Türk televiziyalarının əfsanə serialı “Kurtlar Vadisi Pusu”da daha bir ayrılıq yaşanacaq. Kenan Çoban (Abdülhey) və Hakan Boyav (Kara) kimi aktyorlardan sonra Murat Aydın da serialdan ayrıldığını açıqlayıb
Strategiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baltazar xarakteri ilə serialın fenomen adlarından olan Murat Aydın da serialdan ayrıldığını açıqlayıb. Nişantaşında alış-verişdə olan Aydın, mətbuat mənsublarının "çəkilişlər necə gedir? Qarşıdurma səhnələrində çətinlik çəkirsinizmi?" suallarına, "ölüm səhnəmi çəkəcəyik, ölmək çətinmi -asanmı görəcəyik" şəklində cavab verib.
Keçdiyimiz günlərdə Murat Aydın, serialdan nə səbəbdən ayrıldığı ilə əlaqədar gələn sualları isə, "qismət, Vadidə oynayan hər canlı bir gün ölümü dadacaq" şəklində zarafatlı cavab verərək geçiştirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?