GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avtoxuliqan polisi yerdə sürüdü

Avtoxuliqan polisi yerdə sürüdü

Tarix: 29-03-2015, 12:51 Bölmə :Ölkə Baxış: 0
Avtoxuliqan polisi yerdə sürüdü

Məhkəmə polislərə müqavimət göstərənləri cəzalandırdı

Gəncə Apellyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Hüseyn Əliyev və onunla birlikdə mühakimə olunan Ramid Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hüseyn Əliyev 18 fevral 2014-cü il tarixdə, gecə saat 00.00 radələrində idarə etdiyi “BMW” markalı avtomobil ilə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən parkın qarşısında tanışları Natiq Abdullayevin “VAZ-21074” markalı avtomobillə Bəxtiyar Ələkbərovun “Qaz-31105” markalı avtomobili toqquşmasını görüb. Həmin vaxt ora Hüseyn Əliyevin dostu Ramid Cəbrayılov özünə məxsus “Niva” markalı avtomobillə gəlib.

Hüseyn Əliyev və Ramid Cəbrayılovdan əvvəl baş vermiş yol nəqliyyat hadisəsi barədə verilmiş məlumata əsasən, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Xidmətinin inspektoru, polis kiçik serjantı Cavid Məmmədov və baş inspektor, polis kapitanı Tanrıverdi Hüseynov, polis baş leytenantı Əli Quliyev hadisə yerinə gəliblər. Hüseyn Əliyev Əli Quliyevin xidməti vəzifələrini yerinə yetirməsinə öz qanunsuz müdaxilələri ilə mane olub. O,

polis baş leytenantına qəza törətmiş sürücüsü tanışı olduğunu, hadisənin onluq olduğunu deyib və polisə hadisə yerinin sənədləri tərtib etməsinə imkan verməyib.

Həmin vaxt Əli Quliyev bu hərəkətlərinə görə Hüseyn Əliyevə iradını bildirib. Bu zaman Hüseyn Əliyev “səndən səkkiz aydır ki, yanıqlıyam, sənin üstündən maşınla keçməyi özümə söz vermişəm”,-deyə polis baş leytenantını hədələməyə başlayıb. O, həmçinin polisin ünvanına nalayiq sözlər işlədib və sinəsindən tutaraq başı ilə sifət nahiyəsinə zərbə endirməyə cəhd göstərib.

Ramid Cəbrayılov isə Əli Quliyevi arxadan tutub. Bundan istifadə edən Hüseyn Əliyev polis baş leytenantını yumruqla vurub. Bundan sonra Hüseyn Əliyev və Ramid Cəbrayılov Əli Quliyevə çoxsaylı yumruq və təpik zərbələri endiriblər. Hüseyn Əliyev Əli Quliyevin əynində olan polis əməkdaşına məxsus xüsusi geyim forması hesab edilən göy rəngli gödəkçəsini cırıb.

Nəticədə onlar Əli Quliyevə boyunun sol yan səthində sıyrıqlar və bel nahiyənin sol tərəfində qançırlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetiriblər. Cavid Məmmədov və Tanrıverdi Hüseynov mübahisəni sakitləşdirdikdən sonra Hüseyn Əliyev istifadəsində olan “BMW” markalı avtomobili Əli Quliyevin üstünə sürüb və onu vuraraq sağlamlığı üçün təhlükəli zor tətbiq etməyə

cəhd göstərib. Lakin Əli Quliyev cəld kənara çəkildiyi üçün avtomobil ona dəyməyib.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsi ilə ittiham ediliblər. Tovuz rayon Məhkəməsinin hökmü ilə Hüseyn Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Hüseyn Əliyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib. Zamində olan digər təqsirləndirilən Ramid Cəbrayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alıb. Məhkəmə zalından həbs edilən Hüseyn Əliyev apelyasiya şikayəti verərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Hüseyn Əliyevin vəkili Yolçu Abbasov bildirib ki, Hüseyn Əliyevə təyin olunmuş cəza həddindən artıq ağırdır: “Hüseyn Əliyev ittiham olunduğu cinayətin ictimai-təhlükəliliyinə və onun şəxsiyyətinə uyğun olmayan ağır cəza olduğu üçün hökm ona aid hissədə dəyişdirilməlidir və onun cəzası yüngülləşdirilməlidir. Hüseyn Əliyevin həmin əməli tam əsaslandırılmayaraq, Cinayət Məcəlləsinin 315.2-

ci maddəsi ilə tövsif edilib. Məhkəmə belə qərara gələrkən hökmdə göstərib ki, Hüseyn Əliyev hadisə vaxtı öz maşınını zərərçəkmiş polis əməkdaşı Əli Quliyevin üstünə sürüb, onu vurmaq istəyib. Onun bu hərəkəti polis işçisinin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiqetmə hesab olunur. Həmin zor tətbiqetmə əməli subyektiv cəhətdən real hərəkətlərdə ifadə olunmayıb. Məhkəmədə Hüseyn Əliyev və şahidlər ifadə veriblər ki, o, münaqişənin sonunda öz maşınına oturub, yüksək sürətlə hərəkətə gətirərək avtoxuliqanlıq hərəkətləri nümayiş etdirib. Onun polis işçiləri və çoxsaylı adamlar toplaşmış yolda, təhlükəli manevrlər etməsi polis əməkdaşı Əli Quliyevin üstünə sürmə, onu vurmağa cəhd kimi qiymətləndirilib. Hesab edirik ki, Hüseyn Əliyevin həmin hərəkəti onun özünü göstərmə, nümayiş etdirmə məqsədi daşıyıb və polis işçisinin həyatı üçün təhlükəli zor tətbiq etməyə yönəlməyib. Bu səbəbdən Hüseyn Əliyevin əməlində Cinayət Məcəlləsinin 315.2-ci maddəsinin tərkibini yarada bilməz”.

Vəkil daha sonra qeyd edib ki, hadisə vaxtı Hüseyn Əliyev Ramid Cəbrayılovla birgə Əli Quliyevlə yaxalaşaraq dartışıblar və onlar bir-birlərini vurublar. Vəkil bildirib ki, Hüseyn Əliyev və Ramid Cəbrayılovun hərəkəti də Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin tərkibini təşkil edir: “Düzgün olaraq məhkəmə Ramid Cəbrayılovun əməlini

Cinayət Məcəlləsinin 315.2-ci maddəsindən 315.1-ci maddəsinə tövsif edib, lakin Hüseyn Əliyevin əməlinin tövsifində daha çox zərərçəkmiş və digər iki polis işçisinin ifadələrinə əsaslanıb. İş materiallarından görünür ki, həmin avtomaşının toqquşması ilə əlaqədar hadisə yerinə çoxlu sayda adam toplaşıb. Hüseyn Əliyevin polisin üstünə maşın sürməsinin polis işçilərindən başqa, təsdiq edən heç bir şahid ifadəsi yoxdur. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxs Hüseyn Əliyevə cəza təyin edərkən, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlük məsələsini müzakirə etməyib, eyni zamanda təyin edilən cəzanın onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə pisləşməsini nəzərə almayıb. Hüseyn Əliyev ali təhsilli, gənc ailəli olmaqla, himayəsində iki körpə uşağı var, işləməyən arvadı və şəkər xəstəliyindən əziyyət çəkən anası himayəsində olmaqla, ailənin yeganə dolandırandır”.

Yolçu Abbasovun sözlərinə görə, müdafiə etdiyi şəxs hadisələrin təsadüfi axarı zəminində cinayət xətasına yol verib: “Eyni zamanda Hüseyn Əliyev zərərçəkmişlə barışıb, zərərəçəkmiş məhkəmədə ondan heç bir şikayəti və tələbi olmadığını bildirib. Bundan əlavə, Hüseyn Əliyev məhkəmə ərəfəsində qəzaya düşərək, kəllə-beyin travması alıb, diz qapağı sıradan çıxdığı üçün yeriməkdə əziyyət çəkir. Belə olan halda məhkəmə Hüseyn Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş

cəzanı şərti hesab edə bilər. Buna əsaslar olduğu halda məhkəmə həmin məsələni müzakirə etməyib”.

Prokuror Qalib Rizvanov çıxış edərək apelyasiya şikayətinin təmin edilməməsini istəyəndən sonra hakimlər qərar açıqlayıblar. Qərara görə, Hüseyn Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Mercedes" və "Vaz" markalı iki avtomobil toqquşdu YARALANAN VAR

    "Mercedes" və "Vaz" markalı ...

    30-10-2017, 17:04

  • 
  • Polisin ölümünə səbəb olan sürücüyə dövlət ittihamçısı cəza istəyib

    Polisin ölümünə səbəb olan sürücüyə dövlət ...

    9-06-2016, 00:17

  • 
  • ​Bakıda yol polisi əməkdaşı avtomobillə PİYADANI VURARAQ ÖLDÜRDÜ

    ​Bakıda yol polisi əməkdaşı avtomobillə PİYADANI ...

    4-01-2018, 20:37

  • 
  • Saatlıda baş verən yol qəzasında ata ölüb, oğlunun vəziyyəti ağırdır

    Saatlıda baş verən yol qəzasında ata ölüb, ...

    11-07-2017, 00:14

  • 
  • Bakıda yol polisi ağır qəza törətdi: yaralılar var

    Bakıda yol polisi ağır qəza törətdi: yaralılar var ...

    6-11-2014, 22:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu