Bu gün çəkilən yüzlərlə fotoşəklin içində günün fotosu bu olsun gərək.
Şəkildə üç pəzəvəng kişi tərəfindən qolu burulan, ağzı tutulan qız müxalifət fəalıdır.
Bu gün o, "Parlament buraxılsın" tələbi ilə mitinqə çıxmışdı. Bu ölkədə sərbəst toplaşmaq hüququndan istifadə etmək istəyənlərin başına nə gəlirsə, o da eyni aqibətlə üzləşdi.
Onun ağzını tutan və var qəsdi ilə güc sərf edən, daxilindəki bütün gərginlik, nifrət və hiddət sifətini çıxmış bu polis əməkdaşı bu sayaq fotosunun saytlarda gəzməsindən əsla utanmayacaq, əksinə, qürur duyacaq, iş yoldaşları arasında təşəxxüslə gəzəcək.
Çünki o yaxşı bilir: belə epizodlara görə rəislə onu məzəmmət etməyəcəklər, mükafata təqdim edəcəklər.
Bu şəkildəki qız isə bu və digər şəkilləri ilə öyünməsə də, xəcalət də çəkməyəcək. Çünki o. "Azadlıq" deyərkən, azadlıq, haqq-ədalət tələb edərkən tutulub.
Bəs o kimdir? O Nərgizdir. Bunu satirik şair Mirzə Sakit hələ 6 ay əvvəl yazdığı bir şeirində də demişdi.
O NƏRGİZDİR
Bir bayrağin kölgəsində milyonlara - Qalxın- deyən
Buxovlanmış Xalqa bu gün hökm edənə, hökm eləyən Həqiqətdən, haqdan doğan gur səsiylə nur ciləyən, Dalğaları şahə qalxan, uğultulu bir dənizdir O Nərgizdir
Mətinliklə addimlayır günəşli bir kainata Sol tərəfdə arkadaşı, sağ tərəfdə məğrur ata Yuz illiyin paklığıyla imza atib Müsavata, O imzadan sevə-sevə nur götürən nur bənizdir O Nərgizdir
Onun səsi gələn gündən biz də bir az ucalmışıq Onunla bir siradayıq, demirəm ki, qocalmışıq Sözümüzlə, izimizlə duşmənlərdən öc almışıq Yol axtardiq iz axtardiq, düşmək üçün o ,bir izdir O Nergizdir
Harayında Inqilaba yol göstərən üsyan səsi Baxışında həsrət dolu Azadlığın salnaməsi Meydanlarda hayqıraraq yatanlara Qalx! deməsi, Atillaya, Babur şaha, Gürqan xana o ekizdir! O Nergizdir
Inaniram - Bir səsinə səs verəcək milyon ərən, Cəsarətli addımıyla Liderlərə yol göstərən Yad ellərdə soruşsalar Lideriniz kimdi görən, Qürurlanıb deyəcəm ki, Liderimiz əvəzsizdir, O Nərgizdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?