GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

Tarix: 12-03-2015, 09:27 Bölmə :Ölkə Baxış: 0
MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

Akif Nağı: “İttihamları qəti şəkildə qəbul etmirik”; İqbal Ağazadə: “Ehtimal edirəm, Vüqar Əliyevi yanlış informasiya əsasında həbs ediblər”; Baş Prokurorluq və DİN rəsmi məlumat yaydı, onlar vətəndaşları Suriyaya aparmaqda təqsirləndirilir; Akif Nağı isə ittihamlarla razılaşmır


Azərbaycan vətəndaşlarını Suriyada gedən döyüşlərə cəlb edən şəxslər tutulub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən musavat.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib. Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.

Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Martın 10-da musavat.com Qarabağ Azadlıq Təşkilatına (QAT) istinadən təşkilatının iki üzvünün həbsi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, QAT sədri Akif Nağı həbslərin qanunsuzluğu ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə müraciət edib. Rəsmi məlumatda adı keçən Zülfüqar İbrahimov və Vüqar Əliyev QAT üzvləridir və onlar martın 10-u, səhər saatlarında saxlanılıb.

MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

A.Nağı rəsmi müraciətində bildirib ki, təşkilat üzvlərinin təqsirinin olduğuna inanmır: “Tam məsuliyyətlə sizə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabançı və zərərli təbliğatla məşğul olmayıblar. Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir”.

MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

QAT sədri Akif Nağı 11 martda “Yeni Müsavat”a dedi ki, hazırda atılacaq addımlarla bağlı məsləhətləşmələr gedir: “Müəyyən addımlarımız olacaq. Bu gün vəkillə müqavilə imzalanıb, ancaq onun təqsirləndirilənlərlə görüşü mümkün olmayıb. Saxlanılanların qohumları Prezident Administrasiyasına və DİN-ə gedib, qəbula yazılıblar. Ancaq ittihamları qəti şəkildə qəbul etmirik”.

A.Nağı onu da dedi ki, artıq deputatlar da məsələyə müdaxilə edib: “Zülfüqar İbrahimli Böyük Quruluş Partiyasının üzvüdür, partiya sədri və deputat Fazil Mustafa da məsələyə reaksiya verib. Həmçinin deputat İqbal Ağazadə də aidiyatı üzrə müraciətlər edib, hələ bir nəticə yoxdur”.

Tərtərdə Suriyada hökumət qüvvələrinə qarşı vuruşmaq üçün dəstə toplamaqda şübhəli bilinərək həbs edilən Vüqar Əliyev “Ümid” Partiyasının keçmiş üzvüdür. Xəbəri “Yeni Müsavat” a açıqlamasında “Ümid” Partiyasının sədri İqbal Ağazadə verib.

İ.Ağazadənin sözlərinə görə, partiya sıralarından 2010-ci ildə tamamilə ayrılan Vüqar Əliyev din yox, dünyəvi görüşləri ilə seçilirmiş: “Vüqar Əliyev ciddi karyerası olan bir şəxsdi. O, Gənclər və İdman Nazirliyinin tərkibindəki qurumlardan birində beynəlxalq əlaqələr üzrə katib olub. Eyni zamanda Avropa Şurasında Azərbaycan gəncliyini təmsil edirdi – Avropa Şurasının milli komitəsində gənclər üzrə katib idi. O heç vaxt dindar olmayıb, heç vaxt namaz qılmayıb. Onun çalışdığı ən son qurumlardan biri Avroatlantik məkana inteqrasiya ilə bağlı bir QHT idi”.

MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - Akif Nağı etiraz etdi

İqbal Ağazadə bildirir ki, radikal dini qurumlara mənfi münasibəti ilə seçilən Vüqar Əliyev yeznəsi vəhhabi olduğuna görə bacısını ondan boşatdırmışdı: “Bu gün keçirilən əməliyyatda həbs edilən Zülfüqar İbrahimov Vüqar Əliyevin bacısını keçmiş qaynıdır. Yeznəsi vəhhabilərə qoşulduğu üçün Vüqar bacısını belə bir adamla yaşamasına qarşı çıxdı və onları ayırdı. Vüqar Əliyevin kiçik qardaşı isə 2003-cü ildə “Qarabağ partizanları”nın tərkibində tutulmuşdu. Sonradan Vüqar Əliyev qardaşının da həmin dəstədən tamamilə uzaqlaşdırdı. Ehtimal edirəm ki, onu yanlış informasiya ilə həbs ediblər. Mən bu insanı 2003-cü ildən tanıyıram. Onun dinə münasibəti tamamilə fərqli olub”.

İqbal Ağazadə deyir ki, Vüqar Əliyev son bir neçə ildə həm də kiçik bizneslə məşğul idi: “Onun Goranboyda çörək sexi vardı. Eyni zaman da beynəlxalq qurumlardan birinin, səhv etmirəmsə, SOS-un Gəncə regional təşkilatına rəhbərlik edirdi. 2013-cü ilin sonlarına qədər o, SOS-da çalışırdı”.

İqbal Ağazadə ümid edir ki, istintaq tədbirləri zamanı bütün detallara aydınlıq gətiriləcək.

Elşad, Aygün
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlıları Suriyada gedən döyüşlərə cəlb edən mütəşəkkil dəstə zərərsizləşdirildi - VİDEO

    Azərbaycanlıları Suriyada gedən döyüşlərə cəlb ...

    12-03-2015, 09:17

  • 
  • Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdiklərinə görə saxlanıldılar — FOTO

    Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini ...

    1-09-2018, 19:16

  • 
  • DİN və Baş Prokurorluq Yardımlıdakı qanlı hadisə haqda birgə məlumat yaydı

    DİN və Baş Prokurorluq Yardımlıdakı qanlı hadisə ...

    5-03-2019, 14:08

  • 
  • Xüsusi təyinatlılar Bərdədə əməliyyat keçirdi

    Xüsusi təyinatlılar Bərdədə əməliyyat keçirdi ...

    11-12-2014, 22:33

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu