Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslər barədə maraqlı faktlar məlum olub.
gundemxeber.az aznews.az-a istinadən xəbər verir ki, Ülkər İsayevanı döyən qardaşlar cinayətkar aləmə çox yaxındırlar. Onların iştirakı ilə bir neçə cinayət hadisəsinin baş verdiyi də bildirilir. Məlumata görə, bu yaxınlarda qardaşların- Zaur və Elin Məmmədovların yaxın bir dostu adam bıçaqladığından həbs olunub.
Bildirilir ki, qardaşların Bakıda “ad çıxarması” təkcə özlərinin qoçaqlığı ilə bağlı deyil. Onların atası Muxtar Şirinoviç kriminal aləmin məşhur simalarındandır. Əsasən Dağıstanda yaşayan Şirinoviç istənilən “söhbəti” anındaca həll etmək gücündədir. Onun bu nüfuzu isə oğlamlarının “işlərini” daha da asanlaşdırıb.
Daxil olan məlumatda qeyd olunur ki, qardaşlar Bakıda mübahisəli söhbətlərə baş qoşur və bundan xeyli pullar əldə edirlər.
Araşdırma zamanı məlum olur ki, bir müddət əvvəl Bakıda qardaşlara iki qapılı bahalı BMW markalı avtomobil hədiyyə ediblər.
Rektorun qızının döyülərək aparıldığı “BENTLEY”nin üzərindəki 90 KU 050 dövlət nömrə nişanı da həmin BMW-də olub. Sonradan qardaşlar nömrə nişanını saxlamaqla BMW-ni satıblar. Amma onların avtomobili satmağı o qədər də asan olmayıb. Çünki BMW-nin cəriməsi ödəniləməyən 280 radarı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?