Hindistanda məhkəmə məşhur kinoaktyor Salman Xanı evsiz insanın ölümündə təqsirli bilib. Hakimin qərarına əsasən, Bollivud ulduzu Salman Xan sərxoş halda avtomobili idarə edərkən adam vurmaqda təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb.
Hadisə 2002-ci ilin sentyabrında Mumbay şəhərində baş verib. Həmin vaxt Salman Xanın olduğu avtomobilin vurduğu 5 evsiz insandan biri dünyasını dəyişmişdi.
İrəli sürülən ittihamlara baxmayaraq, aktyor hadisə baş verən zaman sükan arxasında özünün deyil, sürücünün olduğunu iddia edib.
Aktyorun qərardan apellyasiya ərizəsi verəcəyi və bu səbəbdən məhkəmə prosesinin daha bir neçə il də uzanacağı gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?