Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs komadan çıxıb.
ABŞ-da beyin əməliyyatı keçirən müğənni 6 günlük komadan sonra gözlərini açıb.
Mayamidə bir xəstəxanada əməliyyat olunan məşhur müğənninin səhhəti haqqında meneceri açıqlama verib. Eyüp Kanat sənətçinin gözlərini açdığını, ancaq vəziyyətinin yaxşı olamdığını deyib:
"İbrahim bəy oyandı, amma ağrısı çox olduğu üçün həkimlər onu dərmanla yatırırlar. Bir neçə günə bu dərmanlar da tamamilə dayandırılacaq. Beyin funksiyaları yaxşıdır. Qorxulu heç bir şey yoxdur. Ən çox bir aylıq müalicə müddəti nəzərdə tutulub".
Həkimlər İbrahim Tatlısesin beynindəki şişi tədricən azaltmaq üçün onu yatırmaq yolunu seçiblər. Tatlıses hazırda dərmanlar qəbul edir və müalicəsi davam etdirilir
Sorğu
Yeni dizaynımız necədir?