Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.
Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Bequm Sahiba iştirak ediblər.
Ziyafətdən sonra birinci xanımlar arasında görüş olub.
Qeyd edək ki, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordenini təqdim edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?