Zemfira Ələkbərova polis oğlunu üzləşdiyi haqsızlığa görə Ramil Usubovdan imdad diləyir
Hacıqabul sakini daxili işlər nazirinə müraciət edib. Bu barədə “Gündəm xəbər”ə göndərilən məktubda rayon sakini Zemfira Ələkbərova nazir Ramil Usubovdan kömək istənilir: “Biz bir ilə yaxındır ki, qapılarda qalmışıq. Hara gediriksə, bizi başdan edirlər. Cənab nazir, Sizin məlumatınız olmayan bir haqsızlıqla üzləşmişik. Çox xahiş edirik ki, bizi dinləyib kömək edəsiniz.
Yetimçiliklə, min əzab-əziyyətlə, atasız tərbiyəli, mədəni, qabiliyyətli oğul böyütdüm. Uşaq sevinə-sevinə polis paltarı geyindi. Amma oğlum heç bir günahı olmadan kiməsə qurban verildi və 11 illik xidməti yerə vuruldu, 3 övladının qarşısında xəcalətli oldu.
Bu 6 nəfər ailənin ağırlığı yenə bu ağbirçək yaşımda mənim üzərimə düşüb. Üzləşdiyimiz bu dözülməz haqsızlığı Ramil müəllim Sizin diqqətinizə çatdırmaq istəyirəm. Lakin bu günə kimi Sizinlə görüşməyimə heç cür şərait yaradılmır.
28 fevral 2015-ci il tarixdə Şirvan şəhərində siz vətəndaşları qəbul etməyə gələndə yenə də “sehrli qüvvə” qabağıma sədd çəkdi. Mənim kimi anaların, kimsəsiz yetimdarların güman yeri Azərbaycan dövləti və ş Sizsiniz. Oğlumun üzləşdiyi haqsızlığın detalları barəsində qəbulda ətraflı məlumat verə bilərəm.
Bir ana kimi xahiş edirəm məni qəbul edin və dinləyin. Əminəm ki, Sizin həmişəki kimi prinsipial və ədalətli qərarınızla haqq-ədalət bərqərar olunacaq. Hacıqabul əhalisi kimi mən və eləcə də bütün ailə üzvlərim Sizə daim minnətdarıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?