Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakı-2015 birinci Avropa Oyunlarını bağlı elan edib.
Qeyd edək ki, 12-28 iyun tarixlərində Bakıda keçirilən birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6 min idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda yarışıblar.
17 gün davam edən I Avropa Oyunlarında medal qazanan idmançılar həm də 12 idman növü üzrə Rio-2016 Olimpiya Oyunlarına vəsiqə əldə ediblər.
Birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılan Azərbaycan medal siyahısında 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci yeri tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?