GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qızıl Zəngilan” almanaxı ətrafında qalmaqal yaranıb

“Qızıl Zəngilan” almanaxı ətrafında qalmaqal yaranıb

Tarix: 31-03-2015, 01:18 Bölmə :Ölkə Baxış: 0
“Qızıl Zəngilan” almanaxı ətrafında qalmaqal yaranıb



Saf cəmiyyətin formalaşmasına səbəb olan amillər təkcə zəngilanlı ziyalılar arasında deyil, ölkənin bütün bölgələrinə şamil edilə bilər

Xeyli vaxtdır ki, “Qızıl Zəngilan” adlı almanax ətrafında gedən söz-söhbət səngimək bilmir. Gah bəzi zəngilanlı ziyalıların bir dərnəkdə cəmləşib qələm məhsullarının almanaxda toplanmasına razılıq vermədikləri müzakirə mövzusuna çevrilir, gah da süni əngəl törədənlərin olduğu söylənilir. Bir az əvvəl mətbuata bu barədə açıqlama verən almanaxa redaktorluq etmiş yazıçı Əli bəy Azəri ədəbi mühitdə kifayət qədər zəngilanlı yazarın, qələm sahibinin olduğunu vurğulamışdı. “Biz bu almanaxı yaratmaqla istəyirik ki, onların ədəbi dərnəyini yaratmış olaq. Eyni zamanda daha gözəl ədəbi nümunələr üzə çıxarda bilək”.

Amma çox təəssüflər ki, istək hələ ki, alınmır. Bir tərəfdən müxtəlif təfəkkürlü qələm sahibləri bu dərnəyin kimlər tərəfindən yaradıldığına fərqli nəzər nümayiş etdirib kənar gəzməyə üstünlük verir, digər tərəfdən qohumçuluq, dostluq və bu kimi digər amillər drnək ətrafında toplaşmağa maneçilik törədir.

İş o yerə çatıb ki, sözçünün maarifləndirici təhlilli yazısı almanaxda yer almayıb. “Sənə görə Xuduş müəllim mənimlə düşmən olub” deyə almanaxın tərtibçisi Tarverdi Abbasov yazının almanaxda yer almaması üçün sonadək inadkarlıq göstərib.

Qeyd edək ki, Xuduş İsgəndərov Zəngilan rayon Ağsaqqallar Şurasının sədridir. Rayon camaatı arasında başçıya yaxınlığı ilə seçildiyindən bəzi adamlara təsir etmək gücündədir. Görünür, Tarverdi Abbasov rayon Təhsil Şöbəsinin işçisi olduğundan X.İsgəndərov ona təsir edə bilib.

Əli bəy Azərinin qələmə aldığı mövzu aktuallığı ilə seçilir. Onun elmin, ədəbiyyatın inkişafına maneçilik törədən amilləri təhlil edərək hazırladığı yazıda göstərilənləri təkcə zəngilanlı ziyalılara deyil, ölkədə fəaliyyət göstərən əksər təbəqəyə aid etmək mümkündür. Odur ki, məqalənin aktuallığını nəzərə alıb oxucuların nəzərinə çatdırırıq.

Redaksiyadan

Alovun şölələri sifətləri qarsdı

İndiki mövcud durumda qızıldan qiymətli vaxtından bir anı ayırıb qarşısındakı ALMANAXI nəzərdən keçirən, vərəqləyən, şəkillərinə baxan, mütailə edən, oxuyanın yanında dayanıb dinləyən hər kəsi ürəkdən alqışlayır və salamlayıram.

Eyni zamanda ixtiyarımda olan səlahiyyətdən və tarixi axının yaratdığı fürsətdən istifadə edib cari ilin BAHAR bayramı münasibətilə sizi təbrik edir, ilk əvvəl mehribançılıq, bol ruzi, qohumlar, qonşular, dostlar, iş yoldaşları və əhatəsində olduğunuz hər bir kəslə ləyaqətli davranış arzulayıram.

Almanax jurnal deyil

İlk ədəbi almanaxlar XVIII əsrin ortalarında Fransada meydana gətirilmişdir. Əsrin sonlarında isə Rusiyada da yaranmışdır. Azərbaycanda bolşevik inqilabından qabaq almanaxlar, əsasən təzkirə şəklində tərtib olunmuşdur. Sovet rejimi dövründə almanaxların nəşri geniş yayılmışdır.

Azərbaycan müstəqillik qazanandan sonra da almanaxlar öz nəşrini davam etdirmişdir. “Poeziya günü”, “Ədəbi İrəvan”, “Söz sərrafları”, “Abşeron inciləri”, “İsmayıllı yarpaqları”, “Borçalı” və digər almanaxlar son on beş ildə müntəzəm olaraq nəşr olunmuş və onlardan bəziləri nəşr olunmaqdadır.

Almanax jurnal deyil, məcmuədir, dərgidir, toplumdur. Müxtəlif müəlliflərin eyni mövzu və janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövrü buraxılışdır.

“Qızıl Zəngilan” almanaxının yaranmasında məqsəd zəngilanlı yazarların yaradıcılığı ilə oxucuları geniş müstəvidə tanış etməkdir. Eyni zamanda fürsətdən istifadə edib rayonun füsunkar təbiəti, coğrafi relyefi, toponimləri, ədəbi üsluba yaxınlığı ilə seçilən yerli camaatın dili, şəhidləri, qəhrəman döyüşçüləri, tanınmış simaları haqqında məlumat mübağiləsi aparmaqdır.

Çox təəssüflər olsun ki, təsibkeşlik zəminində qələm əhlinin bir araya gəlməsini xain-xoflu adamlar siyasi birləşmə kimi yozur, kölgələrindən qorxuya düşürlər. Unudurlar ki, ədəbi mühitdəki yerini heç bir qələm əhli siyasi karyeraya dəyişməz.

Bir də almanaxı jurnal kimi qəbul edənlər də az deyil. Onların arasında təəssüflə də olsa qeyd etməliyik ki, dil-ədəbiyyat müəllimlərinə də rast gəlmək mümkündür. Acınacaqlısı odur ki, dərgini, məcmuəni, bülleteni, toplumu ayırd edə bilməyən ədəbiyyat müəlliminin öyrətdiyi şagirdlər sabah vəzifə pillələrində otura bilərlər.

Almanaxın adı ilə bağlı maraqlananlar, ünvanımıza suallar göndərənlər az deyil. Odur ki, maraqlananların nəzərinə çatdırırıq ki, Zəngilan rayonunun ilk və əsas informasiya vasitəsi olan rayon qəzeti 1932-ci ilin sonlarından «Qızıl Zəngilan» adı ilə nəşr olunmağa başlamış və dörd ildən artıq bir müddətdə davamlı olaraq çapdan çıxmışdır. Həmin qəzet 1937-ci ildən rəhbərin şərəfinə «Stalinçi» adlandırılmış, müəyyən fasilələrlə uzun müddət çıxmışdır. Stalinin şəxsiyyətə pərəstişliyi ifşa olunduqdan sonra adı dəyişdirilərək 1956-cı ildən 1961-ci ilədək «Zəngilan kommunisti» adı ilə nəşr edilmişdir.

1961-ci ildə Cəbrayıl Rayon İstehsalat İdarəsi üzrə yaradılan «Kolxozçu» qəzeti Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarını da əhatə etdiyindən Zəngilanda müstəqil olaraq qəzet nəşr edilməmişdir. 1963-cü ilin may ayından isə Zəngilan Rayon İstehsalat İdarəsinin orqanı olmaqla «Kənd həyatı» qəzeti öz nəşrinə başlamış Qubadlı, Laçın və Zəngilan rayonlarına xidmət göstərmişdir.

1966-cı ildə istehsalat birlikləri ləğv edilmiş, «Kənd həyatı» qəzeti Zəngilan rayon partiya komitəsinin və XDS İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyətini davam etdirmişdir.

1992-ci ildə Zəngilan rayon qəzeti öz tarixində beşinci dəfə ad dəyişikliyinə məruz qalmış və ilin ikinci yarısında «Zəngilan səsi» adı altında çıxmışdır. O vaxtlar bu qəzetin redaksiyasında 20 nəfərdən artıq yaradıcı və texniki işçi çalışmışdır. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə «Zəngilan səsi» köçkünlük dövründə də öz fəaliyyətini davam etdirməkdədir.

Ortabab, yoxsa təbliğ olunmayan şairlər?

Yazıçı Azad Qaradərəli facebook səhifəsində özünə şüar seçib: “Yazıçını mühit yetişdirir”. Çox düşündürücü, dəyərləndirici bir məsələdir. Bu ifadənin ilk müəllifinin kim olması maraqlı deyil. Əsas odur ki, gündəmə gətirilib. Söz sahibinin də xoşbəxtliyi ondadır ki, onun sözü gündəmə gətirilir, əsərinin qəhrəmanı müzakirə mövzusuna çevrilir.

Ancaq mən inana bilmirəm ki, Azərbaycanın müxtəlif bölgələrində fərqli mühit olub. Bəs onda nədən, bir bölgədə şairlər, yazıçılar yetişib, ortaya çıxıb, amma digər bölgələrdən yox. Mənim başqa bölgələrlə işim yoxdur, əsas müzakirə hədəfimiz Zəngilandır.

Sovet rejimi məktəbindən çıxmış istənilən şəxs ən azından Səməd Vurğunu, Hüseyn Cavidi, Məhəmməd Hadini, Əhməd Cavadı, Mikayıl Müşviqi, Süleyman Rüstəmi, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Nəbi Xəzrini, Nəriman Həsənzadəni, Nüsrət Kəsəmənlini tanıyır. Şeirlərindən bircə misra deyə bilməsələr də heç olmasa adlarını bilirlər. Bunun özü də böyük şeydir. Amma indi kimdən soruşursan, bir-iki nəfərin adını çəkə bilmir, kinayə ilə deyir: “Hər əlinə qələm alan şeir yazır. Bu qədər də şair olar?”

Niyə ötən əsrdə bu qədər şair ola bilirdi, indi yox? Həyat davam edir. Biz geriyə qayıda bilmərik. İnkişaf etdiyimizdən şairlərimizin də çoxalması təbiidir. Yenə də təkrarlayıram, başqa bölgələrlə işimiz yoxdur. Hədəfimiz zəngilanlı şairlərdir. Onların yaradıcılığı ilə tanış olduqca gözlərimiz önündə başqa mənzərə canlanır. Heç kimə sirr deyil ki, hələlik Məhərrəm Mahi zirvədə təkdir. Sonra Oqtay Zəngilanlı, Salam Cavadlı, Bərxudar Səlimoğlunu nəzərdə tutanlar da az deyil. Bəs Adil Həsənoğlu, Xosrov Natil, Vaqif Qüdrət, Əliağa Mirişoğlu, Mütəllim Həsənov, Teyfur Çələbi, Ayaz İmranoğlu haqqında eşidənlər varmı? (Onlardan biri mənə şeirlərinin övladları, nəvələri tərəfindən oxunmadığından gileyləndi). Niyə məktəbdə şagirdlərə yerli şair və yazıçılar barədə məlumat verilmir? Bu ki, qanunla qadağan olunmur.

Qonşu rayonların təcrübəsində bu çoxdan tətbiq olunur. Dəfələrlə Füzuli rayonu üzrə ümumtəhsil məktəblərində dərslərdə iştirak edərək bunun əyani şahidi olmuşuq. Dərslər zamanı Füzuli dağları, rayon ərazisindən axan çaylar, yazıçılar, şairlər barədə məlumat verilir. Bu ənənə Cəbrayıl və Qubadlı

rayonlarında da tətbiq olunur. Cəbrayıl məktəbliləri şair Əlirza Xələfli, yazıçı Elçin Hüseynzadəni, yazıçı Sahib Abdullayevi, Qubadlı məktəbliləri Ramiz Rövşəni çox yaxşı tanıyırlar. Hətta onlarla görüşlər də təşkil olunur. Zəngilana gəlincə isə...

Məsləkdaşım Azad Qaradərəlinin fikrinə qüvvət onu bildirməyi ehtiyac duyuram ki, Zəngilanda ədəbi mühit hələ də formalaşa bilmir. Odur ki, yazıçı da, şair də ona qarşı laqeydliyin, biganəliyin müqabilində həvəsdən düşür və passivləşir. Deməli, mühit hər zaman elə həmin mühitdir, sadəcə insanların yanaşma tərzi müxtəlifdir. Ortabab hesab olunan yuxarıda sadaladığımız şairlər, görəsən yaxşı təbliğ olunarlarsa, yaradıcılıqlarında dönüş yarada bilərlərmi? Məncə hə.

Zəngilanın ağızbüzüşdürücü əzgilləri

“Həqiqət acı olur”, nə vaxtsa dədələr belə deyib. İndi “atalar sözü” kimi qəbul etdiyimiz yüzlərlə fikir dədələrimizin deyimləridir ki, onlardan bizə mənəvi miras qalıb. Diqqət yetirin, mal-mülk, var-dövlət yox, məhz müdrik bir deyim miras qalıb və çox güman ki, dünya durduqca həmin miras da yaşayacaqdır. Tarixin çox incə süzgəcindən keçmiş həmin fikirlər min illərin sınağından üzü ağ çıxıb, məntiqə söykənib, həqiqəti əks etdirib. Haqqı olduğu kimi qəbul etmək, acı həqiqəti həzm etmək yalnız geniş ürəkli, müdrik düşüncəli insanlara xasdır.

Başqa bölgələrin adamları kimi zəngilanlılar arasında da cırt(da)qozluq, dəymədüşərlik, darqursaqlıq istisna deyildir. Dərginin birinci nömrəsini hazırlayarkən rastlaşdığımız yaramazlıqlara rəğmən cəmiyyət olaraq özümüzdə islah aparmaq, yaradıcılığımıza tənqidi yanaşmaq, bir-birimizin yaradıcılığında gördüyümüz nöqsan və qüsurları nəzərimizə çatdırmaq və sair bu kimi ədəbiyyata, ədəbi mühitə xas olan sağlam iradlar barədə münasibət açıqlamışdıq. Çox təəssüflər olsun ki, beynəlmiləl mərkəz olan Bakının ortasında hələ də Zəngilanın ağızbüzüşdürücü əzgillərinə rast gəlmək mümkündür. Saçı, saqqalı ağaranların ağlına dən düşmür ki, düşmür.

“...başçı göndərib”

Zəngilanlılar arasında dəxli oldu-olmadı belə bir yaramaz tendensiya mövcuddur. Bu yanaşmanı hər zəmanənin yetgin insanları çox vaxt “qul təfəkkürü” də adlandırırlar. İcra Hakimiyyəti Aparatı binasına gedən, binanın həndəvərinə fırlanan bəzi adamlar var ki, möminlər hər kəlməbaşı “bismillah” ifadəsini işlədən kimi onlar da “başçı” sözü ilə sayaqlayırlar. Başa düşmək olmur, onlar köməkçinin vəzifəsinə niyə şərik çıxırlar?Zəngilanda uşaqdan böyüyə hamı bilir ki, başçıya yaxınlığı ilə tanınan məmur kimdir və o, lazım gələndə kimi və hara göndərir.

-Başçı tapşırıb, kitab yazmalıyam.

-Kəndlər barədə material toplamalıyam, başçının göstərişidir.

-Bunu başçı deyib.

-Məni başçı göndərib.

Bu kimi ifadələr indi bir çoxlarının dilindən düşmür. Lakin onlardan fərqli olaraq ətrafdakılar o qədər də sadəlövh deyillər ki, belə qulbeçələrin dediklərinə inansınlar. Fikir sahibləri, onsuzda öz uydurmalarına inanmırlar, uydurduqları yalanlara başqalarının inanmadıqlarını necə.., qavraya bilirlərmi?

Ahıl yaşlarında olan, bir ailənin, bəlkə də tayfanın ağsaqqalı qismində görünən həmin bəzi insanların uşaq kimi: “məni başçı göndərib” kəlməsini ifadə etməsi, görəsən nəyə hesablanıb? Məncə, onlar belə kəlmələriylə özlərini arxalı-dayaqlı, lazımlı-gərəkli, dərrakəli-fərasətli, savadına, biliyinə, bacarığına ehtiyac olan birisi kimi göstərməyə çalışırlar. Əslində isə çalışdığı kimi görünə bilmir, həqiqətdə özlərini çox gülünc bir vəziyyətə salırlar. Görəsən, insan ahıl çağlarında da öz adından danışmayıb, bəs nə vaxt danışacaq?

Topa tutulan toponimlər

İlk tənqid atəşinə tutulan mövzu “toponimlər” oldu. Redaksiya heyətinin üzvləri ilə əlaqə saxlayıb irad bildirənlərin sayı çoxaldıqca bu mövzuya bir daha qayıtmaq məcburiyyətində qaldıq. İnsanların daha çox bu mövzuya irad bildirməsi tam normal hesab olunmalıdır. Çünki bar verən ağaca daha çox selbə atarlarlar, deyib dədələrimiz. Toponimlər bu gün barlı-bəhərli mövzu olmaqla yanaşı, həm də düşmənə tuşlanan strateji silahımızdır. Amma çox təəssüflər olsun ki, Azərbaycan alimlərinin ermənilər qarşısında zəif davranışı bizim daima yaralı yerimiz olub. Odur ki, Zəngilan toponimləri daha tutarlı olsun deyə iradlarımı bildirən insanlar müəlliflər tərəfindən dərin tədqiqatlar aparmasın istəyirlər.

Toponim mövzusu çoxşaxəli, geniş aspektdən yanaşma tələb edən daima aktuallığını saxlayan bir mövzudur. Buraya təkcə yaşayış məntəqələri deyil, digər coğrafi məkanlar da daxil edilə bilər. Ancaq mövzunu hazırlayan müəlliflər yalnız rayon işğal ediləndə mövcud olan yaşayış məntəqələrini hədəf seçiblər. Bu və ya digər səbəblərdən (kollektivləşmə dövründə, ya da Sovet hakimiyyətinin digər siyasəti nəticəsində) dağı(dı)lmış yaşayış məntəqələrini biz birbaşa ermənilərin ayağına yaza bilmərik. Ədalət prinspinə zidd mövqe tutmuş olardıq. Baxmayaraq ki, elə erməni barmağının müdaxiləsi nəticəsində Sovet hakimiyyətində oturanların düzgün olmayan qərarları ucbatından həmin kəndlərimiz viran qalıb.

Təkcə Vejnəli kəndi ərazisində 1937-1938-ci illərdə əhalisi mərkəzə birləşdirilmiş, ərazisi xarabalığa çevrilmiş Sürtün və Abuseyid adlı, daha əvvəllər isə viranəyə qalmış, Daşkənd, Damdaş, Xorxor, Yurd yeri və sair kəndlər barədə məlumatlar toplanıb toponimə daxil edilməyəcəksə yarımçıq zəhmətin nə bəhrəsi ola bilər? Bartaz kəndi yaxınlığında Pəri Bartaz, Xanazor pirinin üstündəki yaşayış məntəqəsi, Keçikli kəndinin uzaq şimalında, Nəcəflər və Yusiflər kəndlərinin cənubunda olan Çuxuryurd, Günqışlaq kəndinin şimalında olan Xırdaqışlaq, İsgəndərbəyli kəndi yaxınlığında olan Fərəcbəyli, Dəlləkli kəndindən dağa gedən köç yolunda Cabbarlı, kənd Mincivanın qərbində yerləşən Tərəkəmə, Rəzdərə və Sobu kəndləri arasında olan Top kəndi, Seyidlər kəndinin qərbində olan Qaraçimən, Qarababa kəndi yaxınlığında olan Şamallı, Yuxarı Gəyəli yolunda olan Şərikan xarabalığı, Vənəndli İnzibati Ərazi Vahidində olan Cəfərquluuşağı və digər xarabalıqları qalmış kəndlərin ad mənasını, görəsən kim araşdırmalı və “Zəngilan toponimləri”nə deyil hansı “Toponimlər”ə daxil etməlidir?

Ermənilər bütün efir məkanını tutaraq Zəngilanı Kovsakan adlandırırlar. Bu günədək hələ bir alim ortaya çıxıb onların tutarlı cavabını verməyib. Mənim kimi onlarla insan bilir ki, Cahangirbəyli kəndinin yaxınlığında Kosakənd adlı nə vaxtsa dağıdılmış yaşayış məskəninə müvafiq olaraq ermənilər Zəngilanı KOVSAKAN adlandırırlar. Ancaq niyə? Bax, bu niyənin elmi cavabını kim və nə vaxt verəcək?

“Toponimlər”də Kosakənddən söhbət açılırmı? Əsla yox. Necə olur ki, ermənilər bizim əraziləri diqqətlə öyrənb, öz xeyirlərinə istifadə edə bilirlər, biz isə öz dədə-baba yurdumuzun tarixini, toponimini doğru-dürüst araşdırıb üzə çıxara bilmirik?

Odur ki, kimliyindən asılı olmayaraq işğal altında olan Zəngilanın təbliğatı, tədqiqatı ilə məşğul olan hər bir kəs bilməlidir ki, onun əməyi ermənilərə yönəlmiş zərbənin tərkib hissəsidir. Yumruq vura biləcəyimiz halda baş sığallamağa heç bir halda haqq qazandırmaq olmaz!!!

Bambılı auralı efir məkanı

Zamanın ən güclü təsir mexanizmini özündə ehtiva edən televiziya kanallarıdır. Amma çox təəssüflər olsun ki, yeganə efir məkanımız olan “Çinar Zəngilan” TV-ni işlədə bilmirik. Ölkənin aparıcı televiziyaları isə ölkənin əksər vətəndaşları kimi bizi də qane etmir. Yazıçı Tarverdi Abbasov bir neçə dəfə mövzunu qabardaraq dövrü mətbuatda məsələni gündəmə gətirib. Həmin dövrdən bölgələrdə və paytaxtın özündə də televiziya kanallarının sayı artsa da efirə yanaşmada heç nə dəyişməyib. Real vəziyyətdə yüz minlərlə adam əcnəbi kanalları seyr etməyi üstün sayır, nəinki yerli kanallara baxmağı. Bunun bir cavabı var; efir məkanını bambılı aurası bürüyüb.

Əlbəttə ki, gülüşsüz, felyotonsuz, satirasız, yumorsuz həyat mümkün deyil. Amma hər şey həddində olanda qiymətlidir. Razılaşın ki, adlarını çəkməsək də bu gün efir məkanını tutan “gülüş ustaları” cəmiyyətdə bambılı aurası yaradıb.

Efir hələ ki, bambılı aurasından çıxa bilmir.

Vətəndən kənarda da vətənpərvər yetişdirmək olar

Bir neçə il əvvəl belə bir deyim formalaşmaqdaydı: “Şuşa yoxdur deyə Azərbaycanda bundan sonra “Muğam” oxuyan olmayacaq. “Muğam” oxumaq üçün Şuşanın dağ havası, Şuşanın bulaq sularının olması vacib şərtdir. Saatlı – Sabirabad çöllərinə, Pirəküşkülə, Yeni Ramanıya, Gəncəyə səpələnmiş şuşalılardan “Muğam” oxuyan çıxmayacaq!”

Amma Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bunun əksini isbatladı. Ortaya iradə qoyub “Muğam” oxumaq üçün talantları hayladı. O qədər “Muğam” oxuyan ortaya çıxdı ki, Mehriban xanım “Muğam”ı beynəlxalq səviyyələrə qaldırdı. Təkcə Şuşadan deyil, Şamaxıdan, Zəngilandan, Salyandan, digər bölgələrdən də yaxşı “Muğam” oxuyanlar ortaya çıxdı. Onlar heç də şuşalılardan zəif oxumadılar. Hətta “bizim “Muğam” oxumağımız üçün hökmən Şuşada doğulmağımızmı vacibdimi” deyə soruşdular.

Bu məsəlin mətləbimizə birbaşa dəxli var. Ötən il bir nəfər də olsun zəngilanlı yeniyetmə hərbi məktəbdə oxumaq üçün müraciət etməyib. Çox acınacaqlı vəziyyətdir. Torpağı işğal altında olan, iki yüzdən çox şəhidinin qisası alınmayan otuz beş minlik bir rayon üçün utanc gətirici haldır. Onun günahı yarıbayarı böyüklərdədir. Çoxları vətənə atılan daşlardan peysərlərini qoruyurlar. İndi Zəngilan üçün görülən işlərə bir manat belə xərcləmək istəmirlər. Vətən üçün manatını qıymayan canını fəda edərmi? Əsla yox! Bunlar vətəndən didərgin düşəndən sonra nə yaman dünyagir olublar. Bir ömür qazandığınızın bir an içində əlinizdən çıxdığını nə tez unutdunuz?

(Fevralın son ongünlüyündə baş verən hadisə təkcə zəngilanlıları deyil bütövlükdə ölkəni silkələdi. Manat rəsmən otuz üç faiz ucuzlaşdı. Milli bankın qərarı ilə bir dollar bir manat beş qəpiyə bərabərləşdirildi. Əlbəttə ki, hökumətin razılığı olmasaydı Milli bankın belə qərar verməyə səlahiyyəti, yaxud həddi haradaydı. Sözümüz onda deyil. İnsanlar dərhal təşvişə düşüb hamını lənətləməyə başladılar. Görəsən, bizim millətdə pula hərislik nə vaxtdan yaranıb? Yoxsa bütün millətlər pulu belə çox sevirlər?)

Əlbəttə ki, belə təfəkkürlə vətənpərvər övlad yetişdirmək olmaz. Təfəkkürümüz dəyişməlidir. Hadisələrə baxış nəzəriyyəmiz yenilənməlidir, dünyagörüşümüz artmalıdır.

Ədəbi tonqalın şaxə qalxan dilimləri

“Almanax”ın sorağı özündən əvvəl yayıldı. Effekt gözlədiyindən də yaxşı alındı. Fərəhləndirici, qürur duyulası haldır ki, ədəbi mühit dərhal canlandı. Elektron jurnalistikanın parlaq nümayəndələrindən biri olan Dönməz Abbasov vəziyyəti öz açıqlamasında belə qiymətləndirmişdir: “Zəngilanı yaşadan, təbliğ edən vətənpərvər insanlar kimlərinsə onlar haqqında xoş söz deyib, əməklərinə qiymət veriləcəyi üçün bu işi görmürlər. Onlar, sadəcə vətənpərvərlikləri müqabilində bacardıqlarını edirlər”. Böyük mühakimədir, hər kəs gücü çatdığı qədər bacardığını etməlidir. Bəs bacarığı olub gizlənənlərə nə ad verəsən?

Ədəbi tonqal ilk qığılcımdan od götürdü. Alovun şaxə qalxan dilimləri, demək olar ki, tonqalın ətrafında toplaşan hər kəsin sifətini qarsdı. Diksinib ayılanlar da oldu, çimçəşib kənara çəkilənlər də. Bu təbiidir və biz bu təbiiliyi olduğu kimi qəbul edirik. Çünki xəlbirin peşəsi ələmək, süzgəcinki süzməkdir.

Yaratdığımız meydan isə SÖZ POLEQONUdur. Burada sözlə güləşməyi söz güləşdirməkdən ayırmaq gərəkdir. Çünki meydan həm SÖZündür, həm SÖZ SƏRRAFlarının. Buyurun, meydan sizindir, hər kəs öz bacarığını göstərsin!!!

Böyük hörmət və ehtiramla:

Əli bəy Azəri

Qeyd: Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov “Qızıl Zəngilan” almanaxının tərtibçisinə necə təpgi göstəribsə növbəti nömrə üçün nəzərdə tutulmuş bu yazı dərgidə özünə yer ala bilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

    Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii ...

    17-01-2014, 11:06

  • 
  • Azərbaycanın tanınmış aşığı vəfat etdi

    Azərbaycanın tanınmış aşığı vəfat etdi ...

    2-11-2018, 12:13

  • 
  • Masanın üstündəki qələm Paşinyanı şoka saldı

    Masanın üstündəki qələm Paşinyanı şoka saldı ...

    15-02-2020, 11:00

  • 
  • "Cəbrayıl və Zəngilan emal sənayesi mərkəzlərinə çevriləcək"

    "Cəbrayıl və Zəngilan emal sənayesi ...

    18-12-2020, 12:27

  • 
  • İraqda daha bir türkmən nazir postuna gəlir

    İraqda daha bir türkmən nazir postuna gəlir ...

    23-10-2018, 18:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu