GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tovuzda zorlandığı iddia olunan 20 yaşlı qızın ailəsi danışdı - REPORTAJ (VİDEO)

Tovuzda zorlandığı iddia olunan 20 yaşlı qızın ailəsi danışdı - REPORTAJ (VİDEO)

Tarix: 7-04-2015, 00:42 Bölmə :Ölkə Baxış: 0
Tovuzda zorlandığı iddia olunan 20 yaşlı qızın ailəsi danışdı - REPORTAJ (VİDEO)

Martın 22-də Tovuzun Əyyublu kəndində Nəsibovlar ailəsinin başına gələn hadisə kənd camaatını ayağı qaldırıb. Hadisə ilə bağlı yayılan şayiələrin miqyası böyüdü və ölkənin əsas müzakirə mövzularından birinə çevrilib. Müzakirələr Əyyublu kənd sakini olan 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət etməsi ilə başlayıb. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Martın 30-da isə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ailəsinin iddiasına görə, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin “Ford” maşınına mindiriblər. Kənd sakinləri qızı qəbiristanlığa aparıb və burada ona qarşı təcavüz ediblər. Qızın xalası Naidə Mirzəyeva APA TV-yə hadisənin təfərrüatlarını danışıb:

“Kəndimizdə 4 nəfər oğlan bizim qızı zorla döyərək maşına salıblar. Qəbiristanlığa aparıb, zorakılıq tətbiq ediblər. Tanıdıqları adamlardır. Biri həmişə qızın məşğələyə gedib gələrkən mindiyi “Qazel”in sürücüsüdür. Əvvəldən elə tanışlığı olmayıb. Telefonla təhdid ediblər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən”.

APA TV hadisədə adı hallanan həmin oğlanların ailəsində olub. Elməddin Niyazov, Mürsəl Kərimov, Kamal Məmmədovun ailəsi hadisə ilə bağlı öz bildiklərini danışıblar. Nemətin ailəsi isə heç bir səbəb göstərmədən müsahibədən imtina edib.

Qızın sevgilisi kimi təqdim edilən Elməddinin ailəsi övladlarının həmin qızla görüşdüyünü təsdiq edirlər. Ancaq oğlanlarının belə hərəkət edəcəyinə inanmadıqlarını deyirlər. Elməddin Niyazovun anası Mehriban Yusifova bildirib ki, oğlu ilə qız 2014-cü ilin yayından mesajlaşırmış: “Qız bunu çağırır ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Oğlum yoldaşından maşını alıb gedir. Yağışlı gün idi. Görənlər olub. Qız çətiri yığıb, maşına oturur. Kənddən 500 metr aralıya aparıb, yolda maşın batıb. Yoldaşına zəng edib ki, maşın batıb. Kamal və maşının yiyəsi gediblər maşını çıxarsınlar. Burada Elməddinlə qızı Kamalın maşınına mindirirlər. Deyirlər ki, aparıb evinə düşürək. Qız deyir ki, mən düşmək istəmirəm. Kamala deyib ki, sizinlə fermaya gedəcəyəm. Mənim oğlum, Kamalla fermaya, yeməyi verib qayıdırlar. Deyir ki, məni nənəmin evinin yanında düşürün. Qızı dediyi yerə düşürürlər”.

Elməddin Niyazovun atası İsgəndər kişi də oğlunun günahkar olmadığını deyir: “Mənim oğlum Elməddin qızla telefonla danışıb. Mesajlaşıb. Qız özü buna görüş təyin edib. Qız bunu tanımırmış, telefonla danışırmış. Oğlum gedib qızı götürüb. Kənddən 500 metr aralıda görüşüblər. Maşın batıb. Dostunu çağırıb ora. Mənim oğlumun günahı olmadığı təsdiqlənib. Qıza əli dəyməyib. Qızı evlərinə gətiriblər. Sonradan Mürsəl Asif oğlu adlı birisi qızla gəzməyə gediblər. Məhkəmədə prokuror baxdı, dedilər ki, qız özü gedib. Atası bununla razılaşa bilmir. Öz qızından xəbəri yoxdur”.

Hadisədə adı hallana şəxslərdən biri də Kərimov Mürsəldir. "Mercedes" markalı avtomobilin sahibi Mürsəl Elməddinin xahişini yerə salmayaraq öz maşını ona verib. Anası Mahizər Kərimova oğlundan eşitdiklərini APA TV-yə danışıb: “Oğlumun günahı belədir. Niyazov Elməddindən zəng gəlib ki, maşını mənə ver. Qızım oğluma mesaj yazıb ki, atam səni gözləyir, gəl. Saat 12.00 idi. Mürsəl gəldi, buna zəng gəlib ki, maşın Sarıqazmaqda batıb. Oğlum Kamalla ora gedib. Deyir ki, Kamal bizi maşından düşməyə qoymadı. Kamal gedib maşının yanına, zəng gəldi ki, gəl maşınını çıxart. Gedəndə gördüm ki, maşında qız var. Dedim ki, tez olun düşün. Bunları maşına qoydum, Elməddinlə qızı düşürdüm. Dedim hara istəyirsiniz, gedin. Bunlar da Kamalla hara isə aparıblar. Oğlum deyir ki, mən heç nə görməmişəm. Qızla oğlum saat 4-də danışıb deyib ki, pis gündəyəm, gəl məni apar. Bu da gedib qızı aparıb. Deyib, özümü pis hiss edirəm, məni sakit yerə apar. Deyib ki, bulvara aparası deyiləm, parka aparası deyiləm. Aparıb bunu qəbiristanlığa. Oğlum deyir, orada oturduq, söhbət etdik. Gördüm dostum mənə zəng vurdu. Dedim ki, Nemət sabahkı qız mənə ilişib, gəl görək nə edirik. Qızla məsləhətləşiblər ki, a bala, gəl, səni evinə aparaq. Deyir ki, qız ağladı. Oğlum deyir ki, əlimi ona vurmamışam, güldən ağır söz deməmişəm”.

Hadisədə adı hallanan "Ford" markalı avtomobilin sürücüsü Kamal kəndin adlı-sanlı seyidləri olan Seyid Kamal kimi tanınan Kamal Məmmədovun nəvəsidir. Kamalın atası Əbülfət Məmmədov deyir ki, hadisəni eşidəndə oğlanların hər biri ilə ayrılıqda söhbət edib. O, həmin gün oğlunun "Ford" markalı maşını ilə fermalarına yemək aparırmış. Ata iddia edir ki, bu hadisədə oğlunun adının hallanmasına səbəb isə Kamalın dostlarının palçığa batan maşının çıxartmaq üçün əraziyə getməsi olub: “Elməddin deyir ki, əmi, mənə zəng gəldi ki, gəl görüşək. Elməddinlə seviblər bir-birini. "Mercedes" batıb. Kamala zəng edib, kömək məqsədi ilə çağırıblar. Kamal gedib kömək edib. Kamal Elməddinlə həmin xanımı öz evlərinə düşürüb. Daha sonra isə qız Mürsəl Akif oğlu ilə görüşə çıxıb.

Kamalın atası oğlunun günahı varsa, ona ən ağır cəza verilməsini tələb edir: Stress keçirirəm. Çox ağır işdir. Bizim balalarımız bu səhvə yol veriblərsə, cəzalansın. Yalandır. Camaatı aldatmaq lazım deyil. Mənim oğlumun günahı nədirsə, qoy çəksin. Elə oğul mənə lazım deyil. Bu mənim başmı alçaq edirsə, elə oğul ölsün. Amma haqq ədalət yerini tapacaq”.

Qonşuları həm qızın, həm də oğlanların ailəsinin nümunəvi ailə olduğunu deyilər. Kamal Məmmədovun qonşuları ailə barədə xoş fikirdədir: “Elə bil öldük, yerin altına girdik. Kamalın övladı, ya bizim övladımız. Övladımızdan seçmirik onu. Mərifətli, qanacaqlı oğlandır. Başıaşağı qızdır, valideynlə gedib gəlirlər. Camaatın uşağını yazıq elədilər. Necə oldu bilmədik”.

Hadisədə kimin haqlı tərəf olduğunu deyə bilməsək də, onu bilirik ki, artıq zərərçəkmiş hesab olunan 20 yaşlı qız martın 27-də intihara cəhd edib. Onu huşsuz vəziyyətdə tapan valideynləri qızı xəstəxanaya yerləşdiriblər. İndi kənd sakinləri və hadisədə adları hallanan şəxslərin valideynləri istintaqın nəticəsini gözləyir. Hər kəs günahkar tərəfin üzə çıxacağına və cəzalandırılacağına ümid edir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 yaşlı qızı zorladı

    Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 ...

    19-07-2013, 16:28

  • 
  • Zorlandığı deyilən qızın atası: “Direktor gecə saat 2-də zəng edib ki... ”

    Zorlandığı deyilən qızın atası: “Direktor gecə ...

    17-11-2016, 01:07

  • 
  • Azərbaycanda 18 yaşlı qızı 10 nəfər qaçırdı (FOTO)

    Azərbaycanda 18 yaşlı qızı 10 nəfər qaçırdı (FOTO) ...

    24-03-2015, 12:21

  • 
  • Azərbaycanda 11 yaşlı qız intihar etməyib - YENİLƏNİB - TƏFƏRRÜAT

    Azərbaycanda 11 yaşlı qız intihar etməyib - ...

    5-03-2019, 12:36

  • 
  • Keçmiş məhkumu döyə-döyə öldürdülər

    Keçmiş məhkumu döyə-döyə öldürdülər ...

    8-01-2014, 11:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (326)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu