GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan kiçik ölkə olsa da onun da öz maraqları var - VİDEO

Azərbaycan kiçik ölkə olsa da onun da öz maraqları var - VİDEO

Tarix: 20-04-2015, 23:18 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan kiçik ölkə olsa da onun da öz maraqları var - VİDEO

"Hesabat"ın bu günkü qonağı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Cənab Həsənovla söhbətdə bir çox mövzulara toxunduq. Bu söhbət müəyyən mənada bir test də oldu. Düşüncələrin tutuşdurulması testi.

- Əli müəllim son zamanalar apardığım müşahidələr göstəriri ki, Azərbaycanın yeni bir mötəbər tədbir ərəfəsində müəyyən mənada basqılarla üzləşdiyini və bu basqıların müxtəlif səviyyələrdə baş verdiyini cəsarətlə demək olar. Təbii ki, bu basqıların qabağına biz cəsarətlə çıxırıq. Amma burada təzə olan nədir?. Axı həmişə Azərbaycana bu basqılarla üzləşib. Birdən-birə nə daha çox bir dövlət olaraq narahat etməyə başlayıb axı?

- Bəzi beynəlxalq dairələr tərəfindən - 2012-ci ildə ölkəmizdə keçirilən ”Evrovison” musiqi yarışmasında da bunu hiss etdik. Azərbaycan tipli moderin inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini nədənsə, həzm edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya təqdim edir. Və müvaffiq olaraq əlbəttə əgər Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu cür səviyyəli tədbirləri keçirisə və bu tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bunun nə ilə əsaslandırsınlar. Deməli müsəlmanlar da inkişaf edə bilərmiş, Azərbaycan kimi. Müsəlmanlar da dünya sivlizasiyasına, dünya mədəniyyət xəzinəsinə töhfələr, dəyərlər verə bilərmiş. Belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır. Birinci səbəb budur.

- Belə çıxır ki, böyük güclər özlərinin Azərbaycan üçün, müsəlmanlar üçün hazırladığı portretin Azərbaycan tərəfindən pozulmasını qəbul edə bilmirlər.

- Tamamilə doğrudur, biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi ”Evrovison” musiqi yarışması keçirə, ”Evrovison” musiqi yarışmasının qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, ümumdaxili məhsulu illlik 8-10 faiz arta, sivil birgə yaşayış normaları cəmiyyətdə höküm sürə bilərmiş. Müsəlman dünyasında demokratiya, insan hüquqları vətəndaş azadlıqlarının vəziyyəti eyni ilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bu nöqtədən bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır. Başqa səbəblər də var. Erməni lobbisi bunun arxasında dayanır. Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışmışlar və dava edirlər. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb, bunların sırasında hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar və s. onlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar, məsələn Avropa Parlamenti də və digər beynəlxalq qurumlar da, "Evrovison" musiqi yarışması ərafəsində də bizə qarşı müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda da Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsləsində də bizə problem yaratmağa çalışdılar. Dəfələrlə bu insanlar Azərbaycanı sivil bir dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək ona qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq öz effektini verməyə başlayıb. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb. Necə oldu ki, bu ölkənin ərazisini Ermənistan işğal etdi. Nəyə görə BMT-nin 4 qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir ki,həyata keçirilmir? Nəyə görə bu ölkənin hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Onlar Azərbaycana gəlib görürlər ki, tolerant cəmiyyəti dünyanın bütün bölgələr ilə müqayisədə daha yaxşıdır. Burda müsəlmanlar, xristianlar və müsəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr əlbəttə, belə anlarda Azərbaycanı o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar.

- Bizim gəldiyimiz qənaət belədir ki, Azərbaycan eyni zamanda həm də onun açısını cəkir ki, birdən-birə mövcud dünya nizamını pozur, özünün mövcudluğuyla. Yəni artıq dünya dövlətləri öz yerlərini bilirlər, xəritədə müəyyən məsələləri həll ediblər və birdən Azərbaycan çıxır ortalıqa bərabər hüquqlu, bərbər imkanlı bir dövlət kimi deyir mən də varam. Mən də varam sözü kiminsə xoşuna gəlmir. Bax bu da öz sözünü müəyyən mənada deyir. Siz bununla razısınız?

- Azərbaycanın geiosiyasi, geioiqtisadi və hər geiostrateji dəyəri çox yüksəkdir. Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geiosiyasi, geioiqtisadi və hər geiostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir. Ona görə də Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq cərcivəsindədir. Ermənistan, və buna bənzər dövlətlərin geiosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimi yanında durması, necə dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olamaması dünya üçün o qədər də maraq kəsb etmir. Təassəvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat komunikassiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi gieostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarının Əfqanıstana daşınan bütün hərbi dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısı açıb NATO-nu ora buraxsa nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa nə olacaq? Məhz bütün bunlar əlbəttə beynəlxalq dairələri çox düşündürür. Ona görə də Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq ailəmə baş salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq bizim də Amerika, Rusiya, İran, Türkiyə, və Avropa kimi öz maraqlarımız var. Bizm də millətin marqlarının təmsil olunduğu yeganə yer Azərbaycan coğrafiyasıdır.

Ardı videoda:

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov Azərbaycana gətirildi - İDDİA

    Əli Həsənov Azərbaycana gətirildi - İDDİA ...

    18-01-2021, 13:18

  • 
  • Əli Həsənov: «İstəyirik xalqın iradəsini görsünlər»

    Əli Həsənov: «İstəyirik xalqın iradəsini ...

    2-11-2015, 15:30

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı

    Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı ...

    26-12-2013, 11:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu