GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək haqqısı qədər maaş alır...

Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək haqqısı qədər maaş alır...

Tarix: 1-04-2015, 16:53 Bölmə :Ölkə Baxış: 0
Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək haqqısı qədər maaş alır...

Belə bir məsəl var, deyirlər özünə rəva bilmədiyini başqasına necə rəva görürsən? Və ya varlı kasıbın dərdindən nə anlasın? Hə baxın, bu hər iki məsəl iki gündür mediyada millət vəkili Hadi Rəcəblinin müəllimə fəhləliyi rəva görməsi kimi tövsiyəsi ilə bağlı yazıların, kommentlərin ardı-arası kəsilmir. Biz də, bu məsələyə biganə yanaşmaq istəmədik. Ona görə də, kiçik bir araşdırma apardıq. Əslində bizi maraqlandıran əsas məsələ ondan ibarət idi ki, nəyə görə hörmətli millət vəkili müəllimlərə qarşı türk demişkən bu qədər övkəlidir. Amma axtarışlarımız bizi tamam başqa istiqamətə apardı. Çünki redaksiyamıza Hadı Rəcəblinin müəllimlərə olunan tövsiyəsindən gileylənən bir sıra insanlar olduqca böyük informasiyalar verdilər. Elə həmin informasiyaları da, biz oxucularımızla bölüşmək istədik.

Belə ki, sən demə, hörmətli deputatımız Hadı Rəcəbli müəllimlərə tövsiyə verərək, onların verdiyi bilik və savada görə bu gün millətimizi təmsil edə bildiyini deyəsən unudur. Əgər ki, unutmasaydı, o zaman hər bir sənətin bünövrəsini, təməl daşını qoyan müəllimlərə fəhləlik etməyi rəva görməzdi. Yox əgər görürsə, o zaman Hadı müəllim deputatlıqdan əlavə hardan gəlir əldə edir kimi sual meydana çıxır. Çünki hamıya məlumdur ki, hektarlarla torpağa, saysız-hesabsız evlərə, villalara və iaşə obyektlərinə Milli Məclisdən aylıq aldığı 1822 manat əmək haqqına əldə etmək olmazdı. Hərçənd ki, elə ondan başlayaq ki, Hadı Rəcəblinin sadəcə deputatlığa görə aldığı bir aylıq maaşını 300 manat əmək haqqı ala bilən müəllimin arasında bölsək, bir deputatın pulunun aya 6 müəllimə bəs etdiyini görərik. O zaman səhv və qüsuru Hadı Rəcəblinin müəllimlərə tövsiyəsində deyil, məhz müəllimi qınaq obyektinə çevirməyə tənəzzül edən bir deputata aylıq 6 müəllimin əmək haqqısı verməyin özünü günah hesab etmək lazımdır. Əgər müəllimə deputatın maaşı verilsəydi, müəllim heç bir zaman Hadı Rəcəbliyə işdən sonra fəhləliklə məşğul ol deyə tövsiyə etməzdi. Makidoniyalı

İsgəndər müəllimi Aristotelin zəhmətini qiymətləndirərəkən, “Mənim müəllimim, mənim yerdəki Allahımdır”, deyərək müqayisə edərmiş. Görünür, İsgəndərin kəlamı 150-200 manat alan müəllimlərə şamil edilmirdi və Hadı Rəcəblinin fəhləliklə məşğul olmağı məsləhət görməsi də, bu dövrün misalı deyil. Əslində heç kəs bunu açıqlamadı ki, “işdən sonra fəhləliklə məşğul ol” deyiminin altında gənclərimizin oxumasına və təhsil almasına qarşı psixoloji bir təzyiq dayanır. Uşaqlıqdan hər birimizin beyninə valideynlərimiz tərəfindən “oxu adam ol”, “heç kəsə möhtac olma”, “biliyə yüklən ki, sonra daşı kürəyinə yükləməyəsən” kimi misallar həkk edilərdi. Uşaqlar da gələcəkdə fəhləlik edib onun-bunun qapısında çalışmaqdansa oxumağı üstün tutardı. İndi belə çıxır ki, Hadı Rəcəbli deyir oxusan da, oxumasan da işdən sonra fəhləlik etməlisən. Sizcə bu gənclərin təfəkkürünə necə təsir bağışlayara? Bu da bizim ziyalımızın düşüncə tərzi...

Əvvəlimiz fəhləlik edəcəksə, Allah axırımızı xeyirli etsin! Hadı Rəcəbli ay ərzində bir az əvvəl hesabladığımız kimi 6 müəllimin orta əmək haqqısını yeyib, üstündən də su içir. O kasıb müəllimin ayın 30 gününü 150 manata necə sığdıracağı, həkim, müalicə, dəva-dərman, xeyir-şəri necə yola vermək kimi qayğılardan çox uzaqdır. Bir adam ki, Lənkəranda ona məxsus “Palıdlı sahil” adlı istirahət mərkəzindən aya ən azı 100 müəllimin əmək haqqısı qədər maliyyə əldə edirsə, o kasıb müəllimin halından necə anlaya bilər axı? Onu qınamayın cənablar! Zəmanəni və bu cür insanlar üçün yaradılan şəraiti qınayın! Hələ bu harasıdır, istirahət mərkəzi ilə yanaşı Lənkəranda şadlıq sarayına, yanacaqdoldurma məntəqəsinə, 100 hektar torpağa və müxtəlif cür ticarət obyektlərinə sahibdir. Hadı müəllim neynəsin “fəhləlik edin” deməlidir də! Neynəməlidir siz müəllimlər üçün dırnaqla, cırmaqla toplayıb bu var-dövləti? İndi nə olsun ki, 6 müəllimin maaşını dövlətdən alır, bu o demək deyil ki, 6 müəllimin biliyinə də yiyələnməlidir...

Gülməli deyil cənablar, vəziyyətimiz get-gedə ağlamalı hal alır! Bir baxın, millətin vəkili müəllimi fəhləlik etməyə çağırış edir... Hadı müəllim görünür Cəbiş müəllimi ideallaşdırıb və XXI əsrin müəllimini məhz işdən sonra fəhləlik etməsini, ya da sabun bişirməsini arzu edir... Amma Hadı müəllim unudur ki, o zaman Sovet dövründə belə olsa heç bir deputatın indi elə Hadı müəllim kimi var-dövlətə sahib olması da mükün deyildi... Əgər müəllimlərimizə Cəbiş müəllimi örnək çəkirsizsə, o zaman Hadı müəllim də sovet dövründəki məmur kimi fəaliyyət göstərməlidir. Hadı Rəcəblinin “maddi təminat” sığortası Hadı Rəcəbli yüksək vəzifəli qohum-əqrəbaları hesabına özünə ömürlük “maddi təminat” sığortası əldə edib. Hadı Rəcəblinin qaynının oğlu hörmətli xanım Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın həyat yoldaşıdır. Hadı Rəcəblinin bir oğlu Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Hümanitar Təşkilatın prezidentidir. Hadi Rəcəblinin digər oğlu Tural Rəcəbli “DNS Computers” şirkətinin rəhbəridir. Hadı Rəcəblinin qızı Dövlət Pedoqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlanə Əliyevanın gəlinidir və şəhərdə ən məşhur klinikalardan birinin sahibidir. Hadı Rəcəblinin digər qızı “Kapital Bankın” sədr müavini Fual Məmmədovla ailəlidir və şəhərdəki uşaq bağçalarının onun kurasiyasında olduğu bildirilir.

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hadı Rəcəblinin nəticələri ləğv edildi - SON DƏQİQƏ!

    Hadı Rəcəblinin nəticələri ləğv edildi - SON ...

    13-02-2020, 14:30

  • 
  • Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi

    Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi ...

    15-06-2020, 15:24

  • 
  • Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər - MSK sədri AÇIQLADI

    Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər - MSK ...

    10-02-2020, 19:26

  • 
  • Hadı Rəcəblinin qardaşı qızından 300 minlik qalmaqal

    Hadı Rəcəblinin qardaşı qızından 300 minlik ...

    30-06-2020, 12:59

  • 
  • “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli

    “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz ...

    5-11-2017, 13:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu