"Qəribə bir xahişlə hər dəfə vətəndaşları qəbul edərkən rastlaşıram. Sayını itirmişəm, hər halda əllini ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar."
gundemxeber.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa facebookda yazıb. Deputat daha sonra fikirlərini belə davam etdirib.
Deyirəm müraciət edin, yəqin ki, verilişə alarlar. Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim yoxdur. Deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcəkdir. Demək ki, əhlinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş.
Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki: "insanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar." Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür."
Sorğu
Yeni dizaynımız necədir?