GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şamaxının şefi üçün “əcəl zəngi” çalınır...

Şamaxının şefi üçün “əcəl zəngi” çalınır...

Tarix: 17-03-2015, 00:40 Bölmə :Ölkə Baxış: 0
Şamaxının şefi üçün “əcəl zəngi” çalınır...

Asif Ağayevin idarəçiliyi rayonu ayağa qaldırıb, onun adı “qara siyahı”ya salınıb

Şamaxının icra başçısı Asif Ağayev üçün “əcəl zəngi” çalınır. Rayonda qarışıqlığın yaranmasına səbəbkar olan rayon rəhbəri adını “qara siyahı”ya saldırıb. Bu barədə “Gündəm xəbər”in əldə etdiyi məlumata görə, A.Ağayev artıq gərginliyi sakitləşdirmək və yuxarı dairələrin qəzəbini soyutmaq üçün səfərbər olub.

İcra hakimiyyətindəki kabinetində otura bilməyən A.Ağayev ona gələn zənglərdən sonra olduqca narahatdır.

Mənbə iddia edir ki, ölkədə sosial gərginlik olan ərəfədə belə bir xəta daha faciəvi sonluqla bitərdi. Sadəcə, bəxti gətirib. Buna baxmayaraq, icra başçısı özünü töhmət alacaq məmurlar cərgəsinə qoşub.

Qaynağımız iddia edir ki, icra hakimi təşvişə düşüb. Qeyd edək ki, rayonun Göylər kəndinin 200-ə yaxın sakini icra nümayəndəsinin işdən çıxarılması və yollarının bərbad olmasına etiraz ediblər.

Bu məqsədlə Şamaxı İcra Hakimiyyətinin binası önündə etiraz aksiyası keçirilib. Məlumata görə, 200-ə yaxın rayonun Göylər kəndinin sakinləri İcra Hakimiyyəti binasının önünə toplaşaraq, icra başçısı ilə görüşmək istədiklərini bildiriblər.

Onlar üzləşdikləri yol problemi və kəndin icra nümayəndəsi Xəlilovun işdən çıxarılmasına etiraz ediblər. Lakin icra başçısı Asif Ağayev onları qəbul etməkdən imtina edib. Bu da əlavə gərginliyə səbəb olub.

Əvəzində polis rəisini önə verərək, etirazçılarla onun görüşməsini istəyib. Polis rəisi isə Göylər kəndinin sakinlərini qəbul edərək, onların problemlərini dinləyib və məsələlərin həllinə yardımçı olacağını bildirib.

Etirazçılar bildiriblər ki, Şamaxıda idarəçilik tamamilə nəzarətdən çıxıb. Buna səbəb kimi isə icra başçısının işdə tapılmaması, rayonda özbaşınalıq üçün şərait yaratmasını göstəriblər. İcra başçısının müavini Qasımov rayonu idarə edən şəxsdir. Elə icra başçısı da ondan çəkinir. Çünki müavinin arxasında duran şəxs yüksək vəzifədə çalışanlardan biridir. Bunu özü də açıq şəkildə bəyan edir.

Hələ ARDNŞ prezidenti Rövnəq Abdullayev yaxın qohumu, “Azəriqaz”ın sədri Əkbər Hacıyevin tikinti işləri üzrə müavini vəzifəsinə özünün tələbə yoldaşı, əslən Sabirabad rayonunun Ulacalı kəndindən olan Asif Ağayevi təyin etmişdi.

Bir neçə il öncə “Azəriqaz”da tikinti sahəsində 6 milyon manata yaxın dövlət vəsaitinin yoxa çıxmasının üstü açılanda Əkbər Hacıyev Rövnəq Abdullayevə Asif Ağayevin ondan xəbərsiz yeyintiyə yol verdiyini bildirmişdi. Bu həmin Asif Ağayevdir.

Çətin duruma düşən Asif Ağayev infarkt keçirərək xəstəxanaya düşmüşdü. Bundan sonra Rövnəq Abdullayev Asif Ağayevi bağışlayaraq onu “Azəriqaz”dan çıxarmışdı. Tələbə yoldaşını əvvəlcə dənizdə tikinti şöbəsinə müavin, sonra isə şöbə rəisi təyin etmişdi. Maraqlı məqam odur ki, dövlətin külli miqdarda vəsaitinin yoxa çıxmasına görə heç kim nə cəza alıb, nə də tutduğu vəzifəsindən uzaqlaşdırılaraq barəsində tədbir görülüb.

Rövnəq Abdullayev isə adı korrupsiya faktında hallanan Asif Ağayevin Şamaxıya icra başçısı təyin olunması üçün çox çalışıb. Qaynağımızın sözlərinə görə, Asif Ağayevin icra başçısı təyin olunmasını eşidən ARDNŞ işçiləri şoka düşüblər. Onlar təəccüblənir ki, milyonları mənimsəyən adam yüksək vəzifəyə necə təyin olunub?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14

  • 
  • Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevdə yola salınır

    Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif ...

    2-06-2018, 16:45

  • 
  • Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...

    Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər ...

    27-08-2020, 12:25

  • 
  • Şamaxı rayonu icra başçısı vəzifəsindən azad edildi - PREZİDENTDƏN SƏRƏNCAM

    Şamaxı rayonu icra başçısı vəzifəsindən azad ...

    30-10-2018, 16:00

  • 
  • “Qara siyahı”ya düşən icra başçıları

    “Qara siyahı”ya düşən icra başçıları ...

    28-03-2015, 20:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu