Yaralı azyaşlı hadisədən bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən ana Sədaqət Babayeva saxlanılıb. O, verdiyi izahatda bildirib ki, həyat yoldaşı Ramal Əliyevlə aralarında münaqişə yaranıb. Bu səbəbdən də onlar boşanmağı qərarlaşdırıblar. Lakin kişi uşaqları özü ilə aparacağını bildirib. Qadın da bunun qarşısını almaq üçün cinayətə əl atıb.
Hadisə iyunun 20-də Gəncə şəhərində qeydə alınıb. Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Boğazları kəsilən uşaqlardan birinin 1 yaşı, digərinin 3 yaşı olub. Balaca hadisə anında ölüb. Həmçinin ailənin radikal dindar olduqları da deyilirdi. Deyilənlərə görə, uşaqların anası Sədaqət Babayeva 13 yaşında ailə qurub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?