ABŞ-ın Arizona ştatında yerləşən həbsxanada 18 yaşlı məhkum yeməkxanada olay yaradıb.
Gözətçilər məhkumu qəfəsə aparmaq istəyərkən gənc gözətçilərdən birini yumruqlayaraq yerə sərib. Digər gözətçi isə elektroşok aparatından istifadə etməyi qərara alıb. Ancaq tətiyi basmağa fürsət tapmamış o da məhkumdan zərbələr alıb. Yerdəki gözətçi ayağa qalxıb və məhkum onu təkrar yumruqlayaraq yıxıb. İki gözətçini döyən 18 yaşlı məhkum yeməkxanaya gələn çoxsaylı təhlükəsizlik işçiləri tərəfindən çətinliklə qəfəsə aparılıb. Zərər çəkən gözətçilər isə tibb məntəqəsiyə göndərilib.
Sözügedən davanın videogörüntüləri internetdə maraqla qarşılanıb və görənlər 18 yaşlı gəncin hərəkətinə təəccüblə yanaşıblar. Həmin hadisənin kameradan çəkilmiş görüntülərini sizə təqdim edirik: (olke.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?