usiya Federasiyasının 10 ildən sonra tamamilə dağılacağı proqnozlaşdırılır. Belə bir iddia ilə ABŞ-ın Stratfor şirkətinin analitikləri çıxış ediblər. Onların fikrincə, dünyada gedən proseslər onu göstərir ki, Rusiya 2025-ci ildə dağılacaq. Hazırlanan məruzədə bildirilir ki, Rusiyanın ləng iqtisadiyyatı ilə ömrü uzun olmayacaq. "Rusiyanın əsas problemlərindən biri enerji resurslarının qiymətinin xarici ölkələrdən, daha çox ABŞ-dan asılı olmasıdır. Hazırda Rusiyanın durumu SSRİ-nin 1980-ci illərin, Rusiyanın isə 1990-cı illərin sonunda yaranmış vəziyyəti ilə eynidir. Belə ki, Rusiya iqtisadiyyatında yaranmış böhranın öhdəsindən gələ bilməyəcək və uaxın 10 ildə dağılacaq", - deyə analitiklər hesab edir. Məruzədə o da qeyd olunur ki, KQB SSRİ-nin son illərində vəziyyətə nəzarət edə bilmədiyi kimi indi də FSB nəzarəti itirəcək: "Rusiya əvvəlcə Cənubi Qafqaza nəzarəti əldə verəcək, daha sonra isə muxtar respublikalar müstəqilliklərini elan edəcəklər". /ans/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?