Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308-ci maddə), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (319-cu maddə) və vergidən yayınmaqda (213-cü maddə) təqsirləndirilir.
Qeyd edək ki, E.Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub. E.Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq vətəndaşlara üst-üstə 10 milyon manatdan çox ziyan vurub. E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb (APA).
Sorğu
Yeni dizaynımız necədir?