GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bu gün yaşadıqlarımız bizi gözləyən iqtisadi fəlakətin anonsudur”

“Bu gün yaşadıqlarımız bizi gözləyən iqtisadi fəlakətin anonsudur”

Tarix: 29-03-2015, 13:00 Bölmə :Ölkə Baxış: 0
“Bu gün yaşadıqlarımız bizi gözləyən iqtisadi fəlakətin anonsudur”

Fuad Qəhrəmanlı: “Biz cəmiyyətin məsuliyyətini üzərimizə götürə bilmərik”

Martın 15-də Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinqini keçirəcək. Artıq bununla əlaqədar olaraq qərar verilib. Hazırda Milli Şura mitinq hazırlıqlarına start verib. Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mitinq və onun keçirilmə səbəbləri haqqında suallara cavab verir. - Fuad bəy, martın 15-nə mitinq təyin etmisiniz. Bu istiqamətdə hazırlıqlar hansı səviyyədədir? - Fikrimcə, mitinqin keçirilməsinə ciddi zərurət var. Bu zərurət ölkədə mövcud olan iqtisadi vəziyyətlə bağlıdır. Bildiyiniz kimi mitinq ölkədəki qiymət artımına, sosial problemlərin kəskinləşməsinə etiraz etmək məqsədilə keçirilir. Mitinq Komitəsi artıq aksiyanın şüarını da müəyyən edib. Şüarımız “Yalana və talana son” olacaq. Bu aksiya əhalinin bütün təbəqələrini əhatə edəcək və biz bu tədbiri ümumxalq mitinqi kimi keçirməyi nəzərdə tuturuq. Aksiyanın təşkilatçısı Milli Şura olsa da, siyasi mənsubiyyətindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq milli valyutanın devalvasiyadan əziyyət çəkənlərin və bahalaşmanın mənfi təsirinə məruz qalanların maraqlarını mitinq təmin edir. Bu baxımdan aksiyanın keçirilməsinə, Azərbaycan cəmiyyətinin mütəşəkkil formada etirazını ifadə etməyə ehtiyac var. Cəmiyyətin mövqeyi ifadə olunmayanda, ictimai etirazlar hakimiyyətin qarşısında sərgilənməyəndə, iqtidar arxayın formada insanların problemlərini nəzərə almadan məsuliyyətsiz addımlar atır. Əslində manatın qəfildən ucuzlaşdırılması hakimiyyətin məsuliyyətsiz davranışının nümunəsidir. Uzun illər ərzində ölkədə neft bumu yaşandı, Azərbaycana böyük pullar daxil oldu. Ancaq bu imkanlardan istifadə edərək qeyri-neft sektorunun inkişafı üçün addımlar atılmadı. Bu səbəbdən də, büdcə neft

gəlirlərindən asılı vəziyyətə düşdü. Sonda da, dünya bazarında neftin qiymətində enmələr devalvasiyaya səbəb oldu. Hökumətin məsuliyyətsizliyi həm də onda ehtiva olundu ki, devalvasiya prosesi tədrici ola bilərdi. Yəni yumşaq devalvasiya ötən ildən başlayaraq aparılmalı idi və cəmiyyət tədricən buna hazır olardı. Ancaq hökumət qəfildən kəskin devalvasiyaya getdi və nəticədə manat 35 faiz ucuzlaşdı. Və bundan sonra hökumət elan etdi ki, bahalaşma olmayacaq. Ancaq hökumətin bu fikirlərinə inanmaq yersiz olardı. Normalda bu kimi durumlarda hakimiyyət xalqın narazılığını və narahatlığını bilməlidir. Bunun üçün də, kütləvi etiraz aksiyaları təşkil olunmalıdır. Həm də, düşünmək lazımdır ki, hökumət bu prosesin qarşısını necə ala bilər. Hazırda manat devalvasiya olub, neft qiymətdən düşür, bahalaşma prosesi yaşanır. Biz hesab edirik ki, bütün bu iqtisadi proseslərə rəğmən gömrükdə rüşvət aradan qaldırılmayıb. Rüşvətin qarşısı alınmasa da, bir qədər azaldılması ölkəyə idxal olunan malların maya dəyərinin aşağı düşməsinə səbəb ola bilər. Bununla da, bazarda kəskin qiymət artımının qarşısı alına bilər. Həmçinin bizdə olan məlumata görə, vergi orqanları tərəfindən sahibkarlara basqılar var, onlardan artıq ödənişlər tələb edilir. Biz hesab edirik ki, normalda vergi orqanları iqtisadi qanuna uyğunluqla qiymətləri tənzimləyə bilər. Həmçinin inhisarçılıq aradan qaldırılsa, normal rəqabətli mühit yaransa, bu da qiymət artımının qarısını ala bilər. Ancaq hökumət bütün bunları bir kənara ataraq inzibati yolla mağaza və satış müəssisələrində qiymət artımının qarşısını almağa cəhdlər göstərir. Bu isə sadəcə xalqı aldatmaqdır. Çünki bunun iqtisadi əsasları olmadığından uzun müddət davam edə bilməz və sonda da qiymət artımı baş verəcək. Bu durumun qarşısını qeyd etdiyim prosesləri tətbiq etməklə almaq olar. Əks təqdirdə belə bəlli olur ki, hökumətin qiymət artımını, pisləşən sosial durumun qarşısını almaq niyyəti yoxdur. Əslində bizim keçirəcəyimiz aksiyada məqsəd hakimiyyəti bu istiqamətdə ciddi addımlar atmağa sövq etdirməkdir. - Mitinqin baş tutma ehtimalı hansı səviyyədədir?

- Hər halda biz müxalifət olaraq bu təşəbbüslə çıxış etmişik. Milli Şuranın mitinq qərarı yalnız müxalifətçilərə deyil, ümumilikdə bütün sosial təbəqələrə aid məsələdir. Biz bu msələdə cəmiyyətin məsuliyyətini öz üzərimizə götürməyi doğru hesab etmirik. Biz təşəbbüsü irəli sürmüşük, aksiyanı təşkil etmişik, üzvlərimiz burada iştirak edəcək. Ancaq aksiyanın izdihamlı alınması və hakimiyyətə təsir mexanizmnə çevrilməsi artıq bahalaşmadan əziyyət çəkən, manatın ucuzlaşmasını istəməyən insanların verəcəyi qərardan asılıdır. Xalq bu məsələlərə etiraz etmək istəyəcəksə icazəli mitinqdə iştirak etməklə mövqeyini ifadə edə və bu da proseslərə əhəmiyyətli təsir göstərə bilər. Yox, əgər cəmiyyət buna hazır deyilsə, biz cəmiyyətin məsuliyyətini üzərimizə götürə bilmərik. Çünki bu Milli Şuranın iradəsinə bağlı və həm də ondan asılı məsələ deyil. Biz aksiyanı sosial tələblərlə keçiririk. Kimsə iddia edə bilməz ki, müxalifət öz maraqları üçün belə aksiya təşkil edib. Sırf sosial təbələblərlə keçiriləcək aksiyanın nə dərəcədə izdihamlı olmasına xalqımız qərar verəcək. - Aksiyada digər siyasi qüvvələrin iştirakı necə olacaq? - Mitinqin təşkilatçısı Milli Şura olsa da, orada iştirakla bağlı məhdudlaşdırıcı qərar yoxdur. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs bu mitinqə qatıla bilər. Mitinq Komitəsinin cəmiyyətə müraciəti olacaq, hər kəsi bu tədbirdə iştiraka dəvət edəcəyik. Çünki bu tədbir hər kəsin marağına uyğundur. Odur ki, bu aksiyada hər kəs iştirak edə bilər. İştirak etməmək üçün siyasi bəhanə yoxdur. Elə sadə vətəndaşlarımızın iştirakı üçün də xüsusi maneə yoxdur. Çünki aksiya razılaşdırılıb, icazəlidir. - Hakimiyyətin mitinqə icazə vermək və verməmək ehtimalı nə qədərdir? - Biz Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Buna qədər də, bizim müraciətimiz olub və ötən ildən aksiyanın Məhsul stadionunda keçirilməsinə razılıq verilmişdi. Biz hesab edirik ki, aksiyaya icazə verilməməsi üçün səbəb və bəhanə yoxdur. Biz gözləyirik ki, aksiya üçün Bakı meriyası müvafiq razılıq verəcək.

- Siyasi partiyaların aksiyada iştirakını təmin etmək məqsədilə xüsusu dəvət və maraciət olmayacaq? - Ümumiyyətlə, biz keçirdiyimiz mitinqlər zamanı siyasi qüvvələrə deyil, cəmiyyətə çağırışlarımız olub. Yəni cəmiyyəti mitinqə dəvət etmişik. Əgər hər hansı bir siyasi qüvvə özünü cəmiyyətin maraqlarını qoruyan qüvvə hesab edirsə, cəmiyyətin problemlərinə həssas yanaşırsa, təbii ki, bu cür tədbirlərdən kənarda olmamalıdır. Əks halda həmin qüvvə marginallaşmış, real siyasi qüvvə statusunda deyil. Odur ki, biz ümumxalq mitinqi təşkil edirik, onu siyasiləşdirməyi doğru hesab etmirik. Cəmiyyətin bütün təbəqələrinin bu tədbirdə iştirakı arzu ediləndir. - Ancaq digər müxalifət partiyaları mitinqlə bağlı danışıblar, deyiblər ki, aksiya barədə onlara müraciət edilmədiyindən, bu məsələni müzakirə etməyiblər... - Bilirsinizmi, bu gün reallıq ondan ibarətdir ki, Milli Şura və AXCP-dən kənarda real, kütləvi bazaya malik siyasi qüvvə yoxdur. Əgər belə qüvvə olsaydı, indiyə qədər mitinq təşəbbüsü ilə çıxış edər, cəmiyyətin maraqlarını qoruyar və həm də öz varlıqlarını cəmiyyətə göstərərdi. Siyasi qüvvə bu cür təşəbbüslə çıxış edərək öz varlığını sübut edə bilmirsə, deməli, onun sosial bazası statusu da yoxdur. Oturub gözləyirlər ki, kimsə onlara müraciət edərək, xahiş-minnətçi düşəcək. Bu əlbəttə, qeyri-ciddi düşüncədir, özünü siyasi qüvvə kimi təqdim edənlərin diletantlığının nəticəsidir. Onlar oturub gözləməklərində davam etsinlər. Biz prosesi Azərbaycan xalqı və cəmiyyəti ilə aparmağın tərəfdarıyıq. Kim ki, xalqın problemlərinə ciddi yanaşır, onun həllində maraqlıdır və avanturist siyasi niyyətlər güdmürlərsə, heç bir müraciət və xahiş gözləmədən prosesə dəstək verməlidir. Bir daha qeyd edim ki, hər kəs Milli Şuranın mitinqində iştirak edə bilər. Xalqımız bu tədbirə dəvətlidir. - Siz manatın yenidən devalvasiyasını gözləyirsinizmi? - Hesab edirəm ki, devalvasiya prosesi qaçılmazdır. - Hansı səbəblərə görə? - Devalvasiyanı şərtləndirən səbəb manatın alıcılıq qabiliyyətini

təmin edəcək iqtisadi potensialın olmamasıdır. Devalvasiya niyə baş verdi? Çünki ölkənin tədiyə balansı pozulur. Başqa sözlə, ölkəyə idxal olunan malla ixrac edilən mal arasında fərq bir neçə dəfəni ötüb. Bu gün Azərbaycan neftdən 5-6 milyard gəlir götürürsə, ölkənin idxal ehtiyacı rəsmi rəqəmlərə görə, 10 milyard civarındadır. Ancaq biz gömrükdə durumu bildiyimizdən bu rəqəmin 15-18 milyard olduğunu qeyd edə bilərik. Əgər bizim 5-6 milyard gəlirimiz, 18 milyard dollar isə ehtiyacımız varsa, deməli, tədiyə balansı pozulacaq və bu da devalvasiya prosesinə səbəb olacaq. Təbii ki, bunun da məsuliyyəti hakimiyyətin üzərinə düşür. Çünki ölkə iqtisadiyyatını elə həddə gətirib ki, Azərbaycanın ixracatında neft və neft məhsullarının payı az qala 95 faizə çatıb. Azərbaycana kənardan dollar gətirəcək ixrac yönümlü iqtisadiyyata malik deyilik. Əgər qeyri-neft sektoru, yüngül sənaye, kənd təsərrüfatı inkişaf etmiş olsaydı, neftin qiymətinin aşağı düşməsi ölkəmizə təsir göstərməzdi. Ancaq indilikdə neftdən savayı ölkəyə dollar gətirəcək sahə yoxdur. İndi neftdən gələn gəlirlərlə manatın məzənnəsini saxlamaq mümkün görünmür. Bunu təmin etmək üçün hökumət topladığı rezervlərdən istifadə edir. İndi əlavə kapital yığımı yoxdur, neft gəlirləri büdcəni təmin edə bilmir. Bu halda ehtiyatda olan rezervi xərcləməklə devalvasiyanın qarşısını almaq mümkün deyil. Zənnimcə, bir müddətdən sonra bazar özü bu prosesi tənzimləyəcək. Bu halda bazarın alıcılıq qabiliyyətinə və şərtlərinə uyğun olaraq manat alıcılıq qabiliyyətini itirməkdə davam edəcək. Azərbaycanın gücü, potensialı və iqtisadiyyatı manatın indiki məzənnəsini saxlamağa imkan vermir. Odur ki, devalvasiya prosesi davam edəcək və bu insanların həyat şəraitinin daha da ağırlaşmasına gətirib çıxaracaq. Hakimiyyətin apardığı siyasət ölkəni ağır iqtisadi duruma salmaqdadır. Hesab edirəm ki, bu gün yaşadıqlarımız bizi gözləyən iqtisadi fəlakətin anonsudur.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Milli Şura mitinq qərarı verdi

    Milli Şura mitinq qərarı verdi ...

    26-05-2015, 15:29

  • 
  • Milli Şura yeni mitinq təyin etdi

    Milli Şura yeni mitinq təyin etdi ...

    1-11-2014, 10:38

  • 
  • 10 noyabr mitinqinə icazə verildi

    10 noyabr mitinqinə icazə verildi ...

    6-11-2014, 22:38

  • 
  • Milli Şura avqustun 18-də mitinq keçirəcək

    Milli Şura avqustun 18-də mitinq keçirəcək ...

    12-08-2013, 18:43

  • 
  • Miili Şura dekabrın 15-nə mitinq təyin etdi

    Miili Şura dekabrın 15-nə mitinq təyin etdi ...

    6-12-2013, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu