GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Cəmiyyətdə ictimai fəallıq nə qədər az olsa da, seçkilər qabağı siyasi temperatur aktivləşəcək”

“Cəmiyyətdə ictimai fəallıq nə qədər az olsa da, seçkilər qabağı siyasi temperatur aktivləşəcək”

Tarix: 17-03-2015, 01:09 Bölmə :Ölkə Baxış: 0
“Cəmiyyətdə ictimai fəallıq nə qədər az olsa da, seçkilər qabağı siyasi temperatur aktivləşəcək”

Vidadi Mirkamal: “Azərbaycan insanı artıq seçkilərə inanmır” Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamalın müsahibəsini təqdim edirik: - Vidadi bəy, martın 15-nə mitinq təyin etmisiniz. Bu mitinqi təyin etməkdə əsas məqsəd nədir? - Biz Milli Şura olaraq martın 15-nə mitinq təyin etmişik. Hesab edirik ki, insanlarımız mitinqə gələrək konstitusion hüquqlarından istifadə etməli, etirazını bildirməlidir. Mitinqin təyin olunması təsadüfi deyil. Milli Şuranın Koordinasiya Mərkəzinin dekabrda keçirilən toplantısı zamanı müzakirələr aparıldı və belə qərara gəlindi ki, mart ayından başlayaraq kütləvi etiraz aksiyalarına başlanılsın. Bildiyiniz kimi, dekabrdan bu yana ölkənin ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verib. Xüsusilə, iqtisadi sahdə. Son günlər Azərbaycan milli valyutasının devalvasiyası ölkədə gərgin iqtisadi-sosial durum yardıb. Çünki uzun illərdir ki, hakimiyyət insanlara deyirdi ki, Azərbaycanda sabit iqtisadi inkişaf mövcuddur, analoqu olmayan inkişaf gedir. Hətta arabir təklif edirdilər ki, bəlkə bu sürətli iqtisadi inkişaf tempini bir qədər aşağı salaq. Hələ biz o zaman deyirdik ki, bütün bu iddialar əsassızdır, ciddi elmi iqtisadi əsaslara söykənmir. Çünki bunu sübut edəcək ciddi əsaslar var idi. Söhbət ondan gedir ki, Azərbaycan dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin rolu böyükdür. Səhv etmirəmsə, büdcənin üçdə ikisi məhz neft gəlirləri hesabına formalaşır. Hakimiyyət son iyirmi il müddətində ölkədə makro və mikro iqtisadi sistemi inkişaf etdirməli, ciddi və əsaslı addımlar atmalı idi. Bunu ona görə etmək lazım idi ki, ölkənin neftdən asılılığını aradan qaldıraq. Bəllidir ki, neft bumu artıq 2013-cü ildən başa çatıb. Bundan sonra neftin hasilatında azalma prosesi gedir və bu davam edəcək. Belə bir mərhələdə hakimiyyət qeyri-neft sektorunu, istehsalat sahələrini inkişaf etdirməli idi. Ancaq bunu etmədi. Əvəzində nə etdi? Zavod və fabriklər açmaq əvəzinə paytaxtda binaların üzünü dəyişdilər, boş səhralarda hasarlar tikdilər. Beləcə, dövlət büdcəsi effektiz istiqamətdə xərcləndi, xərclənən maliyyənin rentabelli olmadığı da, ortalıqdadır. Beləcə dünya bazarında neftin qiyməti aşağı düşən kimi problemlər yarandı, büdcə

kəsirinin olması haqda fikirlərin gündəmə gəldi. Üstəlik də, milli valyuta olan manat devalvasiya prosesi yaşadı. Bunun nəticəsində əhalinin əmanəti 35 faiz azaldı, kasıbçılıq bir qədər də çoxaldı. Ölkədə sənayeləşmə getmədiyi, rəqabətli yerli istehsal və məhsullar olmadığından kənardan alınan məhsullar xarici valyuta ilə alınır. Bu da, manatın məzənnəsinin aşağı düşməsi ilə yanaşı bahalanmaya əsas yaratdı. Əslində Azərbaycan insanının həyat yaşamı bir günün içərisində 35 faiz bahalaşdı. Hakimiyyət də bu proseslərə hazır olmadığını göstərdi. Çünki baş verən bu proseslərin fonunda hakimiyyət təqaüdləri, müavinətləri artırmalı idi ki, vətəndaş baş verən bu gözlənilməz prosesdən müəyyən qədər sığortalana bilsin. Hazırda Azərbaycan insanı haakimiyyətin iqtisadiyyatla bağlı səsləndirdiyi rəqəmlərə etibar etmir. Biz də Milli Şura olaraq qərara aldıq ki, insanları bir araya gətirmək, bahalaşmaya qarşı etirazı ifadə etmək üçün martın 15-nə mitinq təyin edək. Aksiya sosial tələblərlə bağlı keçiriləcək. - Mitinq hazırlığı hansı səviyyədədir? - Görünən budur ki, aksiyanın hazırlığı, aparılan təbliğat işləri normal səviyyədə gedir. Ümid edirəm ki, 15 martda normal bir mitinq alınacaq. - Sizə elə gəlmirmi ki, bizim insanlar artıq mitinqlərə ciddi meyl etmirlər, kütləvi aksiyalar vətəndaşı maraqlandırmır? - Mitinqlərə insanlarımızın meyl etməməsinin səbəbləri var. Birinci səbəb budur ki, mitinqdə iştirak edənlərin fotosu, videosu çəkilir, sonradan bu insanların iş problemi yaranır. Gənclərin universitetlərdə problemi yaranır. Yəni hakimiyyət əlində olan inzibati resurslardan istifadə edərək çalışır ki, insanlar aksiyalara gəlməsin. İkinci səbəb budur ki, son 20 ildə yaxşı bir gənc nəsl yetişib, onların içərisində çox intellektual və qabiliyyətli şəxslər də var. Ancaq görünən budur ki, bu təbəqə siyasi proseslərdən kənardadır. İnsanların çoxu şou xarakterli proseslərə meyl edir, nəinki ictimai siyasi proseslərə. Azərbaycan ictimai-siyasi həyatında passivliyin olmasının səbəbləri budur. Həm də burada müxalifətin özünün insanlarla iş aparması məqamı da var. Eləcə də müxalifət daxilində olan anormal və sağlamlıqdan uzaq münasibətlər də insanların aksiyalara maraq göstərməməsini şərtləndirir. - Siz müxalifətdaxili intriqaları nəzərdə tutursunuz?

- Bəli, bu məqam da var. Üstəlik uzun illər Azərbaycan cəmiyyətinə müxalifət kimi təqdim edilən insanlar və təşkilatlar olub. İndi isə bəlli olur ki, onlar əslində hakimiyyətin yanında yer alan şəxslərdir. İkincisi də, real müxalifətin özü də tam imkansızlaşdırılıb. Hesab edin ki, Milli Şuraya daxil olan partiyaların və fərdlərin ofisləri dağıdılır. Və ya ofis alandan az sonra onları ofisdən çıxarırlar. Milli Şura Koordinasiya Mərkəzinin toplantısını keçirmək üçün yer tapa bilmir. Koordinasiya Şurasının toplantısı harada keçirilirsə, həmin yeri dağıdırlar. Bu mənada hakimiyyət çalışır ki, siyasi aktivliyin qarşısını alsın. Şübhəsiz ki, bu da son anda mitinqlərə təsir edir. - Siz elə gəlmirmi ki, əsl səbəb real müxalifətin insanlarla işləməməsi, verdiyi vədlərə əməl etməməsi, bir-birinə qarşı ittihamla çıxış etməsindədir? - Biz hazırda insanlara hansı vədlər verə bilərik ki, Koordinasiya Mərkəzinin 16 üzvünün iclasını təşkil etmək üçün normal yer tapa bilmirik. Biz hara gediriksə, oranı dağıdırlar. Çayxanaya toplaşanda da, çağırıb onun müdirini danlayır və təzyiq edirlər. Leyla Yunusun ofisinə toplaşdır buranı dağıtdılar. Hacı Rövşən Əhmədlinin qərargahına toplaşdıq, az sonra ofisi onun əlindən aldılar. Ziyalılar Birliyinin ofisinə toplaşdıq, az sonra ofisi ziyalıların əlindən aldılar. Bütün bunlar Azərbaycan reallığıdır. Hakimiyyət hər vəchlə çalışır ki, bu insanlar bir araya gəlməsinlər. Bir araya gəlməyəndə, təşkilatlana bilməyəndə, müzakirə aparmayanda hansı vədlər vermək olar? Görünən budur ki, bizim hakimiyyət ona müxalifətdə olan qurumların aktivləşməsini arzu etmir. - Mitinqinizə nə qədər insan gələcək? - Bunu demək çətindir. Bizim onsuz da elektoratımız 5-7 min arasında olur. Amma mitinqin təbliğatından, insanların mitinqə marağından asılı olaraq bu rəqəm arta bilər. - Mitinq təyin edəndə hava durumunu nəzərə alırsınız? - Mitinq təyin edəndə öncədən havanın necə olacağı haqqında məlumat əldə edə bilmirik. Ancaq havanın necə olmasından asılı olmayaraq

mitinqi keçirməkdə israrlıyıq. Güman edirəm ki, mitinq normal alınacaq. - Milli Şura hansı siyasi qüvvələri aksiyada görmək istəyər? - Bütün xalqı. - Siyasi qüvvələrdən kimləri? - Siyasi qüvvə xalqın içindən çıxır. Bizim mitinqlə bağlı müraciətimiz yayılıb. Siz sənədə baxsanız görəcəksiniz ki, müraciətimiz konkret hansısa təşkilatlara deyil, xalqadır. Çünki mitinqin şüarı bahalaşmaya son, iqtisadi inkişaf, iş yerlərinin açılması və s. məsələlərlə bağlıdır. Bu məqamlar isə heç bir partiyanın inhisarında deyil və ola da bilməz. Bu aksiya xalqın həyat yaşayışının ağırlaşması ilə bilavasitə bağlıdır. Ona görə də, müraciət xalqa edilib. Xalqın içərisində siyasi, ictimai qüvvə və ya hərəkatı olanlar gəlib iştirak edə bilərlər. Biz təşkilatçı kimi aksiyada hər kəsin aktiv iştirakını məqbul hesab edirik. - Müsavat Partiyası, KXCP, AMİP, ADP kimi təşkilatlar deyir ki, Milli Şura mitinqlə bağlı onlara müraciət etməyib... - Məşhur bir məsəl var. İkinci Dünya Müharibəsi bitir və mayın 9-da hərbi parad olur. Bu zaman bir nəfər gəlib Stalinə deyir ki, onun xalqı sovet rəhbərindən inciyib, çünki 5 il müharibə aparsa da, onun xalqına bu haqda məlumat verməyib. Hazırda biz mübarizə aparırıq, ortada mübarizə var. Mitinqdə də insanların ürəyində olan sözlər deyilməli, ictimai və siyasi təşkilatların özünün mövqeyi olmalıdır. Biz ortaya mövqe qoymuşuq. Gəlmək istəyən mitinqə gəlsin. Necə yəni xəbərimiz yodur? Əgər həmin partiyalar gerçəkdən də, müxalifət mövqeyindədirsə, hesab edirlərsə ki, insanların həyat şəraiti ağırlaşıb, ictimai-sosial vəziyyət kəskinləşib, bu zaman buyurub aksiyaya gəlsinlər və onlar da meydanda olduqlarını göstərsinlər. Yoxsa ayrıca dəvətnamə gözləməsinlər. Bəyəm biz toy edirik ki, onlara da dəvətnamə göndərək? Sabah başqa təşkilatda belə mitinq təyin edə bilər. Əgər bu 15 partiya özündə güc tapa bilirsə, toplaşıb bir aksiya keçirsinlər. Biz də görək belə bir aksiya keçirə bilirlərmi. - Bu partiyalat aksiyaya qatılmasalar onlardan incik düşəcəksiniz?

- Qətiyyən yox! Biz hesab edirik ki, onlar hazırda öz görəvlərini yerinə yetirirlər. - Nə mənada görəvlərini yerinə yetirirlər? - Onlar hakimiyyətin oyununda iştirak edən qüvvələrdir. Bu açıq-aydın görünür. - Mən Müsavat və KXCP-ni nəzərdə tuturdum... - Müsavat Partiyası hələlik kənardadır. Ancaq KXCP 10 partiyanı başına toplayaraq Azərbaycan iqtidar nümayəndəsi ilə dialoqa aparıb. Bunu kənardan hər kəs görür. - Milli Şuranın ötən mitinqində Müsavat rəhbərliyi iştirak etdi. Ancaq siz təşkilatçı kimi nə İsa Qəmbərə, nə Arif Hacılıya, nə də Pənah Hüseynə söz belə vermədiniz... - Əslində hətta bunu qarşıdurma kimi də qələmə verdilər. Ancaq bunu hakimiyyətə yaxın saytlar yaratmaq istədilər. Onlar mitinqdə yaxşı cəhətləri tapmaq istəməyib bu məqamı bəhanə kimi istifadə etməyə çalışdılar. Ancaq adını çəkdiyiniz adamlar mitinqdə çıxış üçün söz istəmədilər. Əgər söz istəsəydilər, söz veriləcəkdi. Bunu prinsipial bir məsələyə çevirməyə əsla dəyməz. Əgər kiminsə mübarizə əzmi, prinsipiallığı varsa, dediyiniz məqamlar çox xırda məsələlərdir. Kim mübarizə aparmaq istəyirsə, ortaya çıxıb sözünü desin. - Biz seçkilər ilini yaşayırıq. Sizcə aktivləşmə, siyasi hərarət artacaqmı? - Cəmiyyətdə ictimai fəallıq nə qədər az olsa da, seçkilər qabağı siyasi temperatur, aktivlik müşahidə olunur. Biz aktivliyi gözləyirik. Ancaq biz istəyirik ki, hakimiyyət gerçək dialoq haqqında düşünsün. Apardığı dialoqda əsas mövzu seçki qanunvericiliyi, ədalətli seçkilər məsələsi olsun. Hakimiyyət özündə güc taparaq normal seçki keçirsin, seçki komissiyalarında müxalifətin təmsilçiliyini tanısın. Bu məsələlər obyektiv olmalıdır. Çünki bu məqamlar seçkilərdə seçici kütləviliyini təmin edə bilər. Əks təqdirdə seçici fəallığı olmayacaq. Elə son seçkilər zamanı da insanların 80 faizi seçkilərə gəlməyib. Çünki Azərbaycan insanı artıq seçkilərə inanmır.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Milli Şuranın Koordinasiya Mərkəzi toplanır

    Milli Şuranın Koordinasiya Mərkəzi toplanır ...

    3-09-2014, 12:13

  • 
  • Milli Şura mitinq qərarı verdi

    Milli Şura mitinq qərarı verdi ...

    26-05-2015, 15:29

  • 
  • Milli Şura sabah toplanır

    Milli Şura sabah toplanır ...

    21-01-2014, 17:43

  • 
  • Miili Şura dekabrın 15-nə mitinq təyin etdi

    Miili Şura dekabrın 15-nə mitinq təyin etdi ...

    6-12-2013, 13:57

  • 
  • ​Milli Şura 17 mart mitinqdən İMTİNA ETDİ

    ​Milli Şura 17 mart mitinqdən İMTİNA ETDİ ...

    15-03-2018, 15:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu