GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyev Qərib Məmmədov və Etibar Pirverdiyevin nöqsanları haqda: “Dözülməz vəziyyətdir...”

İlham Əliyev Qərib Məmmədov və Etibar Pirverdiyevin nöqsanları haqda: “Dözülməz vəziyyətdir...”

Tarix: 12-04-2015, 18:05 Bölmə :Ölkə Baxış: 0
İlham Əliyev Qərib Məmmədov və Etibar Pirverdiyevin nöqsanları haqda: “Dözülməz vəziyyətdir...”

Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin ilin I rübünün sosial-iqtisadi inkişafının nəticələrinə həsr edilmiş iclasındakı yekun nitqi zamanı kənd təsərrüfatı üçün yararlı torpaqların uçotu və bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında hökm sürən ciddi problemlərdən də danışıb.

Virtualaz.org saytı prezidentin nitqinin rəsmi KİV-lərdə yayılan stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev torpaqların elektron uçotu və qeydiyyatının kənd təsərrüfatının gələcək inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd edib.

“Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik” - deyə prezident bildirib.

İlham Əliyev konkret ünvan göstərməsə də söhbətin artıq ləğv edilmiş Dövlət Xəritəçəkmə və Torpaq Komitəsindən getdiyi aydındır. Uzun illərdir Qərib Məmmədovun rəhbərlik etdiyi bu komitə prezidentin fərmanı ilə fevralın 5-də ləğv edildi. Onun səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürüldü. Komitənin sədri Qərib Məmmədova isə heç bir yeni vəzifə verilmədi.

Bu struktur islahatının vaxtı çoxdan yetişmişdi. Çünki Qərib Məmmədovun komitəsi lüzumsuz strukura, rüşvət və korrupsiya məskəninə çevrilmişdi. Və prezidentin bəyan etdiyi kimi, bu komitənin hazırladığı torpaq xəritələri reallıqla uyğun gəlmirdi, nəticədə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsində özbaşınalıqlar hökm sürürdü. Xəritələrdə əkinə yararlı boş torpaqlar kimi göstərilən torpaqlar reallıqda ya təyinatı üzrə istifadə edilmirdi, ya da bu torpaqlar çoxdan ayrı-ayrı məmurlar tərəfindən bölüşdürülüb satılmışdı.

Prezidentin tənqid etdiyi digər dövlət strukturu isə “Azərenerji”dir. İlham Əliyev nitqində ilin birinci rübündə həyata keçirilən daha bir mühüm struktur dəyişikliyindən - “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin bazasında yaradılan “Azərişıq” ASC-dən bəhs edib.

Bildirib ki, bu strukturun yaradılmasında məqsəd regionlarda da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Sitat: “Çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır”.

Prezident deyib ki, Bakıda elektrik enerjisi ilə təchizat yüksək səviyyədə olsa da rayonlarda bu sahədə ciddi problemlər var, görüləsi işlər çoxdur. İlham Əliyev müntəzəm olaraq rayonlara səfər etdiyini, bu zaman qaz, içməli su, elektrik enerjisi ilə təchizat sahəsindəki vəziyyətlə maraqlandığını, eyni zamanda başqa mənbələrdən bu haqda məlumat aldığını deyib.

“Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil".

İlham Əliyev deyib ki, ölkədə çoxsaylı yeni elektrik stansiyaları istifadəyə verilib, yeni enerji gücləri yaradılıb. Lakin ötürücü xətlərdə vəziyyət o qədər də yaxşı deyil: "Xüsusilə rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir.

Ona görə görəndə ki bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm”.

“Azərişıq” yaradılana qədər bölgələrdə elektrik enerjisi ilə təchizatı “Azərenerji”nin yerli idarələri həyata keçirirdi və prezidentin bildirdiyi kimi, bu sahədə vəziyyət bir çox hallarda acınacaqlı idi. Bir çox kənd rayonlarında elektrik enerjisi hələ Xruşşov dövründə basdırılmış dirəklərlə ötürülürdü. Ötürücü xətlərin yenidən qurulması işləri ya getmirdi, ya da olduqca ləng aparılırdı.

“Azərenerji” rəhbəri Etibar Pirverdiyevin yeni generasiya güclərinin yaradılması, energetika sahəsində iri infrastruktur layihələrinin həyata keçirilməsində fəaliyyəti müsbət olsa da bölgələrdə əhalinin elektrik enerjisi ilə təchizatındakı nöqsanları prezidentin göstərişlərinə baxmayaraq aradan qaldıra bilməməsi bu sahədə radikal struktur islahatlarının əsas səbəbi olub.

Nəticədə Pirverdiyevin işi indi ancaq elektrik enerjisinin istehsalı ilə məhdudlaşır, satış və paylayıcı şəbəkələrin idarəedilməsini isə prezidentin fəaliyyətini həmişə təriflədiyi Baba Rzayevin rəhbərlik etdiyi yeni struktur həyata keçirəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev nazirləri topladı

    İlham Əliyev nazirləri topladı ...

    9-04-2018, 13:05

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    11-01-2019, 13:06

  • 
  • İlham Əliyev nazirləri topladı - İclas

    İlham Əliyev nazirləri topladı - İclas ...

    10-01-2018, 13:09

  • 
  • Dövlət başçısı: “İslahatlar davam etdiriləcək”

    Dövlət başçısı: “İslahatlar davam etdiriləcək” ...

    9-04-2018, 21:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu