GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

Tarix: 12-03-2015, 20:13 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

Bakıda nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti, oğlu Anar Məmmədovun idarə etdiyi "Garant holdinq”lə məhkəmə çəkişməsində olan iş adamı Füzuli Qasımovun meyiti aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Yeni Müsavat”a bildirib ki, 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub.

Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. E.Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırlar. Deyirlər ki, F. Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F. Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F. Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb. Son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F. Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş.

Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

search
GÜNDƏM SİYASƏT CƏMİYYƏT KRİMİNAL İQTİSADİYYAT MƏDƏNİYYƏT İDMAN PRESS DÜNYA YAZARLAR MÜSAHİBƏ ŞOU-BİZNES
Fotosessiya Video Əlaqə 12 / 03 / 2015 20:10:39

Azərbaycanda 8 nazirlik ləğv olunmalıdır!

Əli Həsənov: "Bunların hamısı uydurmadır, qərəzlidir"

Zakir Həsənovdan Ermənistana Xəbərdarlıq

Yeni polis rəisi kadr dəyişikliyi edə bilmədi, Usubova müraciət etdi

Putin islamı qəbul edib? - İddia

Şriftin ölçüsü / 3677 dəfə oxunub A+ Böyütmək A+ Balacalaşdır
Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

12 Mart 2015 [09:02]

Bakıda nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti, oğlu Anar Məmmədovun idarə etdiyi "Garant holdinq”lə məhkəmə çəkişməsində olan iş adamı Füzuli Qasımovun meyiti aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Yeni Müsavat”a bildirib ki, 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub.

Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. E.Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırlar. Deyirlər ki, F. Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F. Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F. Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb. Son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F. Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş.

F. Qasımov Bakıda tanınmış iş adamlarından olub. Ona məxsus olan və Goranboyda yerləşən "Goranboy gips” 2 il əvvəl zorakılıqla əlindən alınıb, buna görə iş adamının külli miqdarda borcu yaranıb. "Yeni Müsavat” 2012-ci ildə "Nazir oğlunun şirkəti ”Goranboy Gips"i ələ keçirdi" sərlövhəli yazıda bu haqda məlumat verib. Həmin yazıdan bəzi hissələri təqdim edirik.

Həmin vaxt Füzuli Qasımov qəzetimizə demişdi: "Ziya Məmmədov milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir. Müəssisəmizin işini zor gücünə dayandırdılar. Bu adamlar üçün məhkəmə qərarları sadəcə kağız parçasıdır. Bütün qanuni vasitələrdən istifadə edib bizə qarşı atılan qanunsuz addımlara qarşı mübarizə aparacağıq”.

F.Qasımovun rəhbərlik etdiyi"Goranboy Gips”ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə olub. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq "ZQAN Holdinq”ə (hazırda "Garant” Holdinq adlanır - E.M.) daxil olan "Azbentonit” MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan "ZQAN”a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb.

Həmin yazıdan sitat:"F.Qasımov məhkəməyə müraciət edərək hüquqlarının bərpasına çalışdığı bir vaxtda isə ona qarşı növbəti qanunsuzluğa əl atılıb. Bu adamlar atamın imzasını saxtalaşdırıb ”ZQAN Holdinq"ə daxil olan "Bank of Azerbaijan”dan onun adına 400 min manat kredit götürmüşdü. Atam Şubay Qasımovu "Bank of Azerbaijan”da görən olmayıb. Sadəcə, onun imzasını saxtalaşdırıb pulu götürüblər. Biz də məcbur olub çətinliklə krediti ödəyirdik. Amma inzibati resurslardan istifadə edib işimizi dayandırdılar. Bizə olan borclarını da ödəmədilər. "Azbentonit” "Goranboy Gips”ə 42 min manat borcludur. Bu pulu bəhanələrlə vermədilər. Yəni o pulun ƏDV-sinə kimi ödənilib. Malımızı Gürcüstandakı əsas alıcılarımıza çatdırmaq üçün "Azərbaycan Dəmir Yolları”na pul ödəmişdik. Hamı bilir ki, bu qurum Nəqliyyat Nazirliyinin bir qoludur. Hətta malı aparacaq vaqonların kodları da alınmışdı. O daşımanın həyata keçirilməsi üçün ödənilən pul da bu günə kimi "Azərbaycan Dəmir Yolları”nda yatır. Amma malımızı alıcıya çatdırmadılar. Bizə də işləməyə imkan vermədilər. Bütün bunlara görə 400 min kreditin faizi olan 4 min manatı "Bank of Azerbaijan”a ödəyə bilmədik. Halbuki elə "ZQAN”a daxil olan "Azbentonit”də 42 min manatımız var, amma o pulu da vermirlər. "Bank of Azerbaijan” bizim şirkəti məhkəməyə verdi və "Goranboy Gips”in əmlakına həbs qoyuldu".

Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

İş adamı deyir ki, qeyri-qanuni olaraq "Goranboy Gips” səhmdarlarının yığıncağı keçirilib: "Legitim olmayan bu yığıncaqda rəhbərliyi, yəni məni, atamı uzaqlaşdırıblar. ”ZQAN" başbilənləri bu iclası keçirməklə sübut edib ki, məhkəmə qərarlarına da əhəmiyyət vermirlər. İclasda atam Şubay Qasımovu rəhbərlikdən uzaqlaşdırıb yerinə nəqliyyat nazirinin qohumlarından olan Tərlan Məmmədovu təyin ediblər. Sonradan da "Goranboy Gips”i onun adına rəsmiləşdiriblər. Amma o adamı gətirib müəssisədə əyləşdirə bilmirdilər. Çünki faktiki olaraq müəssisədə biz işləyirdik. Oranı öz əllərimizlə tikib-yaratmışıq. Ona görə də başqa qanunsuz addımı atıb müəssisənin əmlakına həbs qoyublar ki, sonradan öz adamlarını rahat şəkildə gətirib "Goranboy Gips”də əyləşdirsinlər".

F.Qasımov demişdi ki, Gəncə İqtisad Məhkəməsinə "Bank of Azerbaijan”ın "Goranboy Gips”in əmlakına həbs qoyması haqda qərarından şikayət veriblər: "Bu adamlar icra haqda qanunu da pozublar. Biz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib bunların səhmdar olmadığını məhkəmə qərarı ilə sübut etmək istəyirdik. Vəsatət qaldırmışdıq ki, iddiamıza baxılana kimi ”Goranboy Gips"də səhmdarların ümumi yığıncağının keçirilməsi yasaqlansın. Məhkəmə vəsatətimizi təmin etmişdi. Amma bu adamlar məhkəmə qərarını bir kənara atıb bu yığıncağı keçirib. Bu qanunsuz hərəkətdən də məhkəməyə şikayət vermişik".

Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK

F. Qasımov baş verən qanunsuzluqlara görə 90 işçisinin işsiz qaldığını, qanunsuzluqlarla bağlı dövlət orqanlarına da müraciət etdiyini dilə gətirmişdi: "Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Amma heç bir tədbir görülməyib. Biz dövlətimizdən ötrü canımızı fəda etməyə hazır olan insanlarıq. Necə ola bilər axı, bir nazir milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir, amma dövlət buna əncam çəkmir? Ümid edirik ki, dövlət bu qanunsuzluqlara qarşı addım atacaq”.

2012-ci il iyulun 9-da "Yeni Müsavat”da "Nəqliyyat nazirinin dəstəsi obyektə basqin etdi” sərlövhəli yazıda "Goranboy Gips” sahibinin digər əmlakının zəbtinə cəhddən, Goranboy Rayon İcra Hakimiyyətinin basqınçıların istəyini icra etməsindən bəhs olunurdu.
Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV
"Yeni Müsavat”

Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK
Ziya Məmmədovla çəkişən iş adamı güllələndi-ŞOK
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi

    “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov ...

    4-12-2017, 14:25

  • 
  • Bakıda gitaraçının güllələnməsi ilə bağlı cinayət işi açılıb

    Bakıda gitaraçının güllələnməsi ilə bağlı cinayət ...

    8-09-2020, 17:21

  • 
  • Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib

    Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib ...

    10-01-2015, 21:05

  • 
  • Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı

    Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı ...

    17-03-2017, 22:35

  • 
  • Bacı və qardaşın Kürdə boğulması ilə əlaqədar intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb

    Bacı və qardaşın Kürdə boğulması ilə əlaqədar ...

    15-04-2021, 12:44

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu