GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsil Nazirliyi Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanı hansı “xidmətləri”nə görə mükafatlandırıb?

Təhsil Nazirliyi Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanı hansı “xidmətləri”nə görə mükafatlandırıb?

Tarix: 14-05-2015, 12:56 Bölmə :Ölkə Baxış: 0
Təhsil Nazirliyi Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanı hansı “xidmətləri”nə görə mükafatlandırıb?


Bu günlərdə Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunması haqqında məlumat eşitdik. Qəribədir ki, bu məqam heç kəsin diqqətini cəlb etmədi. Təhsil nazirinin müavini Firudin Qurbanov hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirdiyi halda, müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb və tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə, müəssisə rəhbərlərinə təşəkkürünü belə bildirib. Bu hələ harasıdır?

Ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb. Nə deyək, bu sevindirici haldır. Amma əgər həqiqi dürüst fəaliyyətə görə verilibsə, bu olduqca təqdirə layiq bir haldır. Hətta bütün müəllimlərə örnək olacaq bir müəllimlik yoludur. Amma əfsuslar olsun ki, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva haqqında bunu söyləmək mümkün olmayacaq. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl fəxri fərmanla təltif edilən həmən Tənzilə Şıxıyevanın rəhbərlik etdiyi Ağdaş rayon Dövlət Humanitar Kollecində baş verən ciddi qanun pozuntularına dair redaksiyamıza şikayət məktubları belə daxil olmuşdu. Həmin məktublarda isə kollecin direktoru Tənzilə Şıxıyevanın fəaliyyətinin rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirildiyi göstərilirdi. Daha doğrusu, daxil olan məlumatlarda bildirilirdi ki, Tənzilə xanımın kollecdə tətbiq etdiyi qaydalar sözü gedən kollecdə təhsil alan tələbələr və xüsusən də, onların valideynləri tərəfindən ciddi narazılıqla qarşılanırdı. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Tənzilə

Şıxıyeva illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maddi maraqlarının təminatı baxımından dəyərləndirib.

Daxil olan məlumatlarda bildirilirdi ki, kollec daxilində ixtisas dəyişmək arzusunda olan gənclər direktorun növbəti maxinasiyasının qurbanı olublar. Belə ki, tələbələrin bu istəyini həyata keçirəcəyini vəd etmiş T.Şıxıyeva bunun müqabilində onlardan rüşvət olaraq, müəyyən məbləğlərdə pul alıb. Hətta Təhsil Nazirliyinin mütəxəssislərinin gəldiyi ümumi rəyə görə, tədris müəssisələri daxilində fakültələrarası transferlər məqsədəuyğun hesab olunmamışdı. Nəzərə almaq lazımdır ki, belə transferlər rüşvətxorluğun çiçəklənməsinə şərait yaradır. Bu səbəbdən də, Ağdaş rayon Dövlət Humanitar Kollecində əlavə gərginliklər yaşanmaqdadır. Bir dəfə də, valideynlər öz pullarını geri tələb etmişdilər. Tənzilə xanımın qurduğu sistemdə isə maliyyə vəsaitlərinin hərəkəti yalnız bir istiqamətdə olduğundan “pullar geri qaytarılmır” üsul idarəsini tətbiq edərək, pulları geri verməkdən imtina etmişdi. Bununla yanaşı, kollec direktorunun yol verdiyi özbaşınalıqlar və qanun pozuntuları bir çox hallarda hətta Təhsil Nazirliyinin diqqətindən elə yayınıb ki, bu gün təhsil naziri həmin kollec rəhbərini fəaliyyətindən dolayı fəxri fərmanla təltif edib. Qeyd edək ki, T.Şıxıyeva tərəfindən bu günə qədər qanunsuz tələbə qəbullarının reallaşdırılması faktı kollec direktorunun “əməliyyat sistemini” yüksək səviyyədə təkmilləşdirməyin də öhdəsindən məharətlə gəlib. Əlbəttə, Tənzilə xanımın fəaliyyəti sadəcə bu maxinasiyalarla kifayətlənməyib. Saxta diplom və arayışların verilməsi kimi hallar da, T.Şıxıyevanın xüsusi bacarığı hesab edilə bilər. Bizə təqdim olunan məlumatlar arasında sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava əsil əmtəə birjasını xatırlatması, Tənzilə xanımın xüsusi bayramı olub. Əslində bu təhsil müəssisəsinə Tənzilə Şıxıyevanın rəhbərliyi müddətində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdi. Bütün bunlar isə əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc

nəslin təlim-tərbiyyəsinə və psixologiyasına olduqca mənfi təsir vurub.

Hər şeyin biliklə yox, para ilə ölçülməsini gənc nəslə təbliğ edən “müəllim”in, bu gün fəxri fərmanla təltif olunması bütün müəllimliyə edilmiş böyük hörmətsizlik deyilmi? Tənzilə Şıxıyeva gələcək nəslə mənəvi və maddi ziyan vurmaqla yanaşı, xidmət etdiyi dövlətə də, xainlik etməsi gözlərdən qaçmamalıdır. Etibarlı mənbənin verdiyi məlumata görə, kollecin təmiri üçün dövlət tərəfindən mütəmadi olaraq, kifayət qədər vəsait ayrılsa da, Tənzilə xanımın göstərişi ilə təmir işləri valideynlərin və müəllimlərin vəsaitləri hesabına həyata keçirilib.

Görülən işlərdən sonra isə binanın nə xarici, nə də daxili quruluş və görkəmində heç bir diqqətəlayiq dəyişikliklər nəzərə çarpmayıb. Səthi, kosmetik tədbirlərin real dəyəri də, smeta sənədlərində göstərilən məbləğlərdən bir neçə dəfə az olub. Bütün bunlarsa kollecin rəhbərliyi tərəfindən dövlət vəsaitinin mənimsənildiyinə dəlalət edir. İndi Təhsil Nazirliyinə sual olunur, Tənzilə Şıxıyeva bu kimi fəaliyyətlərindən dolayımı fəxri fərmanla, tərəqqi medalı ilə mükafatlandırılıb? Ədalət budurmu? Bu cür “müəllimlik”mi örnək olmalıdır?

Təhsil Nazirliyi heç bir halda bunları bilmədiyini iddia edə bilməz. Çünki fəxri fərman hər müəllimə verilmədiyi üçün, mükafata layiq görülmüş müəllimin fəaliyyəti istiqamətində xüsusi araşdırma aparılması gərəkir. Buradan da belə qənaətə gəlmək olar ki, ya təhsil nazirliyi başdansovudu iş görür, ya da, sadəcə bu kimi faktları görməzdən gəlir...

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı

    Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı ...

    14-02-2014, 12:08

  • 
  • Azərbaycanda 3 kollecin statusu dəyişdirilib

    Azərbaycanda 3 kollecin statusu dəyişdirilib ...

    21-08-2015, 11:03

  • 
  • Mikayıl Cabbarovdan yeni qaydalar-ƏMRİ

    Mikayıl Cabbarovdan yeni qaydalar-ƏMRİ ...

    18-02-2014, 13:11

  • 
  • Mətin Eynullayev nədən bu qədər dəyərlidir? - İDDİA

    Mətin Eynullayev nədən bu qədər dəyərlidir? - ...

    16-05-2020, 12:50

  • 
  • Eldar Mahmudovun kollec direktoru olan qohumu ərköyünlük edir...

    Eldar Mahmudovun kollec direktoru olan qohumu ...

    27-09-2018, 14:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu