Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb və yüksək temperaturdan 1 ədəd televizor əriyib.
Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb, ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?