxal olunan kartofun 1 kiloqramının 11 sentə və ya 8,5 qəpiyə bərabər olduğu göstərilir. Aydın məsələdir ki, bu qiymətin üzrərinə bütün vergi və rüsumlar əlavə olunsa belə, yekun nəticə pərakəndə satış qiymətlərindən çox aşağı olacaq. Onu da qeyd edək ki, son 2 ildə ölkədə ciddi inflyasiya olmayıb və pərakəndə satış qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Belə olan halda idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərqin olması başadüşülən deyildir.

Bəzi ekspertlər iddia edirlər ki, sahibkarlar vergidən yayınmaq məqsədilə gömrük orqanları ilə razılaşaraq qiymətləri aşağı göstərirlər. Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, səslənən iddialarla tanışdır: “Mən də bu barədə eşitmişəm. Ancaq əlimdə bunu sübut edəcək dəlil yoxdur. Belə söz-söhbətlərin olmaması üçün gömrük bəyannamələrinin ASAN xidmət tərəfindən qəbul edilməsini təklif etmişəm. Belə olarsa, burada şəffaflıq olar”. Millət vəkili, həmçinin qeyd etdi ki, pərakəndə satış qiymətlərinin formalaşmasında subyektiv amillər rol oynayır və bunu inkar etmək olmaz: “Hökumətin bu sahədə araşdırma aparması və qiymətlərin aşağı salınması ilə bağlı tədbirlər görməsi lazımdır”.
Statistika Komitəsinin açıqladığı digər bir hesabatda fərqli rəqəmlər öz əksini tapıb. Komitənin “Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal-ixrac edilən malların həcminə (dəyərinə) dair statistik müayinənin nəticələri” adlı hesabatında qeyd olunur ki, fiziki şəxslər tərəfindən 2014-cü ilin sentyabr ayında ölkəyə gətirilən 1 kiloqram çay 6,65 dollara (5,2 manat) bərabər olub. Həmin hesabatda idxal olunan kartofun 1 kiloqramının 46 sent (36 qəpik) təşkil etdiyi qeyd olunur. Göründüyü kimi, yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal mallarının qiyməti pərakəndə satış qiymətlərinə uyğundur. Lakin gömrük bəyannaməsi ilə rəsmiləşdirilən idxal mallarında qiymətlər daha aşağı göstərilib. Onu da qeyd edək ki, bu məsələ əvvəllər də gündəmə gətirilib.

Ancaq məsələ ilə bağlı hər hansı bir rəsmi açıqlama verilməyib. Əslində, əsas ticarət tərəfdaşımız olan ölkələrdəki qiymətlərə nəzər salsaq, Statistika Komitəsinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı statistik göstəricilərin həmin ölkələrdəki qiymətlərə də uyğun olmadığını görmək olar. Qeyd etdiyimiz kimi, həmin hesabatda 1 kiloqram düyünün ölkəyə 36 sentə daxil olduğu göstərilir. Halbuki, dünyanın heç bir ölkəsində kiloqramı 36 sentə düyü satılmır. Hətta düyünün ən ucuz olduğu Şri Lanka, Banqladeş və Misir kimi ölkələrdə belə 50 sentdən ucuz düyü tapmaq mümkün deyil. Düyü ölkəmizə, əsasən, Hindistandan gətirilir ki, bu ölkədə də düyünün 1 kiloqramı 70 sentdən bahadır.

Ümumiyyətlə, dünyanın heç bir ölkəsində Statistika Komitəsinin hesabatında göstərildiyi kimi, 2,4 dollara mal əti, 77 sentə quş əti, 36 sentə düyü, 11 sentə kartof, 2 sentə yumurta satılmır. Məşhur “numbea.com” saytındakı məlumatda göstərilir ki, dünyada yumurta ən ucuz qiymətə Hindistanda satılır - 7 sent, kartof ən ucuz qiymətə Banqladeşə də satılır - 28 sent və s. Lakin bütün bunlara baxmayaraq Statistika Komitəsinin hesabatında yer alan məhsulların idxal qiymətləri rəsmi rəqəmləri əks etdirir və pərakəndə satış qiymətləri müəyyən olunarkən bu qiymətlər əsas alınmalıdır. Çünki ölkəyə gətirilən idxal məhsullarına tətbiq olunan rüsum və vergilər Gömrük Komitəsində rəsmiləşdirilən qiymətlər üzərindən alınır. Belə olan halda idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərqin olması başadüşülən deyildir. Rəsmi qurumların, o cümlədən də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu məsələyə aydınlıq gətirməsi lazımdır.

"Zaman Azərbaycan"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cənub rayonlarında maye qazın qiyməti qalxdı

    Cənub rayonlarında maye qazın qiyməti qalxdı ...

    3-01-2014, 00:35

  • 
  • Azərbaycanda Coca-Cola qiymətləri bahalaşdı

    Azərbaycanda Coca-Cola qiymətləri bahalaşdı ...

    13-01-2015, 18:02

  • 
  • Süni qiymət artımının qarşısını almaq üçün nazirlik hərəkətə keçdi

    Süni qiymət artımının qarşısını almaq üçün ...

    13-04-2017, 10:08

  • 
  • Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA ...

    25-02-2021, 17:24

  • 
  • Siqaret ucuzlaşdı

    Siqaret ucuzlaşdı ...

    27-03-2016, 14:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu