“Məktəblərin birinci mərtəbəsində pəncərələrə dəmir barmaqlıqların vurulması xilasetmə işlərini çətinləşdirir”
Orta məktəb binalarının birinci mərtəbəsində pəncərələrə dəmir barmaqlıqların vurulması xilasetmə işlərini çətinləşdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən «Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi» mövzusunda keçirilmiş seminar müşavirədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Onun sözlərinə görə, 2012-ci ildə FHN-in 112 və 101 xidmətlərinə 7629 yanğın çağırışı daxil olub. Ötən il baş verən yanğınlarda 56 nəfər dünyasını dəyişib Ki, onlardan 8-i uşaq, 30-u kişi, 18-i isə qadındır.Ötən il internat tipli məktəblərdə bir yanğın hadisəsi baş verib. Ümumilikdə 2012-ci ildə 8 orta məktəb, 6 uşaq bağçasında yanğın olub. Nazir müavini təhsil müəssisələrinin rəhbərlərini yanğın və digər fövqəladə hallarla bağlı məsələləri daim diqqətdə saxlamağa çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?