Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 17-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanda qeyri-sabit hava şəraiti mayın 15-i gündüzə kimi müşahidə ediləcək
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?