GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara "taska" qoyub - Min manat verilməlidir başçıya

Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara "taska" qoyub - Min manat verilməlidir başçıya

Tarix: 3-06-2015, 22:34 Bölmə :Ölkə Baxış: 0
Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara "taska" qoyub - Min manat verilməlidir başçıya

"Gəncə şəhərində təhsilin səviyyəsi acınacaqlı vəziyyətdədir. Ümumilikdə götürəndə rayonun təhsili müasir standartlara cavab vermir". Bu sətirlər redaksiyamıza müraciət edən bir qrup şəhər ziyalısının məktubundandır. Məktub müəlliflərinin bildirdiyinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu və digər dövlət əhəmiyyətli tədbirlərdə çıxış edərkən, şəhərin gündən-günə inkişaf etdiyini bildirsə də, bu, reallığı əks etdirmir.
Şikayətçilər qeyd edirlər ki, hazırda şəhər təhsilinə rəhbərlik edən şəxs, yəni Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov müxtəlif yollardan istifadə edərək, məktəblərdən pul yığır: "Artıq bu, şəhər məktəbləri, təhsil ocaqları üçün adi hala çevrilib. Təhsil şöbəsinin müdiri məktəb direktorlarından 1000 manat, bəzi hallarda 1000-1500 manat arası pul yığır. Qeyd edək ki, bu gün Gəncədə 40-dan məktəb fəaliyyət göstərir. İndi özünüz fikirləşin görün, Zakir Hüseynov nə qədər əlavə gəlir əldə edir. Ən qəribəsi də odur ki, təhsil şöbəsinin müdiri pulun yığılması üçün qəribə bəhanələr gətirir. Gah deyir ki, Təhsil Nazirliyindən ondan pul tələb edirlər və bu səbəbdən də o, məcbur olub pul yığır. Gah deyir ki, yığılmış pullar Gəncədə təhsilin səviyyəsinin inkişafına sərf olunacaq, gah da yığılmış pulun böyük hissəsinin icra başçısı Elmar Vəliyevə çatacağını qeyd edir. Son vaxtlar isə heç bir izahat vermədən deyir ki, ayın başı 1000 manat pul gətirməlisiniz, vəssalam. Bir sözlə, icra başçısına çatacaq 1000 manat pulun "yay pulu" məqsədi ilə yığıldığını deyir".
Gəncədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü deyən şəhər sakinlərinin sözlərinə görə, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur. Belə ki, bu il Gəncə şəhərindən olan abituriyentlərin çox az bir hissəsi ali məktəb tələbəsi adını qazanıb: "Gəncənin məktəblərində şagirdlərə geyimlər, jurnallar, qiymət kitabçaları məcbur olaraq satılır, təhsil müəssisələrinin təmiri üçün pullar yığılır. Gəncədə kifayət qədər dərsdən, tədris və təlim-tərbiyə işlərindən uzaq düşüb kommersiya fəaliyyətinə cəlb olunan müəllim və şagirdlər var. Amma buna baxmayaraq, hələ də şəhər rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edən və Zakir Hüseynov barədə ölçü götürən yoxdur".
Şikayətçiləri narahat edən digər bir məsələ isə Gəncə şəhər 26 saylı orta məktəbin direktoru, daha dəqiq desək, Təhsil Şöbəsinin müdirinin qaynı Valeh Rüstəmov qanundan kənar əməllərilə bağlıdır. Məktəb direktorunun özünü təhsil şöbəsinin müdiri və şəriksiz sahibi kimi apardığını deyən sakinlərin bildirdiyinə görə, müəllimlərin böyük əksəriyyətinin Valeh Rüstəmovdan narazı olmasına baxmayaraq, direktorla bağlı heç bir ciddi tədbir görülmür. Ötən gün məktəbin müəllimlərinə bir-bir zəng edərək, onların hərəsindən 200 manat pul istəyib. Zeng edərək bildirib ki, verəcəyiniz pullar başçıya çatacaq və Zakir Hüseynovun xüsusi göstərişidir. Şikayətçilər qeyd edirlər ki, direktorun bu addımı artıq onları boğaza yığıb. Neçə ildir ki, Valeh Rüstəmovun əlindən cana doymuşuq. İcra başçısının müəllimlərin əmək haqqlarına göz tikməsi nə dərəcədə doğrudur? Yay pulu adı altında yığılan pullar həqiqətənmi Elmar Vəliyevə çatır? Bu suallar qarşısında aciz qalmışıq müəllimlər deyir.
Bizi düşündürən başqa bir məsələ isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin heç nə olmamış kimi, təhsil müəssisələrində baş verənlərə və Zakir Hüseynovun əməllərinə laqeyd yanaşmasıdır. O, icra başçısı kimi bir dəfə də olsun məktəb müəllimləri ilə görüş keçirməyib, bizim problemlərimizlə maraqlanmayıb. Görünür, başı daha mühim işlərə qarışıb. Ona görə də vəzifə borcuna səhlənkar yanaşır. Odur ki, sizin vasitənizlə aidiyyatı orqanlara müraciət edir və onlardan xahiş edirik ki, Gəncə şəhərindəki vəziyyətlə bağlı müvafiq tədbirlərin görülməsinə və icra başçısının, təhsil şöbəsi müdirinin, Valeh Rüstəmovun əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaratsınlar".
Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, bütün cəhdlərimiz boşa çıxdı. Çünki telefonlar susurdu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara "taska" qoyub - Min manat verilməlidir başçıya

    Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara ...

    3-06-2015, 22:34

  • 
  •  Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub

     Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni ...

    13-02-2021, 12:55

  • 
  • Gəncə təhsilində pulyığma sezonu... - İDDİA

    Gəncə təhsilində pulyığma sezonu... - İDDİA ...

    12-10-2019, 18:52

  • 
  • Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxdu – MƏCİD ŞIXLİNSKİNİN MƏKTƏB DİREKTORU OLAN XANIMINDA DA VİRUS AŞKARLANIB

    Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxdu – ...

    29-06-2020, 23:49

  • 
  • Gəncədə əhalinin "Şah Abbas" məscidinə gedişi qadağan olunub?

    Gəncədə əhalinin "Şah Abbas" məscidinə ...

    4-11-2014, 12:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu