Bakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.
gundemxeber.az “Report”a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90-BZ-455 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobillə kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona "Saxla!" əmri verib. Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb. Saray qəsəbəsi ərazisindəki postda isə R.Şərifovu polislər məcburi qaydada saxlayaraq Abşeron Rayon Polis İdarəsinə (RPİ) gətirib. R.Şərifov barəsində idarədə toplanan materiallar isə artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib. Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?