GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan təhsilini bataqlığa sürükləyənlər

Azərbaycan təhsilini bataqlığa sürükləyənlər

Tarix: 17-03-2015, 00:02 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan təhsilini bataqlığa sürükləyənlər

Əgər biz həqiqətən də sivil dünyaya inteqrasiya etmək istəyiriksə, güclü dövlət qurmaq niyyətindəyiksə, ilk növbədə ölkənin təhsil sistemində inqilabi dəyişikliklər etməliyik

Çin mütəfəkkiri Konfutsinin belə bir deyimi var: “Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər”. Bu sözlər min illər əvvəl söylənilsə də müasir dünyada hələ də aktual olaraq qalır. Ətrafımıza nəzər salsaq, dünya siyasətində, iqtisadiyyatında hegemon mövqelər tutan dövlətlərin bu zirvəyə həm də güclü elmi potensial, təhsil sistemi vasitəsilə yüksəldiklərini görərik. Təəssüf ki, bəşər sivilizasiyasının ən qədim beşiyi olan Şərq ölkələri bu gün cəhalət girdabında boğulur, fanatizm bataqlığında batır. Bəs dünya elmi irsinə neçə-neçə dühalar bəxş etmiş Azərbaycan elminin, təhsilinin bu günkü durumu gələcəyə nikbin baxmağa ümid verirmi?

Yenə də təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan təhsil sistemində illərlə oturaqlaşmış, özünə güclü rişələrlə kök atmış total problemlər hələ də qalmaqdadır. Tam əminliklə söyləmək olar ki, təhsilin bu günkü durumu istənilən səviyyədə deyil, cəmiyyətdə elmin nüfuzu hansısa bir bayağı toy müğənnisinin reytinqindən aşağıdır. Düzdür, yeni məktəblər tikilir, təmir olunur, təhsil haqqında proqramlar qəbul olunur, bahalı layihələr həyata keçirilir. Ancaq arabanın batmış təkərini hələ ki, bataqlıqdan çıxartmaq mümkün olmayıb. Nazirlər dəyişilir, inzibatçılıq tədbirləri gücləndirilir, nəticə isə yoxdur ki, yoxdur.

Yaşlı nəslin nümayəndələrinin nostalji xatirələrində müəllimə olan böyük hörmət və ehtiram bu gün də həsrətlə anılır. Müəllim bir təmizlik mücəssiməsi, cəmiyyətin etalonu hesab olunur, az qala müqəddəs varlıq sanılırdı. Düzdür, sovetlər dönəmində də müəllim heç də cəmiyyətin ən yaxşı təmin olunan zümrəsində yer almayıb (amma, indiki ilə müqayisə olunmayacaq dərəcədə yaxşı olub), ancaq onun tutduğu mövqe həmişə ucada olub. Bəs nə baş verdi və indi necədir?

Acı reallıqdır ki, müasir cəmiyyətdə ziyalı təbəqəsi yedəkdə sürünən, qınaq obyektinə çevrilən, maddi baxımdan alçaldılan bir təbəqəyə çevrilib. Bu gün cəmiyyət ziyalı nüfuzunu qəbul etmir, onun üçün açıq-saçıq geyimdə dingildəyən, əttökən sözləri ilə hamıya dərs keçən şou ulduzları daha seviləndir. Hətta televiziya verilişlərinə belə ekspert qismində daha ziyalıları dəvət etmirlər, çünki müğənnilərin iştirak etmədiyi proqramları izləyən olmur. Müəllim müraciəti də hamıya şamil olunur, artıq ortada qoyulacaq bir fərq də qalmayıb.

Vəhşi kapitalizmin caynaqları ölkədə elmin işığını söndürməkdədir. Hamı yaxşı qazanmaq uğrunda çalışır, dəbdəbəli həyat tərzi başları gicəlləndirir. Bir müəllimin ömürlük məvacibinə hansısa məmur oğlu bir gecəlik əyləncə təşkil edərək kef çəkir, yaxud avtomobil alaraq sosial şəbəkələrdə şəkillərini paylaşır. Müəllim isə məktəblərdə süpürgə pulu, fond pulu, zibil pulu toplamağa məhkum olunub, gecələr gözətçilik edib səhərlər yuxusuzluqdan şişmiş gözlərini şagirdlərindən gizlətməyə çalışır. 100-200 manatlıq məvaciblə dolanmağa məcbur qalan, cındırından cin ürkən bir təbəqəyə cəmiyyətdən hansı münasibəti gözləyirsiniz?

Əgər bir müğənni efirdən “mənim də soyuducuma baxın, alimin də, görün fərq nədədir” deyirsə, Axundovların, Mirzə Cəlillərin, Sabirlərin yaşadığı cəmiyyət ilə heç bir fərqimizin olmadığını görərik. Adlar və qiyafələr dəyib sadəcə...

Əgər biz həqiqətən də sivil dünyaya inteqrasiya etmək istəyiriksə, güclü dövlət qurmaq niyyətindəyiksə, ilk növbədə ölkənin təhsil sistemində inqilabi dəyişikliklər etməliyik. Elə bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri çıxışında bildirdi ki, hansısa bir sahədə lazım olanda çox vaxt savadlı kadr tapmaqda çətinlik çəkirik. Bəs hər il universitetlərdən məzun olan minlərlə tələbələr hardadır? Təhsil sisteminə ayrılan milyardlar havayamı uçub? Artıq elə bir faciəvi durum yaranıb ki, Türkiyədə Azərbaycandan pulla diplom almaq mövzusu gülüş hədəfinə çevrilib. “Qırmızı diplomlu” savadsızlar ölkəsinə çevrilməkdəyik, faciə də bundadır.

Hər il ali məktəblərə qəbul imtahanlarının keçid balı aşağı salınır, yerlər boş qalır. Keçirilən buraxılış imtahanlarından qeyri-kafi qiymət alanların sayı işıq sürəti ilə artır. Deməli, sistem düzgün qurulmayıb, idarəetmə istənilən səviyyədə deyil. Onsuz da hamıya gün kimi aydındır ki, ali məktəblərə qəbul olunan abituriyentlərin hamısı repititor təhsilinin məhsuludur. Məktəblərdə yuxarı siniflərdə dərslər formal olaraq keçirilir, ali təhsil almaq istəyənlər hər ay xeyli pul xərcləyib repititor yanına getməlidir. Onda niyə deyirik ki, Azərbaycanda təhsil pulsuzdur, axı kasıbların pulla müəllim tutmağa imkanı yoxdur. Pulsuz təhsil verən məktəblərin səviyyəsi isə hər il artan “qeyri-kafi” qiymətlərin statistikasından aydın görünür.

Bu zəncirvari “yıxılma prosesi” ali təhsil müəssisələrində də davam etdirilir. Dünyada oxumamaq üçün pul verən yeganə millət imicini ali təhsil ocaqlarımızın auditoriyalarında manatımızla, dollarımızla qazanmamışıqmı? “Özün üçün oxuyursan, bunun imtahan haqq-hesabına dəxli yoxdur”, deyimini əksər tələbələr yaxşı bilir. Çox vaxt universitetlərimiz plan verən müəssisə rolunda çıxış edirlər- filan qədər tələbə qəbul olundu, filan qədəri məzun oldu. Ancaq bu filan qədərlərin keyfiyyəti necədir, bundan danışmaq istəyən yoxdur. Rəqəmlər daha cazibədar olduğu üçün onlara istinad etmək daha uyğun sayılır.

Korrupsiya, rüşvət istənilən cəmiyyət üçün ağır xəstəlikdir. Təəssüf ki, bizdə artıq bu xəstəlik metastaz mərhələsindədir. Ali təhsil müəssisələrinə kök atan rüşvət mexanizmi isə illərin acı təcrübəsinə söykənir. Ölkə mediasına nəzər salsaq, ali təhsil müəssisələrində hökm sürən acınacaqlı durum aydın olar. Müxtəlif universitetlərdə saxta diplom qalmaqalları, imtahan sessiyalarındakı rüşvət mexanizmləri haqqında kifayət qədər informasiyalar var. Bütün bunlar hələ də davam edirsə, biz bu potensialla hara gedirik və nə vaxta qədər gedə bilərik?

Azərbaycan 2005-ci ilin may ayının 19-dan Bolonya prosesinə qoşulsa da, bolonya prinsiplərinə əməl etmir. Sisteminin tələblərinə görə, semestr ərzində toplanılan ballar imtahanda yekun nəticəyə birbaşa təsir edir. Dərsə davamiyyət də daxil olmaqla bütün göstəricilər balla hesablanır və imtahanın sonunda yekun nəticəyə əlavə olunur. Tələbələr deyir ki, semesterdə keçilən bütün fənlərdən imtahan verilməsi mütləqdir. Bundan başqa, seminarlarda iştirak edən tələbələrə də əlavə bal hesablanır. Semester imtahanı

öncəsi tələbənin ən azı 50 balının olması zəruridir. Əksər universitetlərin tələbələri bildirirlər ki, onlardan həmin balın yazılması üçün rüşvət tələb olunur.

Gəncə Dövlət Universitetində hökm sürən acınacaqlı durum əksəriyyətə məlumdur. Burada qeyri-rəsmi pullu təhsil mexanizmi fəaliyyət göstərir və hər şeyin öz qiyməti var. Yaranmış vəziyyətdən təkcə tələbələr deyil, müəllimlər də narazılıq edirlər.

Sumqayıt Dövlət Universitetində də vəziyyət ürəkaçan deyil. Hətta burada xüsusi “hicab qadağasını” qeyd etməmək olmaz. Təsəvvür edin ki, imtahanla buraya qəbul olunmuş tələbə təhsil haqqını ödədiyi halda hicab bağladığı üçün universitetə buraxılmır. Universitetin “müqəddəs” ənənələrinə zidd olduğu üçün. Bu ənənələrin isə tələbələrə hər semesterdə neçəyə başa gəldiyini çoxları bilir.

Araşdırmalarımız nəticəsində digər nüfuzlu ali təhsil ocaqlarında da oxşar mənzərə ilə üzləşdik. Azərbaycan Dövlət Pedaqoji Universiteti, İqtisad Universiteti, Neft Akademiyası, Təfəkkür Universiteti, Kooperasiya Universiteti, Tibb Universiteti, Odlar Yurdu Universiteti də bu siyahıda öz “mövqelərini” inamla qoruyub saxlamağı bacarır.

Əksər ali təhsil müəssisələri isə ümumiyyətlə ictimaiyyətə bağlı fəaliyyət göstərir. Əksər universitetlərin mətbuat mərkəzləri mediaya qapalıdır. Onlardan hansısa informasiyanını alınması qeyri-mümkündür. Xüsusilə imtahan sessiyaları dövründə universitetlərdə “qapalı iş mexanizminə” keçirlər.

Müasir dövrdə sosial şəbəkələrin cəmiyyətdə hansı mövqeyə malik olduğunu bilməyən yoxdur. Xüsusilə gənclərin, tələbələrin bu şəbəkələrdə aktiv iştirakı danılmazdır. Eləcə də ali təhsil müəssisələrinin sosial şəbəkələrdə təmsil olunması da xüsusilə əhəmiyyətlidir. Bir çox sahələrdə liderlik edən ali təhsil müəssisələri nədənsə bu sahədə ümumiyyətlə gözə çarpmır. Bu günlərdə Təhsil Nazirliyi «Ali Təhsil müəssisələri» Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından fevral ayı üzrə statistikasını açıqlayıb. Respublikanın əksər ali məktəblərinin mətbuat katiblərinin təmsil olunduqları səhifədə ilk beşlik müəyyənləşib.

Qrupun fevral ayı üzrə fəalı Bakı Dövlət Universiteti olub.

Xatırladaq ki, Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq, ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.

Göründüyü kimi, tarixi ənənələrə malik olan Bakı Dövlət Universiteti bu sahədə də öz müsbət imicini qoruyub saxlaya bilib. Universitetin mətbuat xidmətinin fəaliyyəti də həmişə açıq və şəffaflığı ilə seçilib. Bu isə universitetdə yaradılan normal təhsil mühitinin nəticəsidir. Yəqin ki, öz əməlləri ilə dillər əzbəri olan digər ali təhsil müəssisələri də öz iş prinsiplərinə nəzər yetirsələr, bu müsbət təcrübədən yararlansalar yaxşı olardı.

Son zamanlar xüsusilə dəbdə olan bir ifadə var - “Avropaya inteqrasiya etmək”. Unutmayaq ki, bu inteqrasiya cırıq şalvar, dar köynək geyinməklə, qulağa sırqa

taxmaqla baş tutmayacaq. Bunun üçün güclü elmi potensial, müasir təhsil sistemi qurulmalıdır. Bəlkə bunu qulaqlarımızda sırğa edək!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00

  • 
  • Azərbaycan təhsilini uçuruma sürükləyənlər kimlərdi?

    Azərbaycan təhsilini uçuruma sürükləyənlər ...

    13-04-2019, 17:12

  • 
  • Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ SİSTEM: - “Bu gerilik aradan qaldırılmasa...”

    Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ ...

    30-03-2020, 16:27

  • 
  • Korrupsiya bataqlığında batan Daşkəsən təhsili

    Korrupsiya bataqlığında batan Daşkəsən təhsili ...

    13-12-2013, 13:04

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu