GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avtobus sürücüləri ilə bərabər sahibkarlar da məsuliyyət daşımalıdır

Avtobus sürücüləri ilə bərabər sahibkarlar da məsuliyyət daşımalıdır

Tarix: 31-03-2015, 01:37 Bölmə :Ölkə Baxış: 0
Avtobus sürücüləri ilə bərabər sahibkarlar da məsuliyyət daşımalıdır

Sürücülük vəsiqəsi və ya kateqoriyası olmayan, traktor, belorus idarə etmiş şəxsləri avtobusa oturdub tıxaclı şəhər yollarına marşruta göndərməyin məsuliyyəti kimin üzərində qalmalıdır?

Ötən ilin yekunlarına görə hazırlanmış statistik məlumatlara nəzər yetirmədən belə son vaxtlar yol – nəqliyyat hadisələrinin həddən artıq baş verməsi haqqında həyacanlı məlumatlar alan əhali bu barədə kifayət qədər bilgilidir. Ən azından ölüm və yaralanma halları ilə nəticələnən qəza və hadisələri hər gün efirdən eşitməmək mümkünsüz olub. İş o yerə çatıb ki, ölkə rəhbərliyi səviyyəsində siyasi iradə nümayiş etdirilərək həyəcan təbili döyəclənməkdədir.

Əgər əvvəllər yol – nəqliyyat hadisələri, əsasən, ölkənin dağlıq ərazilərində yerləşən rayonların ucqar kənd yollarında, və yaxud, Şamaxı – Axsu aşırımı, Lənkəran – Lerik, Masallı – Yardımlı, Şəmkir – Gədəbəy və sairə strateji əhəmiyyətli yollarda baş verirdisə, indi paytaxtda, İpək yolunda və digər magistral yollarda baş verən hadisə və qəzalar onları bir neçə dəfə üstələyib. Bu hadisələr arasında avtobusların törətdiyi qəzaların birmənalı şəkildə önə çıxdığı söylənilir.

Ölkə başçısı cənab İlham Əliyevin neçə illərdir ki, fasiləsiz olaraq həyata keçirdiyi islahatlar və ölkənin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş layihələr böyük əksəriyyət tərəfindən dəstəklənməkdədir. Xüsusilə də nəqliyyat sahəsinə aid olan işlər bu sahədə çalışan məsul və vəzifəli şəxslər tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.

Kiçik tutumlu avtobusların, QAZel tipli maşınların əvvəl paytaxtda, sonra isə əyalət şəhərlərində yeniləri ilə əvəzlənməsi heç də uzaq keçmişdə qalmayıb. Belə demək mümkünsə, üç ildən artıqdır ki, nəqliyyat sahəsində intensiv olaraq əməli iş aparılır. Geniş salonlu, yumşaq idarə sistemi olan çoxtutumlu avtobuslar əhalinin istifadəsinə verilir və kiçik tutumlu avtobusları, eyni zamanda QAZel tipli maşınları hərəkət zolağından “sıxışdırıb” çıxarır.

Paytaxt yollarında və magistral yollarda kifayət qədər kameralar quraşdırılıb ki, onların köməkliyi vasitəsilə qısa bir zamanda hər hansı bir avtomobilin hərəkət etdiyi istiqaməti müəyyənləşdirmək mümkündür. Bundan əlavə şəhəriçi avtobus dayanacaqlarında və hətta avtobusların idarəetmə kabinələrində kameralar quraşdırılıb ki, onların köməkliyi ilə həm sürücünün hərəkətinə, həm də ondan öndə və arxada hərəkət edən avtobuslara nəzarət etmək prispini həyata keçirmək olur.

Yeni olaraq planlaşdırılır ki, cari ilin qarşıda gələn iyun ayından başlayaraq metrolarda olduğu kimi avtobuslarda da kart – keçid sistemli aparatlar quraşdırılsın. Bununla da nəqliyyat sistemində çalışan vəzifəli şəxslər həm sürücünü pul yığmaq, yoldan diqqətini yayındırmaq kimi əlavə qayğılardan, sərnişinləri isə lüzumsuz vaxt itgisindən azad etmiş olurlar.

Bir bu qədər görülən əməli işlərin müqabilində paytaxt yollarında maşın çilləkənləri (tıxaclar) aradan qaldırılmır və qəzaların, hadisələrin sayı azalmır.

Hələ bir neçə il bundan əvvəl Nəqliyyat nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi ilə birgə keçirdiyi “Təhlükəsizlik aylığı” bu qəbildən olan təqdirəlayiq tədbirlərdən biridir. Belə tədbirlərdən əlavə olaraq Nəqliyyat nazirliyinin əməkdaşları bu sahədə yorulmadan intensiv olaraq iş aparırlar. Sürücülərə qarşı hər hansı bir törədilmiş hadisəyə, qəzaya görə tətbiq olunan cərimələr dəyişdirilərək daha da sərtləşdirilmişdir. Amma nəticə etibarilə hələ ki, ürəkaçan söz söyləmək mümkünsüzdür.

Keçirilən reydlər və aparılan analizlər belə deməyə əsas verir ki, marşrutlar müxtəlif sahibkarların ixtiyarında cəmləşdiyindən hələ də bir mərkəzdən idarə oluna bilmir. Sahibkarlığın inkişafına dəstək verən ölkə başçısının sərəncam və göstərişlərindən və demokratik dəyərlərə söykənən qanunların yaratdığı şəraitdən istifadə edən istənilən sahibkar hər hansı bir marşrutu ala, işə istədiyi şəxsləri götürə və avtobuslara sürücü vəzifəsinə təyin edərək marşruta göndərə bilərlər. Acı da olsa etiraf etməliyik ki, qeyd olunanlar hərəkətin idarəolunmasında bir reallıqdır.

Əslində bunun qarşısı hələ ki, alına bilmir. Mütəmadi olaraq Yol Polisi əməkdaşları ilə birgə aparılan reydlər zamanı üzə çıxır ki, avtobusları idarə edən şəxslərin bir qisminin ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur. Sürücülərin digər bir qismi isə ya beş ildən az sürücülük stajına malikdir, ya da avtobusu idarə etmək üçün müvafiq kateqoriyaya imtahan verməyiblər. Təsəvvür edin, aran

rayonlarında traktor, belorus – lafet idarə edən şəxsləri avtobusda oturdub tıxaclı şəhər yollarında marşruta buraxmaq nə deməkdir?

Yekun olaraq baş verən qəzaların qarşısını almaq məqsədilə belə nəticəyə gəlmək labüddür ki, sürücülərlə bərabər sahibkarlar da məsuliyyətə cəlb olunmalıdırlar. Amma demokratik dəyərlərə söykənən qanunlarımızda sürücülərin cərimələnməsi və inzibati qaydada məsuliyyətə cəlb olunması varsa da onlarla bərabər sahibkarların məsuliyyəti müəyyənləşdirilməyib. Bu sahədə də tədbir görülməsi üçün siyasi iradə nümayiş etdirməyə ehtiyac duyulur. Belə bir addım insanların təhlükəsizliyinin təminatı, eyni zamanda şəhər yollarında quraşdırılan bahalı avadanlıqların, elə avtobus və digər nəqliyyat vasitələrinin özlərinin də qorunub saxlanmasında mühüm bir addım olardı.

ƏLİ BƏY AZƏRİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sürücülük vəsiqəsi almaq istəyənlərə YENİ QAYDA

    Sürücülük vəsiqəsi almaq istəyənlərə YENİ QAYDA ...

    10-02-2016, 14:26

  • 
  • Bakı-Şamaxı yolunda dəhşətli qəza: ölən var

    Bakı-Şamaxı yolunda dəhşətli qəza: ölən var ...

    7-07-2017, 11:57

  • 
  • Bu maşınlar yollara buraxılmayacaq - Yol polisi xəbərdarlıq etdi

    Bu maşınlar yollara buraxılmayacaq - Yol polisi ...

    4-12-2015, 18:42

  • 
  • Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat ...

    13-10-2015, 16:59

  • 
  • Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

    Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı ...

    15-06-2016, 14:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu