Bir neçə gün öncə küçədə döyülən "Xəzər" universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva sosial şəbəkələrdə döyülməsindən danışıb.
"Qafqazinfo" xəbər verir ki, xanım İsayeva ona görə narahat olanlara təşəkkürünü bildirib:
"Provakativ xəbərlərə çox inanmayın. Hər şey yaxşıdır. Mən ölməmişəm, sağam, sağlamam. Bütün hamıya cavab verməyi çatdırmıram. Narahat olduğunuz üçün təşəkkür edirəm".
Qeyd edək ki, martın 9-u Ü. İsayeva Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?