GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir... - Rəsmən biabırçılıqdır...

Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir... - Rəsmən biabırçılıqdır...

Tarix: 11-06-2015, 18:32 Bölmə :Ölkə Baxış: 0
Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir... - Rəsmən biabırçılıqdır...

Paytaxtın ən iri ticarət mərkəzlərindən sayılan "Laçın"da böhran şəraiti davam edir.

Xatırladaq ki, bir neçə ay əvvəl ticarət mərkəzinin qapılarına qıfıl vurulmuş və bazar fəaliyyətini bir həftəyə yaxın dayandırmışdı. Səbəb olaraq isə işıq puluna görə yaranmış borc göstərilirdi. Başqa bir iddiaya əsasən, ticarət mərkəzinin 3 milyon manata qədər vergi borcu olub, bu səbəbdən bağlanıb.

Yayılan məlumatlara əsasən mərkəzin sahibi, tanınmış iş adamı Maqsud adlı şəxsin vergi borcunun bir hissəsini ödəməsindən sonra "Laçın"ın fəaliyyəti bərpa edilib. Ticarət mərkəzində işləyən şəxslərdən aldığımız məlumatlara görə, məlum məsələdən sonra "Laçın"da alver xeyli zəifləyib: "Bazarın bir həftəyə yaxın bağlı qalması işimizə əməlli-başlı təsir göstərib. Əvvəl gündəlik 500 manatlıq alver olurdusa, hazırda 200 manat qazana bilmirik. Buna görə də aylıq icarə haqqını toplayıb verməkdə çətinlik çəkirik. Üstəlik, banklardan götürdüyümüz kreditlərin faizi bizi çökdürüb. Alverin zəif olması səbəbindən bəzi dükanların sahibləri təhvil verib çıxıblar. Birinci mərtəbədəki paltar dükanlarının bir neçəsi boşaldılıb. İstədiyiniz vaxt gəlib baxa bilərsiniz.

Həmin dükanlarda aylıq icarə haqqı çox baha idi. Alver zəiflədi, dükan sahibləri müflis oldu. Belə bir vaxtda ticarət mərkəzinin rəhbərliyi icarə haqlarını artırmaq barədə fikirləşir. Hələ ki, bunu açıq şəkildə sahibkarlara deyə bilmirlər. Belə ki, ticarət mərkəzi bağlananda bütün dükanların sahiblərindən vergi borcunu ödəmək üçün pul yığdılar. İndi üzləri gəlmir bizə desinlər ki, yer pulunu artırırıq. Belə görürük ki, gələn aydan icarə haqları qaldırılacaq. Bu da bizə heç cür sərf etmir. Borcun içində üzürük, yer pulları qalxsa, lap pis olacaq". Məlumatda o da bildirilir ki, "Laçın" ticarət mərkəzini tərk edən sahibkarların bir çoxu "Binə" bazarına üz tutub: "Binə"də yer pulları bura ilə müqayisədə nisbətən ucuzdur.

Buna görə də "Laçın"da dükanlarını təhvil verən şəxslər orda yer götürüb işləyirlər. Dediklərinə görə, həm gündəlik qazancları çıxır, həm də yer pullarını rahat ödəyə bilirlər. Düzdür, orda da sahibkarları incidirlər, amma insanlar bir tikə çörəyin dərdindən bütün haqsızlıqlara baş əyməli olurlar. Şəxsən mən üçüncü aydır ki, icarə haqqını bankdan kredit götürüb verirəm. Alver yox dərəcəsindədir. Bəzən günlərlə siftə etmirəm. Camaatda da pul yoxdur. Məsələn, müştəri gəlib soruşur ki, filan ayaqqabı neçəyədir, deyirsən 50 manat. Məbləği eşidən kimi dükanı tərk edirlər. İnsanlar ucuz mal axtarır. Yer pulu baha olduğundan biz məcburuq ki, mayası 45 manata başa gələn malı heç olmasa üstünə 4-5 manat qoyub sataq. Bizim də qazancımız burdan çıxır. Alıcılıq qabiliyyəti olduqca aşağıdır. Vaxt var idi "Laçın"da müştəri əlindən tərpənmək mümkün olmurdu. Şəhərin mərkəzi hissələrində yaşayan insanlar belə burdan alış-veriş edirdilər. Bu gün həmin dövrdən əsər-əlamət qalmayıb.

Bazarın yiyəsi Maqsud müəllim üçün sahibkarların alver edib-edə bilməməsi o qədər də maraqlı deyil. O Bakıda az-az görünür. Vaxtının çox hissəsini Türkiyədəki mülkündə keçirir. Mənim bildiyimə görə, iş adamının İstanbulda geyim dükanları və restoranları fəaliyyət göstərir". Araşdırmalar nəticəsində öyrəndik ki, əslən Laçın rayonundan olan iş adamı ticarət mərkəzinin fəaliyyəti ilə bağlı yaranmış sonuncu problemdə yüksək rütbəli şəxslərdən birinin adını hallandırıb. Etibarlı mənbənin bildirdiyinə əsasən, bu addımına görə onu bərk danlayaraq ciddi xəbərdarlıq ediblər: "Əslində, bazar sahibinin adını çəkdiyi həmin nüfuzlu şəxslə yaxınlıq əlaqəsi yoxdur. Sadəcə onun adından istifadə edərək yaranan bəzi problemləri yoluna qoyacağını düşünür. İş adamının sonuncu cəhdi uğursuz alınıb. Onun həmçinin azərbaycanlı milyarder, "AST Telman" kimi tanınan biznesmen Telman İsmayılovla əlaqələrinin olduğu haqda da məlumatlar var. Hətta "Laçın"ın sahibi ad günündə milyarderə bahalı hədiyyə bağışlayıb"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Laçın” ticarət mərkəzində oğurluq olub

    “Laçın” ticarət mərkəzində oğurluq olub ...

    13-04-2018, 10:51

  • 
  • “Laçın” ticarət mərkəzinin sahibi iş otağında öldü – “MTN işi” ilə bağlılığı varmı?

    “Laçın” ticarət mərkəzinin sahibi iş otağında ...

    17-11-2015, 16:08

  • 
  • ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin qarşısına toplaşdılar

    ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin ...

    26-04-2018, 17:10

  • 
  • “Laçın” ticarət mərkəzinin rəhbəri bir il sonra azadlıqda: MÜƏMMA

    “Laçın” ticarət mərkəzinin rəhbəri bir il sonra ...

    5-03-2020, 21:30

  • 
  • Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN

    Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN ...

    30-08-2014, 11:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu