GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

Tarix: 13-03-2015, 21:15 Bölmə :Ölkə Baxış: 0
Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

“Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox”
Mən indi tikinti işində işləyirəm. Daha müəllimlik etmirəm. Məni biabır edəcəklər.

Bunu virtualaz.org saytına açıqlamasında adı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gündür müzakirə olunan müsahibəsində çəkilən, Lənkəranın Veravul kənd orta məktəbinin müəllimi Balabəy Qurbanov deyib.

B.Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyini və uzun müddət Veravul kənd orta məktəbində coğrafiya müəllimi işlədiyini dedi. Əlavə etdi ki, hazırda məktəbdə işləmir. Lakin o, müəllimlikdən nə vaxt uzaqlaşdığını açıqlamaq istəmədi.

B.Qurbanov yalnız onu dedi ki, hazırda tikintidə usta işləyir:

“Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.

Deputat Hadı Rəcəblinin müsahibəsindən xəbərdar olduğunu deyən B.Qurbanov adının həmyerlisinin açıqlamasında çəkilməsinə belə münasibət bildirdi:

“Elə Hadı müəllimin həngaməsidir ki, mənim başıma gəlib də. Bunlar məni biabır edəcəklər ki...” (gülür).

B.Qurbanov məktəbdən çıxmasının səbəbini belə izah edir:

“Müəllim 250-300 manat maaş alır. İş yoldaşlarım var ki, 400 manat alır. Mənə izah edin görüm, bu məbləğlə ailə dolandırmaq olarmı? Kənd yerində vəziyyət çox çətindir. Bir qohum toyuna gedəndə bütün maaşın ora gedir”.

Balabəy müəllim bir neçə ixtisas sahibi olduğunu da söyləyir:

“Mən həm də traktorçuyam, amma bənnalıq, hörgü işlərini də bacarıram. Aşpazlığı da necə lazımdır bacarıram. Bunları Lənkərandakı peşə məktəbində öyrənmişəm. Kiminsə əlinə baxıb öyrənməmişəm. Əlimdə sənədim var. Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox. Ustalıqla çörəkpulu qazanmaq olur. Həm də gecə rahat yata bilirsən”.

Balabəy müəllim deputat H.Rəcəbli ilə şəxsən tanış olub-olmaması barədəki sualı belə cavablandırdı:

“Hadı müəllim kəndimizə gələndə görüşürük. Aramızda salaməleyk var”.

Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.

Hadı Rəcəblinin dediklərindən sitat:

“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.

Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hadı Rəcəblinin sərvəti açıqlandı (SİYAHI)

    Hadı Rəcəblinin sərvəti açıqlandı (SİYAHI) ...

    25-02-2019, 20:46

  • 
  • Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər - MSK sədri AÇIQLADI

    Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər - MSK ...

    10-02-2020, 19:26

  • 
  • Hadı Rəcəblinin qardaşı qızından 300 minlik qalmaqal

    Hadı Rəcəblinin qardaşı qızından 300 minlik ...

    30-06-2020, 12:59

  • 
  • Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi

    Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi ...

    15-06-2020, 15:24

  • 
  • Hadı Rəcəblinin nəticələri ləğv edildi - SON DƏQİQƏ!

    Hadı Rəcəblinin nəticələri ləğv edildi - SON ...

    13-02-2020, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu