Fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara əmsallar tətbiq ediləcək.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 242 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə belə bir qərar verib.
Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar" təsdiq edilib.
Ədliyyə Nazirliyinə tapşırılır ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə orqanlarını onların inzibati ərazilərinin əhatə olunduğu zonaları əks etdirən xəritələrlə təmin etsin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?