Dünəndən mediada 45 nömrəli məktəbdə müəllimə ilə şagirdinin videosunun yayılması ilə bağlı xəbərlər geniş müzakirələrə səbəb olub.
gundemxeber.az femida.az-a istinadən xəbər verir ki, hadisədə ittiham olunan, məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva videonun şantaj xarektirli bir oyun olduğunu bidlirib:
"Həmin şagirdə övladım kimi baxıram. Mənim başıma heç vaxt belə hadisə gəlməyib. Direktor məni otağına çağırdı və dedi ki, sən sakitcə ərizəni yaz və işdən get. Artıq valideyinlərin ağzını yığa bilmirəm. Mən həmin an şoka düşdüm. Bilmədim nə edim? Başladım ağlamağa. Mənimlə elə sakit və ustalıqla danışırdı ki, sanki, mənim halıma yanır. Mənə həmin görüntünü təqdim etdi. Orada əxlaqsız bir şey olmayıb.
Həmişəki kimi, sinfə girirəm və əyləşirəm. Arxamca Nəzrin adlı şagirdim daxil olur, mənim üzümdən öpür və keçir. Sonra digər uşaqlar sinfə daxil olur.
Bir şeyi də qeyd edim ki, bu məktəbdə belə hallar birinci dəfə deyil. Keçən yay başqa bir müəlliməni belə sıxışdırıb işdən çıxarmaq istəyirdi. Ona deyirdi ki, dərs saatı azdır, get. Şikayətdən sonra onu işə qaytardı. İndi də elə bilib ki, mən köməksiz insanam. Ona görə mənə belə şər atıb. Onun məktəbdəki eybəcər işlərini danışmamışam. Məktəbdə dərsdən sonra bütün otaqları arendaya verir, musiqi məşğələləri təşkil edir və s.
Mən onunla otaqda olanda sual verdim ki, səni heç şagirdlərin öpmür? Burada qəbahət olan nədir ki? Onun özünün bir şagirdi var idi, Esmira adlı qız. Uşaqlar zarafatyana ona dəli Esi deyirdilər. Bütün günü bunun otağında otururdu. Üzündən öpürdü, qucaqlayırdı. Biz hamımız bunu bilirdik. Biz heç demirdik ki, belə şeylər etmək olmaz.
Mən fikirləşirəm ki, bu videonu valideyn çəkməyib. Bu onun özünün qurmasıdır. Məqsəd də məni oradan uzaqlaşdırmaqdır.
Mətbuat vasitəsilə cənab nazirə müraciət edirəm və xahiş edirəm, bu məsələni araşdırsın. Mən neçə ilin ingilis dili müəlliməsiyəm. Qəbul edə bilmərəm ki, mənim adımı belə çirkin adla qaralasınlar. Bütün mətbuatdan və cəmiyyətdən xahiş edirəm. Məsələnin araşdırılmasına kömək edəsiniz”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?