İran bir neçə saat əvvəl saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ-a aid olduğu yük gəmisini azad edib.
Bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
İranın “Tasnim” informasiya agentliyi ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir.
Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir.
Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib.
***
22:15
Amerika yük gəmisinin İran tərəfindən tutulmasını inkar edir
ABŞ rəsmiləri İranın Amerikaya məxsus gəmisini tutması barədə mediadakı məlumatları inkar edib.
Daha əvvəl Səudiyyənin Al-Arabiya telekanalında ABŞ gəmisinin İranın Bəndər Abbas limanına müşaiyətlə aparılması barədə məlumat yayılmışdı.
Amma Pentaqon sözçüsü deyib ki, sözügedən gəmi Marşall Adalarının bayrağı ilə üzürdü və göyərtəsində amerikalı yox idi.
MV Maersk Tigris gəmisi Hörmüz boğazında üzürdü, Pentaqon deyir.
Bundan əvvəl İranın qeyri-rəsmi Fars xəbərlər agentliyi demişdi ki, gəmi "İranın ərazi sularına qanunsuz keçdiyi üçün" saxlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?