Sadıq Sadıqov anasının yasına gəlməyən işçilərini işdən qovur
«Neftçi» futbol klubunun prezidenti Sadıq Sadıqov yanvar ayının sonlarında dünyasını dəyişən anasının (Allah rəhmət eləsin!) yasında iştirak etməyən işçilərinin siyahısını tutdurub və üç mərasimindən dərhal sonra onların işdən qovulması barədə göstəriş verib. Bu barədə Azpolitika.info-ya «Neftçi» İdman-Sağlamlıq Cəmiyyətinin yasda iştirak etmədiyinə görə işdən qovulan keçmiş mühafizəçilərindən birinin yaxını məlumat verib. Onun sözlərinə görə, yasda iştirak etməyənlər «könüllü şəkildə» istefa ərizəsi yazmağa məcbur ediliblər. Son iki-üç gündə təkcə «Neftçi» İdman-Sağlamlıq cəmiyyətinin mühafizəsindən 5 nəfər yasda iştirak etmədiyinə görə işdən qovulub. Fikrimizcə, bu məlumatın əlavə şərhə ehtiyacı yoxdur və bir adı var: «Biabırçılıq». Sadıq Sadıqovun mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?