GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cahangir Əsgərovu rüsvay edəcək ittihamlar

Cahangir Əsgərovu rüsvay edəcək ittihamlar

Tarix: 30-03-2015, 11:59 Bölmə :Ölkə Baxış: 0
Cahangir Əsgərovu rüsvay edəcək ittihamlar

Yüz milyonlarla pul qazanan “AZAL” QSC-nin dövlətə heç milyonlarla da vergi ödəməsini eşidən olmayıb”

“Nə qədər biz bu cür biabırçılığa etiraz etməyəcəyik, cahangir əsgərovlar bizləri talayıb təhqir etməkdə davam edəcəklər”
cahsangiresger- azalTanınmış hüquqşünas Aslan İsmayılovun AZAL-ın ceyran belinə qaldırdğı aviabiletlərlə bağlı etirazını oxuculara təqdim edirik:

“Bir çox valideynlər kimi mən də Novruz Bayramını oğlumla birgə keçirmək istəyirdim, ancaq “AZAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun nəfsindən, minlərlə valideynlər kimi bu istəyim alınmadı. C.Əsgərov bu günə qədər bir çox aviaşirkətlər kimi Macarıstana məxsus “Wizz Air” şirkətini də Azərbaycana buraxmadı. Bu məlumatı səhifəmdə paylaşdıqda insanların illər ərzində yığılmış “AZAL”dan olan narazılığını və C.Əsgərova olan nifrətini gördüm (https://www.facebook.com/Aslan.Z.Ismayilov/posts/949965131688643). Bununla bağlı C.Əsgərovun “dədə malı” kimi istifadə etdiyi, dövlətə məxsus Azərbaycan Hava Yolları QSC ilə maraqlandım. Araşdırmalar məni dəhşətə gətirdi. İnsan nə qədər özünə əmin olmalıdır ki, bu qədər özbaşınalıq, qanunsuzluq etsin, Azərbaycan vətəndaşlarına düşmən kəsilsin?! Bir balaca vicdanı olan insan gördüklərimi edə bilməz ki, ayıbdır. Bir də ki, bu sözü bilən kəs öz işçiləri ilə söyüşlə, təhqirlə danışmaz.

C.Əsgərova “ayıb”, “vicdan” sözlərinin yad olduğunu hələ təxminən 2000-ci ilin əvvəllərində bildim. O vaxt bir nəfər indi adı yadımda qalmayan Leninqrad blokadasının iştirakçısı, uşaqları olmayan bir yaşlı xanımın qohumu mənə yaxınlaşıb bildirdi ki, onun qohumu Leninqrad blokadasının ildönümü ilə bağlı orada keçiriləcək tədbirlərə dəvət almış, həmin tədbirlərdən sonra isə Dərbənddə yaşayan qohumlarının təkidi ilə ora getmişdir. Bu müddət ərzində Vaqif – Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasının qalan sakinləri də köçürülmüş və ev uçurulmuşdur. Uzun müddət evi uçuran şirkətin sahiblərinin kimliyini araşdırdıqdan sonra bəlli oldu ki, bir neçə təsisçi sırasında C.Əsgərovun həyat yoldaşı da var. Həyat yoldaşının adı məhkəmə sənədlərində hallanmasın deyə C.Əsgərovun köməkçisinə müraciət etdim. Bir gündən sonra aldığım cavab çox qısa oldu: ”Cahangir müəllim deyir ki, getsinlər nə istəyirlər etsinlər”. Məhkəmələrə müraciət etsək də C.Əsgərovun müdaxiləsi nəticəsində rədd cavabı aldıq və eləcə də yaşlı, sonsuz bir qadın, öz evi ola-ola Dərbənddə qohumlarının evində rəhmətə getdi…

İndi isə Azərbaycan Hava Yollarının xalqa və dövlətə vurduğu ziyanla bağlı qısa fikirlərimi bildirim. Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, Azərbaycan Hava Yolları bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də “AZAL”ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.

Bayram gunləri “AZAL”ın qiymətləri qaldırmasına görə Türk Hava Yolları da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-Istanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi isə 200 avrodur.
Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır.

Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tbilisi-Kiyev reysinin gediş, dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda Tbilisi-Riqa-Tbilisi reysinin gediş dönüş qiyməti 250 avrodur.
Xaricə uçan reyslərin baha qiymətlərinə uydurma bəhanələr ola bilsin tapıla, bəs daxili uçuş qiymətlərinin baha olmasını necə izah edərlər? Məsələn, 1444 km məsafəsi olan İstanbul-Kars reysinin qiyməti 50 manatdır, iki dəfə qısa məsafəsi olan Bakı-Naxçıvan reysinin qiyməti də 50 manatdır. Hamıya da bəllidir ki, məhz bu reysə əlavə olaraq dövlətdən milyonlarla manat subsidiya ayrılır.

Yay vaxtları vətəndaşlarının rahatlığı üçün Türk Hava Yolları ABŞ-ın müxtəlif şəhərlərinə 12 saatlıq uçuşu olan reyslərə 400-500 manat reyslər təşkil edir, C.Əsgərov isə yay vaxtları 2 saatlıq uçuşu olan Bakı-Antalya, Bakı-Bodrum reyslərinin qiymətini 1000 manata qaldırır. Bu öz vətəndaşına zülm etmək deyil, nədir?!
Bakıya ucuz reyslər təşkil etmiş bütün şirkətlər bağlandı, yenilərinə isə “AZAL” icazə vermir. Şəxsən mənə bir neçə il öncə Air Arabia şirkətinin nümayəndəsi müraciət edib bildirdi ki, dövlətlər arası müqavilələri olsa da C.Əsgərov onların uçuşlarına icazə verməyib. Təkidli tələblərindən sonra isə ancaq hər sərnişin üçün onların rüşvəti veriləndən sonra icazə verəcəklərini bildirmişlər. Xarici şirkətlərin Bakıya təşkil etdikləri reyslərin qiymətlərinin bahalığı da məhz sərnişin başına verilən xərracların nəticəsidir.

“AZAL” əməkdaşlarının sərnişinlərə göstərdikləri xidmət isə milyonlar hesabına tikilmiş gözəl binaların, infrastrukturanın effektini sıfıra endirir.

Nəticədə alınan odur ki, Azərbaycan vətəndaşları Bakıdan Gürcüstana hava limanından digər ölkələrə uçmaq üçün gedirlər. Məhz buna görə Gürcüstana keçid məntəqələrində yüzlərlə vətəndaşlar saatlarla gözləməli olurlar.
C.Əsgərovun bu qanunsuzluqları tək vətəndaşlara zülm gətirmir, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu yaxınlarda üstüörtülü olsa da bu məqama toxunmuşdu. Milyardlarla vəsait turizmin inkişafı üçün xərclənsə də belə tiplər bunun effektini sıfıra endirir. Çünki, istənilən turizmi inkişaf etdirmək istəyən ölkə birinci növbədə ölkəyə gediş-gəliş qiymətlərinin ucuzlaşdırmağa çalışır ki, turistlərin sayı çoxalsın. Bu cür gediş-gəliş qiymətləri olan ölkədə heç vaxt turizm inkişaf etməz.

Yüz milyonlarla pul qazanan “AZAL” QSC-nin dövlətə heç milyonlarla da vergi ödəməsini eşidən olmayıb. Bu barədə aparılan araşdırmalara isə heç bir cavab verilmir, hərçənd ki, dövlət müəssisəsinin dövlətdən aldığı pullar və dövlətə ödədiyi vergi barədə məlumat almaq hər bir vətəndaşın haqqıdır. Əgər pu pullar C.Əsgərovun cibinə yox “AZAL”ın inkişafına yönəlmiş olsaydı yenə susmaq olardı.

İnkişaf göstəricisi sərnişin daşımalarla ölçülür. Maraqlananlar üçün əhalisi və ərazisi Azərbaycandan da az olan, Qatara məxsus Qatar Airways və Birləşmiş Ərəb Əmirliklərinə məxsus Emirates Airline (hər ikisi “AZAL” ilə eyni dövrdə yaradılıb) şirkətlərinin göstəricilərinə nəzər yetirib müqayisə etmələrini xahiş edirəm.

Ən acınacaqlısı isə odur ki, həm vətəndaşlar, həm də məhz bu sahədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, müstəqil ekspertlər sanki bu məsələyə toxunmaqdan qorxurlar. Bir şeyi bilmək lazımdır ki, nə qədər biz bu cür biabırçılığa etiraz etməyəcəyik, cahangir əsgərovlar bizləri talayıb təhqir etməkdə davam edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01

  • 
  • VƏKİL CAHANGİR ƏSGƏROVA “KLİP ÇƏKDİ” – “Mənim illərim, mənim zənginliyim…”

    VƏKİL CAHANGİR ƏSGƏROVA “KLİP ÇƏKDİ” – “Mənim ...

    13-10-2015, 13:44

  • 
  • Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?

    Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın ...

    10-02-2022, 16:54

  • 
  • Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL prezidenti “tvist” oynadı (VİDEO)

    Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL ...

    6-06-2018, 19:30

  • 
  • AZAL-ın prezidentini yoxlamağa başladılar - TƏFSİLAT

    AZAL-ın prezidentini yoxlamağa başladılar - ...

    30-03-2016, 17:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu