GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Belə həssas məqamda Türkiyə Azərbaycanın taleyi ilə oynamamalıdır”

“Belə həssas məqamda Türkiyə Azərbaycanın taleyi ilə oynamamalıdır”

Tarix: 17-03-2015, 00:48 Bölmə :Ölkə Baxış: 0
“Belə həssas məqamda Türkiyə Azərbaycanın taleyi ilə oynamamalıdır”

Bədrəddin Quliyev: “Moskva Ankara ilə əlaqələr qurmaq, bu yolla dünya bazarına çıxış əldə etmək istəyir” Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevlə müsahibəni təqdim edirik: - Rusiya-Türkiyə münasibətlərində sanki bir yaxınlaşma müşahidə olunur. Bunu necə qiymətləndirmək olar? - İndi Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Moskva məcburdur ki, Türkiyə ilə əlaqələr qursun. Bu əlaqələrin daha çox iqtisadi və siyasi sahədə olmasına çalışır. Rusiyanın dünya bazarına neft-qaz çıxarmasına təhlükə yaranır. Rusiyanın Avropaya çıxardığı neft və qaz kəmərlərinin 85 faizi Ukrayna üzərindən gedirdisə, indi Kremli kəmərlərini Türkiyə üzərindən keçirərək dünya bazarına çıxmaq istəyir. Ancaq ortada incə bir məqam var. Azərbaycan pulunu və imkanını qoyaraq TANAP layhəsini çəkir. Biz Şahdəniz yatağındakı qaz ehtiyatlarımızı Türkiyə üzərindən Avropa bazarına çıxarmaq istəyirik. Belə bir məqamda Azərbaycanın taleyi ilə oynamaq olmaz. İndiki təlatümlü mərhələdə Türkiyə hakimiyyəti öz maraqlarını nəzərə almaqla bərabət toplumun da maraqlarını nəzərə almalıdır. İndi Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilir. Belə həssas mərhələdən istifadə edərək Türkmənistan və Azərbaycan qazı ehtiyatları Gürcüstan üzərindən Türkiyəyə keçərək dünya bazarına çıxarılmalıdır. Hesab edirəm ki, biz Avropanın maye qazla təmin olunmasını öz üzərimizə götürməliyik. Biz bir çox layihələri özümüz həyata keçiririk. Öz pulumuzu TANAP kimi iri layihələrə qoymaqla mesaj veririk ki, sizlərin laqeyid yanaşdığınız proyektlərə biz özümüz pul xərcləyirik. Hesab edirəm ki, Türkiyədə bu kimi prioritet məsələlərdə Azərbaycanı tək qoymamalıdır. İndi Rusiyanın Türkiyəyə yaxınlaşması, öz kəmərlərini qardaş ölkə üzərindən keçirməklə dünya bazarına çıxmaq istəyi var. Bizdə belə təbliğat aparırıq ki, seçimdə səhv etmək olmaz. Bizim Çanaxqalanın 100 illiyi ilə bağlı Türkiyədə tədbirimiz olacaq. Çanaxqala savaşında

azərbaycanlıların qanı və canı ilə vuruşması ilə yanaşı qeyd etdiyim məsələləri də ortaya qoyacağıq. Bu məsələlərdə Türkiyə Azərbaycanın yanında olmalıdır. Elə etməlidir ki, Rusiya yenidən Azərbaycanı təhdid etməsin. - Quzey Kıprıs Türk Cümhuriyyətinə səfəriniz hansı məqsəd güdürdü? - Aprelin 19-da Kıprısda prezident seçkiləri keçiriləcək. Biz türk toplumunun iqtisadi, siyasi, mənəvi, strateji baxımdan yaxın olmasını vacib hesab edirik. Səfərdə məqsədimiz Kıprısda keçiriləcək prezident seçkilərində indiki prezident Dərviş Eroğluna dəstək mesajı vermək idi. Qeyd edim ki, Kıprısa geniş bir nümayəndə heyəti formalaşdıraraq səfər etmişdik. Azərbaycandan mən, Makedoniyadan Türk Hərəkat Partiyasının rəhbərliyində olan millət vəkili Enis İbrahim, Türkiyə Həmkarlar İttifaqının xarici əlaqələr üzrə katibi Əhməd Dəmirçi, eləcə də xaricdə fəaliyyət göstərən bir çox türk diaspora və QHT nümayəndələri təmsil olunurdu. Bir daha qeyd edim ki, biz bu səfərlə Quzey Kıprıs Türk Cümhuriyyətinin indiki prezidenti Dərviş Eroğlunun seçki kompaniyasına dəstək vermək niyyəti güdürdük. - Nədən Dərviş Eroğluna dəstək vermək məqsədi güdürdünüz, axı Kıprısda keçiriləcək prezident seçkilərində altı namizəd iştirak edəcək? - Dərviş Eroğlu türk dünyasının inandığı və güvəndiyi bir insandır. Dərviş Eroğlu mərhum prezident Rauf Denktaşın əsas silahdaşlarından biridir. Hazırda Eroğlu prezidentdir və növbəti dəfə də namizədliyini irəli sürüb. Artıq fevralın 28-dən prezident seçkilərinə rəsmi start verilib. Bizdə fevralın 27-də paytaxt Levkoşa şəhərində cumhurbaşqanı Eroğlu ilə görüşdük. Bizim yaxşı münasibətlərimiz var. Onun özünə də, açıq mesaj verdik ki, böyük bir nümayəndə heyəti ilə Levkoşada olmağımız ona dəstək verməklə yanaşı Kıprıs cəmiyyətinə, seçicisinə də bir mesajdır. Çünki türk dünyası üçün Kıprısda milli mücadilə aparan Dərviş Eroğlu kimi şəxsiyyətin hakimiyyətdə olması bizim üçün önəmlidir. Kıprısda

hakimiyyət elə əllərdə olmalıdır ki, gələcəkdə problem yaranmasın. Çünki adanın Rum tərəfi Avropa Birliyinin üzvü olsa da, Rusiya ilə müqavilə bağlayır və digər addımlar atır. Belə bir incə məqamda yunanların gah birləşmək, gah birləşməmək düşüncəsi, eləcə də Avropa Birliyinin acığına Rusiya ilə əlaqələr qurmaq istəyi və s. ovqat var. Mən də belə həssas dönəmdə millətini və dövlətini sevən Dərviş Eroğlunun Kıprısı idarə etməsinin əhəmiyyətli olduğunu bildirdim. Mən Kıprıs televiziyalarında çıxışım zamanı dedim ki, bu ərazi neft və təbii sərvətlərlə zəngin bir ərazidir. Zaman gələcək Kıprısın qaz və neft problemi olmayacaq. Həm də iqtisadi və hərbi baxımdan Yaxın Şərqdə gedən proseslərdə Kıprızın türk dünyası və Türkiyə üçün böyük əhəmiyyəti var. Eyni zamanda Kıprıs hərbi baxımdan strateji ərazidir. Həm də, bildirim ki, bizim BTC ilə Avropaya gedən neftimiz Türkiyədə Ceyhan limanına çıxır. Ceyhan limanından Türkiyənin dünyaya çıxışı Aralıq dənizi vasitəsilədir. Odur ki, Kıprısda dayaqlarımızın güclü olması üçün Dərviş Eroğlu kimi milli mücadilə verən şəxsin hakimiyyətdə olması, növbəti dəfə prezident seçilməsi strateji baxımdan da maraqlarımıza uyğundur. - Türk dövlətləri və toplumları arasında münasibətlərin qurulmasını bu baxımdan əhəmiyyətli hesab edirsiniz? - Türk dövlətlərinin əlaqələrinin qurulması, ilkin dövrdə zirvə görüşləri, mədəni əlaqələrin möhkəmlənməsi, sonradan strateji əməkdaşlıq münasibətlərinin yaradılması vacib məsələlərdir. Ancaq təəssüflər olsun ki, biz hələlik münasibətləri strateji müttəfiqlik səviyyəsinə gətirib çıxara bilməmişik. Eləcə də iqtisadi baxımdan normal bank-maliyyə sistemimizi qura bilməmişik. Bank-maliyyə sisteminin qurulması böhran yaşandığı mərhələdə, dünya dövlətlərinin çoxunun maliyyə baxımdan asılı vəziyyətə düşdüyü indiki etapda türk dövlətlərinə dəstək olardı. Türkdilli dövlətlərdə iqtisadi əlaqələrini belə bank-maliyyə sistemi ilə bir qədər də yaxınlaşdıra bilər. Yəni, bundan hər bir türkdilli dövlət qazanc əldə edə bilər. Türkdilli dövlətlər simasında bu sistem 300 milyonluq türkü əhatə etməlidir. Biz öz gücümüzü ortaya qoymaqla dünyada türkə qarşı sayğı da artacaq. Odur ki, bizlər bir-birimizə bu osmanlıdır, bu azəridir, bu türkməndir, qazaxdır, kərkük türküdür

deməklə irəli gedə bilmərik. Biz bir-birimizə türk olar yanaşdıqda dünya gücümüzü görəcək və bizə hörmətlə yanaşacaq. Mən Kıprısda da dedim ki, bizim Qarabağ problemimiz var, rayonlarımız işğal altındadır və bu səbəbdən də onları dəstəkləyə bilmirik. Amma Kıprıs öz varlığını qoruması, dövlətini qurması bütün türk toplumu üçün bir nümunədir. - Siz İraq türkmənləri ilə də yaxın əlaqələr saxlayırsınız. Orada Kərkük türklərinin durumu necədir? - Sözümü ona gətirərəm ki, Kıprısda türklər milli mücadilə verdi, öz dövlətini qurdu. Çünki təşkilatlana bildi. Ancaq Kərkükdə 3 milyona yaxın türkmən var. Bildiyiniz kimi bizim İraqın keçmiş naziri, türkmənlərin nümayəndəsi Turxan Müftüoğlu ilə yaxın münasibətimiz var. Turxan Müftüoğlu Türkmən Xalq Partiyası quraraq prosesə qatılmışdı, toplumun təşkilatlanması xəttini irəli aparırdı. Ancaq təəssüflər olsun ki, orada türkmənlər milli baxımdan birləşə bilmədilər. Çünki daha çox dini məsələyə görə, sünnü və şiə məzhəbinə bölündülər. Nəticədə öz hüquqları, muxtariyyətləri və istiqlalı uğrunda mübarizə apara bilmədilər. Kürdlərdən fərqli olaraq türkmənlər təşkilatlana və formlaşa bilmədilər. Dünyada baş verən proseslər elədir ki, mücadilə aparırsansa, torpağını müdafiə edirsənsə, nəticə də qazanırsan. Odur ki, toplum ilk olaraq təşkilatlanmalıdır. Bunun üçün isə xarizmatik lider lazımdır. Kıprısda belə xarizmatik liderlərdən biri də Rauf Denktaşdan sonra gələn prezident Dərviş Eroğludur. - Bəs necə olur ki, Yunan Kipri Avropa Birliyinin üzvü olduğu halda Rusiya ilə əlaqələr yaradır, müttəfiqlik edir? - Biz bu məsələ ətrafında fikir mübadiləsi apardıq. Yunan Kiprinin Rusiya ilə əlaqələr qurması, əməkdaşlıq etməsi Avropa Birliyinin əleyhinədir, Avropa dəyərlərinə qarşı olan fəaliyyətdir. Biz hesab etdik ki, bununla bağlı Avropa Birliyi və dünya qarşısında məsələ qaldırıla, diqqəti bu istiqamətə çevirmək olar. Cumhurbaşqanı Dərviş Eroğlu Yunan Kiprinin Rusiya ilə münasibətlərinə dair əhatəli bir bəyanat verdi. Bu bəyanat Avropa Birliyi və ABŞ Dövlət

Departamenti tərəfindən ciddi diqqətə alındı. Onlar öz reaksiyalarında qeyd etdilər ki, Yunan Kipri Rusiyaya qarşı sanksiyalar mərhələsində belə davranışı yanlış hərəkətdir, Avropa Birliyinin dəyərlərinin əleyhinədir və bu kimi fəaliyyətin cəzası olacaq. - Kıprısda başqa kimlərlə bir araya gəldiniz? - Səfər zamanı Demokratik Ulusal Gənclər Partiyasından Sərdar Denktaşla görüşdük. Sərdar Denktaş baş nazirin müavini olmaqla yanaşı hökumətdə iqtisadiyyat, turzim, idman və gənclər naziri vəzifəsini daşıyır. Bizim rəhmətlik qurucu prezident Rauf Denktaşla isti münasibətlərimiz olub. Kıprısda ilk olaraq onun qəbrini ziyarət etdik. Rauf Denktaş türk dünyasında dövlət quran liderlərimizdəndir. Sərdar Denktaş Rauf Denktaşın oğludur və Dərviş Eroğlu ilə koalisiya içərisindədir. Ola bilsin ki, gələcəkdə biz də, cumhurbaşqanı D. Eroğlunu və Sərdar Denktaşı Azərbaycana dəvət edək. Eləcə də biz gələcəkdə türk toplumları arasında əlaqələrin inkişafının tərəfindəyik. Sərdar Denktaşı Azərbaycanı sevən dövlət xadimidir. Kıprısda milli güc hesab olunan siyasi qüvvələr bir yerdədir və biz də, kənardan gedərək onların birgə olmasına və qələbələrinə dəstək olduğumuzu ifadə etdik. Səfər zamanı nümayəndə heyətimiz dövlət protokoluna uyğun qəbul olundu, keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi Kıprısın mediasında ciddi işıqlandırıldı. Həmçinin deputat qrupları ilə görüşdük. Çoxlu sayda təmaslar oldu, çalışdıq ki, hər kəslə görüşək. Biz əlimizdən nə gəlibsə onu edirik, Azərbaycanın təbliğ olunması, türk toplumları arasında münasibətlərin daha da güclü olması üçün nə bacarırqsa, onu da edirik. Azərbaycan sürətlə tanınır və güclənir. Artıq əksər türk toplumu bizdən umur. Əsrin əvəlində türkçülüyün mərkəzi Bakı olub. Rəsulzadə, Ağaoğlu, Kaspiranski, Xoyski və digər şəxsiyyətlərin apardığı milli düşüncə sisteminin yayılması, təşəkkül tapması ortadadır. Məhz bunun nəticəsi olaraq ilk türk dövlətini biz qurmuşuq. Bu proses sonradan Türkiyəyə keçib. Adını çəkdiyim və çəkmədiyim bir çox şəxslər sonradan Türkiyəyə mühacirət edib. Əhməd Ağaoğluna Atatürk 6 vəzifə verib. Orada da bu sistemi məhz buradan gedənlər qurub, oturdub.

Odur ki, Bakı hər zaman türklüyün mərkəzi olub. - Səfəriniz Xocalı soyqrımının 23-cü illiyinə təsadüf edirdi. Səfər zamanı bu soyqırım haqqında Kıprıs ictimaiyyətinə məlumat verdinizmi? - Qeyd edim ki, Xocalı qətliamı ilə əlaqədar cumhurbaşqanı Dərviş Əroğlu Azərbaycan Prezidenti İlham Əliyevə mesaj verdi, soyqırımla bağlı millətimizə başsağlığı verdi, Qarabağ münaqişəsinin həllinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini, dünyanın bu məsələdə Azərbaycana dəstək verməli olduğunu qeyd etdi. Bildirdi ki, biz millət, üç dövlətik. Bizim dərdimizdə, perspektivimiz də birdir. Biz nə qədər bir yerdə olacağıqsa, bir-birimizə dəstək olacağıqsa, bir o qədər güclü olacağıq. Biz CHP olaraq türkdilli dövlətlər arasında əlaqələrin güclənməsi üçün öz tərəfimizdən təbliğatımızı aparacağıq. Biz türk dövlətlərinin hərbi baxımdan da yaxınlaşmasını arzulayırıq. Türkdilli toplumlar arasında hərbi strateji münasibətlər yaxın olmalıdır. Azərbaycanla Türkiyə arasında hərbi strateji müqavilənin imzalanması çox yaxşı olardı. Şükürlər olsun ki, indi iki ölkə hərbçiləri birgə hərbi təlimlər keçirirlər. Biz bilirik ki, arxasında dəstəkçisi, müttəfiqi və real gücü olmayan ölkə daima təzyiqlərə məruz qalacaq.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

    Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb ...

    24-06-2020, 10:12

  • 
  • Medvedev ukrayna üçün Türkiyə üzərindən lətifə yazdı – ÖZƏL

    Medvedev ukrayna üçün Türkiyə üzərindən lətifə ...

    15-12-2014, 16:09

  • 
  • Salih Yılmaz: "TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq"

    Salih Yılmaz: "TANAP Azərbaycan qazının ...

    2-12-2019, 14:43

  • 
  • Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı

    Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi ...

    11-07-2020, 16:06

  • 
  • Ağ Ev Bakını Moskva ilə “qaz oyunu”na çəkir - iddia

    Ağ Ev Bakını Moskva ilə “qaz oyunu”na çəkir - ...

    26-07-2017, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu