GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

Tarix: 20-04-2015, 23:16 Bölmə :Ölkə Baxış: 0
Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

“KİŞİLƏRDƏ SEVGİ ÇOX DAYAZDIR”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın AzNews.az-a müsahibəsi:


Düz bir ilə yaxın idi ki, onunla zəngləşirdik. Hər dəfə də “Çəkilişlərim var, məşqdəyəm” deyirdi. Nəhayət, bir neçə gün əvvəl görüşümüz baş tutdu.
Münəvvər Əliyeva Akademik Milli Dram Teatrının səhnəsində necə səmimi görünürdüsə, həyatda da eləydi.
“Mən iki ilə yaxındır ki, müsahibə vermirəm. Nəyinsə xatirinə reklam ardınca gedənlərdən deyiləm. Mənim üçün sənətim hər şeydən öndə durur”. Aktrisa bu sözlərlə söhbətimizə körpü saldı və elə ilk sualı da özü verdi: “Məni hansı tamaşada görmüsünüz?

-“Kabuslar”da...
-O tamaşa mənim də xoşuma gəlirdi. Çox təəssüf ki, səhnə ömrü az oldu. Hesab edirəm, məni tamaşaçı daha çox “Qatil” tamaşası ilə tanıdı. Amma düşünürdüm ki, “Kabuslar”da yeni nəsə etmişəm. O tamaşanı çox sevirdim.

- Sizcə Eduardo de Filipponun bu əsəri teatra nə verdi?
- Əslində bu sual tamaşaçıya ünvanlanmalıdır. Tamaşanın teatra nə verdiyini rejissor fikirləşir. Rejissor hər hansı bir əsəri götürəndə nə demək istədiyini bilir. Əsas budur ki, quruluş verdiyi əsər bu günkü zamanla ayaqlaşsın. Bu yaxınlarda mənə bir pyes verdilər. Oxudum və rejissora dedim ki, siz bu pyesi qoymaqla nə demək istəyirsiniz? Çünki o pyesdə indiki zamanla ayaqlaşan heç nə yox idi. Amma rejissordan soruşanda ki, siz niyə məhz o əsəri qoymaq istəyirsiniz? Cavab verdi ki, “Orada heç nə olmadığı üçün mən bunu edəcəm. Tamaşaya nəsə rəng qatacam”. Hər rejissorun tamaşaya öz yanaşma tərzi var. Bəzi rejissor var ki, tamaşaya quruluş verəndə aktyor üzə çıxarır. Çünki həmin rejissorlar aktyorun içini o qədər doldurur ki, aktyor səhnəyə çıxanda içi dolu görünür. Dekarasiya, başqa şeylər artıq ikinci planda qalır. Zalda aktyorun gözünün içinə baxanda bəlkə də bir-birimizin həyatını dərindən oxumaq dərəcəsinə çata bilirik. Elə rejissor var ki, aktyoru yenidən doğur, quruluş verdiyi tamaşada yeni aktyor yaranır.


Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

-Misal çəkə bilərsinizmi?
-Rejissor Bəhram Osmanovun tamaşasında aktyor yarandı. Eləcə də Mehriban Ələkbərzadənin hər tamaşasında bir aktyor doğulur. Aktyor rejissordan o qədər qidalanır ki, illərlə öyrənə bilmədiyi məsələləri mənimsəyir. Burada mütaliə əsas amildir. Elə aktyorlar var ki, mütaliədən çox-çox kənardadır. Mənə bir pyes verəndə onu sona kimi oxuyuram. Bəziləri isə oxumur. Məsələn, “Əmir Teymur” qoyulursa, rejissor məsləhət bilir ki, onun həyatına dair bütün məlumatları öyrənim. Mən Hökümə xanımın yubileyində “Kleopatra”dan bir parça oynayırdım. Mehriban xanım dedi ki, “Onu dərindən oxumalısan ki, istədiyini ortaya qoya biləsən”. Rejissor var ki, özünün bildiyini, hiss etdiyini aktyora ötürə bilir. Rejissor da var ki, heç nə ötürmür, fikirləşir ki, aktyor özü öyrənsin. Aktyorun bazası varsa edəcək, yoxdursa, etməyəcək. Biz elə bir zamanda yaşayırıq ki, artıq insanlar bir-birinə inanmır. Hamı bir-birindən daha çox pislik gözləyir. Hamı kabuslaşır, manqutlaşır. Hətta, yaxın bildiyim insanlar mənə “Yenə də sən insanlara inanırsan, yenə də safsan” deyəndə çaşıram. Bu, insanın içindən gələn şeydir. Nə qədər öldürsən, sındırsan da yenə də elə insanlar var ki, onlar xəyalları ilə öz dünyasında dolaşırlar, saf qalırlar. Bu baxımdan “Kabuslar” bu günkü cəmiyyətin həqiqətlərini üzə çıxarırdı...

-Azərbaycan reallığını tərənnüm edən bu tamaşanın səhnədə ömrü çox az oldu. Buna səbəb nə idi?
-Doğrudan da mən özüm də bu barədə dəfələrlə düşünmüşəm. Amma bu, mənim səlahiyyətimdə olmayan məsələdir. Bu məsələ birbaşa rəhbərliyin tabeliyindədir. Niyəsini bilmirəm. Hərdən bu barədə rəhbərliyə sual da vermişəm. Tamaşa ilk öncə hay-küylü getmişdi. Bununla bağlı maraqlananda deyirlər: “Camaat gəlmədiyinə görə o, özünü doğrultmadı”. Biz bilmirik ki, bu həqiqətdir, ya yox. Amma dəqiq bilirəm ki, bu tamaşanı arzulayan-soraqlayan çoxdur.

- Bəlkə “Kabuslar” tamaşası sırf cəmiyyətin reallığını özündə əks etdirdiyi üçün repertuardan çıxarılıb?
- Mən elə düşünmürəm.

-Yadınızdadırsa, tamaşanın rejissoru Nicat Kazımov həmin vaxt bəzi tənələrə məruz qaldı. Sənət adamları hay-küy qopartdı ki, Nicat Kazımov teatra erotika, açıq-saçıq səhnələr gətirib... Bəlkə elə səbəbi bu yöndə axtarmaq lazımdır?
- O tamaşada açıq-saçıq səhnələr yox idi. Əslinə qalsa, dediyiniz səs-küy daha çox “Qatil”də yarandı. O zaman “Qatil” niyə yaşadı? Sadəcə, tamaşanın ömrünü kimlərsə qısaltdı. Bu tamaşa da “Qatil” kimi uzun ömürlü ola bilərdi. Tamaşanın yetərincə tamaşaçısı da var idi. Bu suala kimlərsə səmimi etiraf edib cavab verəcəksə, o başqa məsələ. Mən bu səhnədə öz istedadımın gücünə qalmışam. Kiməsə arxalanmaq, kiməsə güvənmək kimi xarakterim olmayıb. Bu, məndə yoxdur. Başımı aşağı salıb sakitcə işimi görürəm. Ruhən qidalandığım üçün bunu görürəm. Əlbəttə, “Kabuslar”da da əziyyət çəkmişdim. İstəyirdim ki, bu tamaşa repertuarda olsun, çox sevdiyim tamaşa idi.

-Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov müsahibələrinin birində bu məsələyə münasibət bildirib. Deyib ki, o, bu tamaşanın repertuardan çıxmaması üçün Nicat Kazımovdan bəzi qısaltmalar etməyi xahiş edib. Amma N.Kazımov tamaşanı qısaltmayıb...
-Bu, doğrudur. Mən də tamaşanın uzun olması fikri ilə razılaşıram. Bəzi insanlar baxanda deyirdilər ki, tamaşa “Mariyanın” səhnəyə daxil olduğu andan başlayır. Birinci hissə uzanır, bir az qısalmalı idi.

-Bu günə kimi yaratdığınız obrazlarınızla şəxsi həyatınız arasında oxşarlıq olubmu?
-Yox, qətiyyən olmayıb.

-Bayaq dediniz ki, yeni tamaşaların əhəmiyyəti həm də ondadır ki, bir də görürsən yeni aktyorlar, istedadlar doğulur. Bacarıqlı rejissorlar hər tamaşada neyi aktyor kəşf edir. Münəvvər Əliyevanı kim kəşf etdi?
- Məni rejissor Bəhram Osmanov kəşf etdi. Əvvəllər onun tamaşasında daha çox rol alırdım. Bəhram müəllim mənə “Antiqona” tamaşasında rol verdi. İlk dəfə olaraq qiraət müsabiqəsinə hazırlaşırdım. Həmin ərəfədə bir az Bəhram müəllimlə işlədik. Sankt-Peterburqda keçirilən müsabiqəyə gedəcəkdim. Ona müraciət etdim. O da mənə bu işdə dəstək oldu. “Hələ sevirəm deməmişdilər” tamaşası da sevdiyim əsər idi. Sonra isə Mehriban xanım məni Münəvvər Əliyeva olaraq, daha dərindən kəşf etdi. Qadının öz psixologiyası və öz iç dünyası var, onu dərindən duyanda kəşf edə bilirsən.

-Söhbət Elçin Əfəndiyevin “Qatil” tamaşasından gedir?
-Bəli, Mehriban xanım o tamaşada daha çox qadının iç həyatını canlandırdı. O, məni qadın kimi daha çox öyrəndi, oxudu və kəşf etdi. Mən, ümumiyyətlə tamaşadan kənarda da sözümü, düşüncələrimi onunla bölüşürdüm.

-Deməli, Azərbaycanın teatr aləmində Münəvvər Əliyeva “Qatil” tamaşasında “Müəllimə” obrazı ilə tanındı?
- Razılaşmaq olar. Bugünkü zamanda tamaşa ilə tanınmaq hədsiz dərəcədə çətindir. Etiraf edək ki, insanlar indi tamaşaya gəlmir. Əvvəllər bir tamaşa olanda hamı teatrda bilet növbəsinə dayanardı. İndi isə belə deyil. Amma Mehriban xanım “Qatil”ə elə bir quruluş verdi ki, mağazaya, kinoteatra və digər yerlərə gedəndə məni barmaqla göstərib “Qatil”, “Qatil” deyirlər. Məni tanıyanlar daha çox adi insanlardı. Gəlin, etiraf edək ki, bu gün teatr aləmində tamaşa ilə tanınmaq çətindir. İndiki zamanda insanı tanıdan seriallar və televiziya verilişləridir. Mən isə “Qatil” tamaşası ilə tanındım.


Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

-“Müəllimə” obrazı ilə Azərbaycan tamaşaçısına nə demək istədiniz?
-Qadınlarımızın acı taleyini çatdırdım. Məni daha çox bu obraza görə sevdilər. Guya mentalitet qədri bilən, cəmiyyətdəki hadisərə etiraz edən insanlar var, əslində bu, belə deyil. Bütün qadınlar sevirlər. Özü də sevəndə dərindən sevirlər. Amma kişilərdə sevgi çox dayazdır - cəmiyyətə bunları çatdırdım.
Təkcə qadınlar deyil, elə kişilərimiz də bu tamaşadan ibrət götürdülər. Çox yaxşı reaksiyalar gəldi. Tanınmış ictimai xadimlər, tanınan şəxslər müsbət fikirlərini bildirdilər. Misal üçün, Milli Məclis sədrinin 1-ci müavini, bir çox məmurlardan fərqli olaraq həmişə tamaşalarımıza gələn və bununla bizi sevindirən Ziyafət Əsgərov tamaşaya baxıb şoka düşmüşdü. O tamaşadan üç gün sonra rejissora zəng edib, neçə gündür, təsirdən çıxa bilmədiyini qeyd etmişdi. Və bildirmişdi ki, açıq-saçıq səhnələr çox olsa da, övladı ilə bir yerdə bu tamaşaya baxmaq istəyir: “Bu tamaşada açıq-saçıqlıq var, amma mən istəyirəm ki, qızım da gəlib buna baxsın. Düzdür, mən utanacam ki, qızımla yan-yana oturub bu tamaşaya baxıram. Amma istəyirəm ki, o, bu tamaşaya baxsın və gələcəkdə yanılmasın”.

Elçin müəllimin bu əsəri ilə onun dahi olduğunu düşünürəm. O, yəqin həmin qadını içində yaradıb. Bunu düşünəndə dəhşətə gəlirəm, çünki hisslər kişidən çox, qadına daha yaxındı. Bu, Allah vergisidir.

-3 ildən bəri səhnədə olduğunuz “Müəllimə” obrazı sizi bezdirməyib? Yeni tamaşalar, yeni obrazlar yoxdur?
-Qətiyyən yox. Bu rolu hər dəfə də böyük ruh yüksəkliyi ilə oynayıram. Elçin müəllim bu tamaşaya baxanda deyib ki, “Mən belə şeyi birinci dəfədir ki, görürəm. Adətən tamaşa 2-3 dəfə oynanılandan sonra adiləşir. Amma bu qadın öz rolunu hər dəfə də sevərək səhnəyə çıxır”. Oynadığın tamaşaya qarşı sevgin olmasa, ona tamaşaçı da baxmayacaq. 41 yaşlı müəllimə nədən cinayətkar oldu? Sevgi niyə insanı cinayətə sövq edir? Bu sualların cavabını hər dəfə tamaşaçıya çatdırmaq istəyirəm.

-“Qatil”ə görə hansısa mükafat alıbsınızmı?
-Xeyr. Aldıqlarım gül-çiçək, alqışlardır. Vəssalam. Bu tamaşaya görə, mənə “Zirvə”, yaxud da “Humay” mükafatı verilmədi. Düşünürəm ki, layiq olduğum dəyəri almadım.

Bahar RÜSTƏMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı məşhur aktyor taksi sürücüsü işləyir

    Azərbaycanlı məşhur aktyor taksi sürücüsü işləyir ...

    22-08-2016, 14:20

  • 
  • Daha bir xalq artistinin vəziyyəti pisləşdi - Reanimasiyaya yerləşdirildi

    Daha bir xalq artistinin vəziyyəti pisləşdi - ...

    5-07-2017, 10:50

  • 
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53

  • 
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09

  • 
  • Ölüm xəbəri yayılan Tünzalə Əliyeva danışdı: “Niyə məni incidirsiniz?”

    Ölüm xəbəri yayılan Tünzalə Əliyeva danışdı: ...

    25-10-2018, 21:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu