“İdeal-İ-İnşaat” MMC rəhbərliyi ilə bağlı araşdırma gedir; MMC-də olan şok qanunsuzluqlar təftiş edilir
“İdeal-İ-İnşaat” MMC ilə bağlı qanunsuzluq faktları aşkarlanıb. MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi təqdim olunub. Artıq bu qalmaqal böyüməkdədir. İddialara görə, şirkət rəhbərliyi ilə bağlı araşdırma gedir.
“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, şirkət təsisçisi həm Bakının D.Əliyeva-96 ünvanda (köhnə “Bakı” mehmanxanasının
arxasında) inşa etdiyi mənzilləri bir neçə şəxsə satmaqda, həm Xocalı prospektində (metronun “Xətai” stansiyasının arxası) inşasına 12 ildir başladığı çoxmənzilli yaşayış binasını başa çatdırmadan mənzilləri heç bir hüquqi səlahiyyəti olmadığı halda, ayrı-ayrı vətəndaşlara satmaqda ittiham olunub.
“The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi 14 oktyabr 2004-cü ildə, yəni düz 12 il əvvəl “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Məmmədovun şəxsində notariat qaydada inşaat müqaviləsi bağlayıb.
“The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi sahibi olduğu və sadə dildə desək, Xətai rayonundakı keçmiş Şüşə Zavodunun yerinə aid bütün lazımi dövlət sənədləri ilə təxminən 4,2 ha torpaq sahəsində çoxmənzilli binanın tikintisi üçün MMC-nin təsisçisi və baş direktoru İsa Məmmədovla razılığa gəlib. Razılaşdırılır ki, adı çəkilən MMC-nin direktoru İsa Məmmədov 2007-ci ildə binanı tam hazır vəziyyətdə sifarişçi “The Bakı Grour Ltd.” MMC-yə təhvil verir. Amma podratçı nəinki tikilməmiş mənzilləri satır, həm də özü üçün Türkiyədə mülk qurur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?