GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkəmədən Prezidentin sərəncamına hörmətsizlik...

Məhkəmədən Prezidentin sərəncamına hörmətsizlik...

Tarix: 7-05-2015, 13:36 Bölmə :Ölkə Baxış: 0
Məhkəmədən Prezidentin sərəncamına hörmətsizlik...

Bəxtiyar Sadıqovla bağlı iddiada nələr yer alır?

Həkim-publisist, dörd uşaq anası Fazilə Səlimova “Göndəm xəbər”in redaksiyasına müraciət edərək, hüquqlarının müdafiə olunması üçün yardım istəyib. F. Səlimovanın sözlərinə görə, 36 il yaşadığı və qeydiyyatda olduğu evini qayını Namiq Rəhimli sökməklə hədələyir. Fazilə xanımın bildirdiyinə görə, evin hər bir sənədi var. Ev dövlətə məxsus torpaqda yerləşir. Evə Fazilə xanım və onun yoldaşı qeydiyyatda olub. Lakin N. Rəhimli ayrıca 5 otaqlı evini boşandığı ailəsinə verərək, bu evdə 2004-cü ildə qeydiyyata düşüb. Tez-tez ev üstündə mübahisə edən Namiq bir dəfə qardaşını və onun həyat yoldaşı Fazilə Səlimovanı bıçaqlayıb. “Yuxarıda” adamı olduğu iddia edilən N.Rəhimlinin evlə bağlı iddiasını davam etdirməsi nəticəsində ev hüquq-mühafizə orqanları tərəfindən iki hissəyə bölünür. Lakin evin yerləşdiyi torpaq olan ərazi isə hələ ki, bölünməmiş olaraq qalır. Namiq Rəhimli isə aparılan bölgüdən razı qalmayıb. Fazilə xanımın yoldaşı və Namiq Rəhimlinin qardaşı naməlum şəkildə itkin düşüb və indiyə qədər də haqqında heç bir məlumat yoxdur. Üstündən illər keçsə də, itkin düşən qardaş haqqında heç bir xəbər gəlməyib. Fazilə xanım 4 uşaqla taleyin ümidinə qalıb və onları oxutdurub, boya-başa çatdırıb. Lakin bütün bu illər Namiq Rəhimli qardaşının ailəsini rahat yaşamasına imkan verməyib. N.Rəhimli evin sökülməsi tələbi ilə bir sıra əlaqədar quruma müraciət edir. Şəhərsalma və Yaşıllaşdırma İdarəsi, eləcə də Fövqəladə Hallar Nazirliyi ötən ilin may-iyun aylarında evin sökülməsinin mümkün olmaması haqqında qəti qərar çıxarır. Lakin N. Rəhimli bu kəs məhkəməyə üz tutur. Həm Şəhərsalma və Yaşıllaşdırma İdarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəti əmri olsa da, 2013-cü ilin sentyabr ayında məhkəməyə hakimlik edən Fərrux Qasımov evin sökülməsinə icazə verir. Daha sonra Namiq Rəhimli soruşdurma zamanı bildirir ki, onun arxasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov durur. İddiaya görə, məhz onun köməkliyi ilə bütün məhkəmələrə yol tapmaq, qeyri-qanuni məhkəmə qərarları əldə etmək mümkün olub. Fövqəladə Hallar Nazirliyinin naziri Kəmaləddin Heydərovun imzası ilə evin sökülməməsinə dair verilən qərarı məhkəmə təkzib edərək, evin sökülməsinə qərar verir. Fazilə xanim Apellyasiya Məhkəməsinə müraciət etsə də, Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov apellyasiyanı qəbul etmir. Əksinə, Fazilə xanıma qarşı 500 manat təzminat davası açılır. Nə üçün və niyəsi məlum deyil.

Hazırda 10 gün ərzində məhkəmənin təyin etdiyi məbləği qarşı tərəfə vermək və evin sökülməsinə maneə törətməmək kimi qərar qəbul edilib. Əks halda Fazilə Səlimovaya qarşı 354-cü maddə ilə cinayət işi açılacağı bildirilib. Xatırladaq ki, məhkəmə prosesi gedə-gedə Namiq Rəhimli bir az əvvəl qeyd etdiyimiz kimi bölgüsü hələ ki, aparılmayan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni surətdə sənədsiz satıb. Hazırda həmin sahədə başqa adam yaşayır. Bununla yanaşı, Respublika Klinik Xəstəxanasını nefrologiya şöbəsinin həkimi Fazilə Səlimova mütəmadi olaraq N. Rəhimli tərəfindən iş yerində təhqiredici sözlərlə dolu teleqramlar alır. Fazilə xanımın bütün hüquqları tapdanmasına, şərəf və ləyaqətinin ayaqlar altına alınmasına rəğmən Namiq Rəhimli kimlərinsə himayəsi ilə məhkəmədə qalib gəlir. Fazilə xanım məhkəmələrin qərarına məhəl qoymadıqları Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşmək istəyir və adiyyatı orqanlardan bu işi heç bir vəzifəli şəxsin himayədarlığı olmadan həll edilməsini tələb edir. Qeyd edək ki, BMM də "Qafqaz Media"İB-nin təşkilatçılığı ilə həkim-publisist Fazilə Səlimovanın mətbuat konfransı belə keçirilib. Onun hüquqlarının tapdandığı, şərəf və ləyaqətinin təhqir olunduğu bildirilib. Maraqlıdır ki, ictimaiyyətdən yardım istəyən həkimə heç bir yardım göstərilməyib. Konfransda bir çox mətbuat nümayəndələri iştirak etsə də, nədənsə, həmin mətbuat konfransı heç bir mətbu orqanda işiqlandırılmayıb. F.Səlimova isə hələ də, ədalətin qalib gələcəyinə ümidli olduğunu bildirir. Biz də, bu məsələni elə taleyin ümidinə buraxmışdıq. Lakin ötən gün 40 ilə yaxın həkim kimi xidmət göstərmiş bir Azərbaycan vətəndaşına olunan bunca acı və hörmətsizlik qarşısında daha artıq dözümlülük nümayiş etdirə bilmədik. Bu məsələni aidiyyatı orqanların nəzərinə böyük hərflərlə çatdırmaq qərarına gəldik. İddialar nə dərəcədə əsaslıdır demək çətindir, amma Prezidentin və Fövqəladə Hallar Nazirliyinin xüsusi sərəncamına məhəl qoymayan məhkəmənin qərarı ilə icra işçiləri Fazilə xanımın evini başına yıxmaqda qərarlıdır. 4 uşaq anası və bunca illik həkimlik xidməti çəkmiş bir soydaşımızın evini başına yıxmaq hansı vicdana, hansı insanlığa sığar? Ev problemi bir yana, ümid edirik ki, başda Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva olmaqla, bütün xanım millət vəkilləri 40 illik xidmət göstərmiş tənha həkim qadından öz yardımlarını əsirgəməyəcək. Biz daim Mehriban xanımın qadınlara verdiyi qiyməti və onları aktiv həyata səsləyəcək fəaliyyətini müşahidə edirik. Fazilə Səlimova kimi aktiv bir xanımın başına gətirilənlər isə cəzasız qalmamalıdır. Fazilə xanım kimi həkimlərimizin səsinə mütləq səs verilməlidir.

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Həkim Fazilə Səlimova Respublikanın birinci xanımına müraciət etdi...

    Həkim Fazilə Səlimova Respublikanın birinci ...

    14-05-2015, 12:59

  • 
  • Namiq Qaraçuxurlunun cəmiyyətdən gizlətdiyi eks-həyat yoldaşı və oğlanlarının FOTOLARI

    Namiq Qaraçuxurlunun cəmiyyətdən gizlətdiyi ...

    28-06-2016, 20:31

  • 
  • Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı və övladları tapıldı - FOTOFAKT

    Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı və ...

    23-10-2014, 12:37

  • 
  • Rəhim Rəhimli televiziyaya rəhbər gətirildi

    Rəhim Rəhimli televiziyaya rəhbər gətirildi ...

    29-06-2018, 15:25

  • 
  • İlham Rəhimli Azərbaycandan qovula bilər

    İlham Rəhimli Azərbaycandan qovula bilər ...

    11-01-2013, 11:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu